Azərbaycan Mərkəzi Bankı banka icrası məcbur göstəriş verdi
Azərbaycan Mərkəzi Bankı kommersiya bankı "PAŞA Bank" ASC-yə icrası məcburi sərəncam verib.
Banker.az bu barədə AMB-yə istinadən xəbər verir.
Belə ki, "PAŞA Bank" ASC tərəfindən mart ayının sonuna Mərkəzi Banka təqdim edilən hesabatda "Kredit riskləri, o cümlədən iri kredit riskləri ilə bağlı prudensial normativ və tələblərə dair Qayda"nın 4.8-ci bəndinin tələbi ilə müəyyən edilmiş, müddəti 5 (beş) il və ondan artıq olan istehlak kreditləri üzrə kredit tələblərinin maksimum məcmu miqdarı normativinin pozulmasına görə "Banklar haqqında" Azərbaycan Respublikası Qanununun 47.1-ci maddəsinin tələbləri rəhbər tutularaq, Mərkəzi Bank tərəfindən "PAŞA Bank" ASC-yə müvafiq pozuntunun qısa müddətdə aradan qaldırılması və qeyd olunan halların gələcəkdə təkrarlanmaması üçün daxili prosedurların təkmilləşdirilməsi ilə bağlı icrası məcburi sərəncam verilib.
"Sözügedən pozuntu bankın maliyyə dayanıqlılığı üçün təhdid yaratmır"- deyə, məlumatda bildirilir.

Mərkəzi Bank Azərbaycan banklarının xarici bazarlara çıxışını dəstəkləyir
Taleh Kazımov kreditlərə dair ekspertlərin fikirlərini SƏRT TƏNQİD ETDİ - "Həmin maddəni masanın üstünə qoyun
Maaşı istənilən bankdan almaq bu tarixdən mümkün olacaq
"BOKT-lara demişik ki, bu kreditləşmə bizim üçün maraqlı deyil
Mərkəzi Bank lombardlarla bağlı yeni qanunun gələn il qəbul ediləcəyini gözləyir
"Binance": Təhlükəsizlik insidenti səbəbindən ümumi zərər təxminən 6,3 milyard dollar təşkil edir
"Binance" kriptobirjasına kiberhücum: 2,54 milyard dollarlıq aktivlər dondurulub
"Bitcoin" ucuzlaşıb - SON QİYMƏT
XalqKart ilə "Baku Electronics" mağazalarında 5 % keşbek/bonus
SMM nədir?
Start-up nədir?
ƏDV geri al və onun üstünlükləri
Startup nədir və necə olur?
Layihə menecmenti nədir?