"Azərbaycan Sənaye Bankı" kiçilməkdə davam edir, müştəriləri depozitlərini geri çəkir
"Azərbaycan Sənaye Bankı" ASC 2022-ci ili 5 milyon 286 min manat mənfəətlə başa vurub. 2021-ci ildə bank 2 milyon 229 min manat mənfəət etmişdir ki, bu da illik müqayisədə 2.4 dəfə artım deməkdir.
Banker.az bu barədə bankın maliyyə hesabatına istinadən xəbər verir.
2022-ci ildə "Azərbaycan Sənaye Bankı"nın gəlirləri 35 milyon 611 min manat, xərcləri 30 milyon 369 min manat olub. Əvvəlki ildə isə bankın gəlirləri 32 milyon 821 min manat, xərcləri 29 milyon 982 min manat təşkil edib. Bank ötən il 1 milyon 19 min manat mənfəət vergisi ödəyib.
"Azərbaycan Sənaye Bankı"nın cəmi aktivləri 31 dekabr 2022-ci il tarixinə 747 milyon 621 min manat olub ki, bu da illik müqayisədə 64 milyon 940 min manat və ya 8% azalma deməkdir.
Ötən il "Azərbaycan Sənaye Bankı"nın müştərilərə verdiyi kredit 241 milyon 597 min manat olub. Ötən ilin eyni dövründə bu göstərici 243 milyon 594 min manat təşkil edib. Belə ki, bankın kredit portfeli son 1 ildə 1% kiçilib.
Hesabat dövründə ASB-nin cəmi öhdəlikləri 10% azalaraq 637 milyon 562 min manat olub, depozit portfeli 13% azalaraq 449 milyon 675 min manat, cəmi kapitalı isə 4.3% artaraq 110 milyon 59 min manat təşkil edib.
Xatırladaq ki, ASB 1996-cı ildə "Capital Investment Bank" adı ilə fəaliyyətə başlayıb, 2006-cı ildə rebrendinq edib. Onun nizamnamə kapitalı 60 milyon manatdır. Bankın səhmlərinin 98.4252 %-i "Anadolu Investment Company" MMC-yə, 1%-i Leyla Goozal Kurta, 0,5748 %-i isə "Azərbaycan Sənaye Lizinq" MMC-yə məxsusdur.




Serbiyada rusların üstünlük verdiyi bank bağlanıb, müştərilərin pulları dondurulub
ABŞ-ın ən böyük bankı Dubayda yeni filial açıb
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
Pekində Azərbaycan dili üçün yeni rəqəmsal resurs yaradılıb — istifadə pulsuzdur
Bank sektorunda iri əqd tamamlandı – AccessBank və Bank Respublika birləşir
Expressbank Bərdədə 300 ağac əkib
Bank of Baku-nun növbəti maliyyə savadlılığı tədbiri Şirvanda baş tutub
Swift nədir?
Ən bahalı otellər hansılardır?
Biznes planı necə yazmaq lazımdır?
Amazonda satış etmək üçün bilməli olduqlarınız
Milyonlar qazandıran qəribə biznes ideyaları