"Azərbaycan Kredit Bankı"nın ləğv prosesi yekunlaşdırılır
Ləğv prosesində olan
Əmanətlərin Sığortalanması Fondu ləğv prosesində olan "Azərbaycan Kredit Bankı" ASC-nin ləğv prosesinin yekunlaşdırılması ilə əlaqədar kreditorlarının diqqətinə çatdırır ki, tələblərini əldə etməmiş kreditorlar tələbləri üzrə ödənişləri 04.11.2022-ci il tarixədək Fondun Bakı şəhəri, Babək prospekti 16 ünvanında yerləşən binasına yaxınlaşaraq əldə edə bilərlər.
İllik 13.99%-dən 40 000 AZN-dək zaminsiz komissiyasız kredit!
Tələblərin ödənişi nağdsız qaydada həyata keçiriləcəkdir.
Kreditorlardan xahiş olunur ki, tələblərin ödənişinin nağdsız qaydada həyata keçirilməsini nəzərə alaraq müvafiq sənədləri və ödəniş üçün bank rekvizitlərini Əmanətlərin Sığortalanması Fonduna təqdim etsinlər.
Məlumat üçün qeyd edək ki, Azərbaycan Respublikası 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 29.07.2015-ci il tarixli 2-1(81)-3854/2015 nömrəli qərarına əsasən "Azərbaycan Kredit Bankı" ASC "Banklar haqqında" Azərbaycan Respublikası Qanununun 59-cu maddəsinə uyğun olaraq məcburi ləğv edilmiş və "Azerbaijan İnternational Consaltinq Company" MMC banka ləğvedici təyin edilmişdir.
Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 26.02.2019-cu il tarixli 2-1(103)-798/2019 nömrəli qərardadına əsasən məcburi ləğv edilmiş "Azərbaycan Kredit Bankı" ASC-yə ləğvedici qismində təyin edilmiş "Azerbaijan İnternational Consaltinq Company" MMC-nin fəaliyyətinə xitam verilmiş və Əmanətlərin Sığortalanması Fondu bankın ləğvedicisi təyin edilmişdir.
Əlavə məlumat üçün:
Qaynar xətt: (+994) 941
[email protected] / marja.az

PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
"Rabitəbank"ın Müşahidə Şurası sədrinə müavin təyin edilib
Pekində Azərbaycan dili üçün yeni rəqəmsal resurs yaradılıb — istifadə pulsuzdur
Rabitəbank Xankəndidə sahibkarlarla görüş keçirib ®
Bank sektorunda iri əqd tamamlandı – AccessBank və Bank Respublika birləşir
Expressbank Bərdədə 300 ağac əkib
Bank of Baku-nun növbəti maliyyə savadlılığı tədbiri Şirvanda baş tutub
Kino biletləri də ABB mobile tətbiqində
Dövlət şirkətlərinin idarəetmə orqanlarının üzvlərinin mükafatlandırılması qaydası dəyişib
Bir və CineMastercard-dan yeni tərəfdaşlıq: Kino biletləri tezliklə Birbank-da
Dünyanın ən varlı 10 adamı
5 liderlik göstəricisi
Proqramçılar üçün TOP-5 Freelance sayt
Ən çox gəlir gətirən onlayn bizneslər
Biznes plan necə yazılır?