Azərbaycan Mərkəzi Bankı BOKT-ların sayının azalmasını şərh edib

Azərbaycan Mərkəzi Bankı BOKT-ların sayının azalmasını şərh edibAzərbaycan Mərkəzi Bankı (AMB) 4 illik fasilədən sonra ölkədəki bank olmayan kredit təşkilatlarının (BOKT) sayının yenidən azalmağa başlamasını şərh edib.
Qurumdan  bildirilib ki, BOKT-ların dayanıqlı idarəetməsi mütəmadi nəzarətdə saxlanılır və qanunvericiliyə müvafiq tədbirlər görülür.
"Bu ilin I yarısında AMB-nin İdarə Heyətinin müvafiq qərarları ilə "Bank olmayan kredit təşkilatları haqqında" qanuna əsasən fəaliyyətində yol verilmiş pozuntuların aradan qaldırılması barədə nəzarət orqanının göstərişlərinə əməl edilməməsi ilə əlaqədar 3 BOKT-un lisenziyası ləğv edilib. Bununla belə BOKT sektorunun inkişafı diqqət mərkəzindədir və onların fəaliyyətinə dəstək göstərilir. Bu çərçivədə BOKT-lərin inkişafı strategiyasının formalaşdırılması istiqamətində zəruri tədbirlər həyata keçirilir, eləcə də sektorun nümayəndələri ilə qarşılıqlı dialoq formatında sektorun inkişaf perspektivləri, problemlər və onların həlli yolları mütəmadi müzakirə edilir.
AMB cari çağırışları nəzərə alıb bu sahədə qabaqcıl ölkələrin müsbət təcrübələri əsasında "Bank olmayan kredit təşkilatları haqqında" qanuna dəyişikliklər layihəsini qanunvericilik hakimiyyəti orqanına təqdim edib və artıq həmin layihə 3-cü oxunuşda qəbul edilib. Layihədə, BOKT-lara yeni xidmətlərin həyata keçirilməsi imkanının verilməsi ilə bərabər, yeni normativ tələblər və fəaliyyətlərinin daha institusional qurulması çərçivəsində digər tələblər müəyyən edilib", – deyə açıqlamada qeyd olunub. / banker.az

Banklar     Tarix: 11 iyul 2023

Oxşar xəbərlər

Azərbaycanda əhali nağd 1.47 mlrd.-ını manata çeviriblər

Azərbaycanda xarici valyuta təklifinin tələbi üstələməsi 2026-cı ilin sentyabr ayında da davam edib. Hesabat ayında bankların nağd ABŞ dolları alışı 182,2 milyon dollar, satışı isə 98,7 milyon dollar təşkil edib. Beləliklə

"Banklar kredit verməyə müştəri tapa bilmirlər, bir-birinin müştərilərini cəlb etməyə çalışırlar"

Azərbaycanda bankların 4 milyard 600 milyon manat sərbəst vəsaitinin olmasına baxmayaraq, kredit bazarında, xüsusilə biznes kreditləşməsi sahəsində tələbin zəifliyi müşahidə edilir. Nəticədə banklar yeni borcalanlar tapma

Sığorta şirkətləri üçün yeni kapital tələbləri tətbiq ediləcək – Mərkəzi Bankdan mühüm açıqlama

Azərbaycan Mərkəzi Bankı (AMB) sığorta sektorunda beynəlxalq "Solvency II" tələblərinin yaxın aylarda tətbiqini planlaşdırır. Yeni tənzimləmə çərçivəsində sığorta şirkətlərinin tələb olunan kapitalının hesablanmas

Hədəfinə çat, əlavə faiz qazan: Yelo Bank-dan yeni əmanət məhsulu

Yelo Bank yığım vərdişini oyuna, hədəfə çatmağı isə qazanca çevirən yeni əmanət məhsulunu – "Yelo Hədəf"i təqdim edir. Məhsulun əsas yanaşması sadədir: müştəri əmanət açarkən özü üçün hədəf məbləğ müəyyən edir

"Yaşıl maliyyəni həm iqlim qarşısında məsuliyyət, həm də müştərilərimiz üçün yeni imkan kimi görürük" - "Unibank"ın Dayanıqlılıq meneceri

22 oktyabrda Nazirlər Kabineti tərəfindən təsdiq olunan "Azərbaycanın Uzunmüddətli Aşağıkarbonlu İnkişaf Strategiyası" ölkənin 2060-cı ilə qədər iqtisadiyyatını necə "yaşıllaşdıracağını" addım-addım göstərir

Taleh Kazımov: "Xarici bankların Azərbaycana gəlməsini dəstəkləyirik"

Xarici bankların Azərbaycana gəlməsində maraqlıyıq. Bunu Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Taleh Kazımov deyib. Onun sözlərinə görə, AMB-nin xarici bankların Azərbaycana gəlməsində maraqlı olmaması fikri yanlış yanaşmadır

Mərkəzi Bank BOKT-lar üçün yeni gəlir mənbələri yaratmağı planlaşdırır

Azərbaycan Mərkəzi Bankı (AMB) bank olmayan kredit təşkilatlarının (BOKT) fəaliyyət imkanlarının genişləndirilməsi məqsədilə qanunvericiliyə dəyişikliklər üzərində işləyir. Bunu AMB-nin Bank Olmayan Kredit Təşkilatların

PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib

PAŞA Bank Azərbaycan Mikromaliyyə Assosiasiyasının (AMFA) təşkilatçılığı ilə keçirilən "Mikromaliyyədə İnvestisiya və Dayanıqlı İnkişaf" mövzulu 12-ci AMFA Konfransında iştirak edib. Azərbaycanda mikromaliyyə sektorunu

Azər Türk Bank atb360 tətbiqini yenilədi: Ailə bankçılığı və yeni rəqəmsal imkanlar

Dövlət Bankı Azər Türk Bank atb360 mobil tətbiqini yeniləyərək müştərilərinə daha geniş rəqəmsal bankçılıq imkanları təqdim edir. Yenilənmiş dizaynı, optimallaşdırılmış fəaliyyəti və əlavə funksiyaları ilə atb360 istifadəçiləri


iqtisadi xeberler en son xeberler biznes xeberleri bitkoin almaq valyuta kurslari