Azərbaycan sahibkarları Türkiyədə sərgidə və Beynəlxalq Biznes Forumda - İŞTİRAK EDİR
İqtisadiyyat Nazirliyi yanında Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) nümayəndə heyəti Türkiyənin İstanbul şəhərində keçirilən 19-cu "MÜSİAD EXPO 2022" Sərgisində və 26-cı Beynəlxalq Biznes Forumda (IBF) iştirak ediblər.
FED.az KOBİA-ya istinadən xəbər verir ki, "TÜYAP" Sərgi və Konqres Mərkəzində keçirilən "MÜSİAD EXPO 2022" sərgisində KOBİA-nın dəstək proqramı çərçivəsində 13 sahibkarlıq subyekti məhsul və xidmətlərini təqdim edir.
Agentliyin stendində qida məhsulları, təhsil, inşaat, təmir və dizayn, logistika və broker xidmətləri, sənaye məhsulları, kənd təsərrüfatı üçün müasir həllər, ipək üzərində xüsusi texnologiya əsasında hazırlanmış rəsm əsərləri nümayiş olunur. Həmçinin, stenddə İxracın və İnvestisiyaların Təşviqi Agentliyi (AZPROMO) tərəfindən Azərbaycanın investisiya və ixrac imkanlarına, bu sahədə dəstək və xidmətlərə dair məlumat verilir. KOBİA-nın stendində sahibkarlarla yanaşı, biznes assosiasiyalar da təmsil olunur.
Səfər zamanı KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov Türkiyənin Tüm Kalkınma İş Adamları və Girişimçilər Təşkilatının (TÜMKİAD) sədri Nihat Tanrıkulu, Türkiyə Gənclik Vakfının rəhbəri İbrahim Beşinci və Malayziya Beynəlxalq İslam Ticarət və Sənaye Palatasının sədri Hacı Məhəmməd Amin Fəhmi Bin Solahuddin ilə görüşüb. Görüşlərdə müvafiq olaraq Azərbaycan və Türkiyənin işgüzar dairələri arasında əməkdaşlığın genişləndirilməsi, gənclərin biznes fəaliyyətinə təşviq olunması istiqamətində birgə əməkdaşlıq imkanları, Azərbaycan və Malayziya biznesləri arasında əlaqələrin inkişafına dair fikir mübadiləsi aparılıb.

"Formula-1" dövründə Bakı restoranlarının - GƏLİRLƏRİ 3 DƏFƏ ARTIB – ARAŞDIRMA
Azərbaycan-Suriya Biznes Şurası yaradılıb
"İtaliya şirkətlərinin Azərbaycana köçürülməsi üzərində işləyirik"
Mikro və kiçik bizneslərə verilən kreditlər sürətlə artıb
İlham Əliyev "Global Infrastructure Partners" şirkətinin rəhbərini qəbul edib
ABA: Bank kartlarının sayına yeni yanaşma mövcud kartlara şamil edilmir
Əhalinin banklara 15 milyard manat borcu var - 1 milyard manata yaxın kredit "batır"
Taleh Kazımov: 2026-cı ilin sonuna Azərbaycanın cari əməliyyatlar hesabının profisiti 6 mlrd. dolları ötəcək
Azərbaycanda işləyən şirkətlərin çoxu qazandığı pulu yenidən yatırım edir - Mikayıl Cabbarov
Təyyarə sığortasında 587 min manatlıq ödəniş
Biznes qurmaq üçün nə lazımdır?
Evdə biznes qurmağın yolları
Dünyanın TOP-3 biznes universiteti hansılardı?
Marketinq nə demədir?
İnvestisiyanın necə cəlb etmək olar?