"Azərbaycan Sənaye Bankı"nın xalis mənfəəti azalıb
"Azərbaycan Sənaye Bankı" ASC (ASB) 2023-cü ilin 1-ci rübünü (yanvar-mart) 1 milyon 63 min manat xalis mənfəət ilə başa vurub.
Marja.az xəbər verir ki, "Azərbaycan Sənaye Bankı"nın xalis mənfəəti 2022-ci ilin 1-ci rübü ilə müqayisədə 2023-cü ilin 1-ci rübündə 516 min manat və ya 33% azalıb.
ASB 2022-ci ilin 1-ci rübünü 1 milyon 569 min manat xlias mənfəət ilə bağlamışdı.
2023-cü ilin 1-ci rübündə "Azərbaycan Sənaye Bankı"nın cəmi əməliyyat gəlirləri (faiz və qeyri-faiz gəlirləri) 9 milyon 876 min manat, cəmi əməliyyat xərcləri (faiz və qeyri-faiz xərcləri) 8 milyon 861 min manat, gəlirlər xərcləri üstələdiyindən əməliyyat mənfəəti 1 milyon 15 min manat təşkil edib. Aktivlər üzrə mümkün zərərlərin ödənilməsi üçün xüsusi ehtiyatdan azad olmuş 337 min manat mənfəətə əlavə olunub. ASC ilk rübdə 289 min manat mənfəət vergisi ödəyib.
Xəbər yenilənəcək...




PAŞA Bank sahibkarlar üçün yeni POS Kredit məhsulunu təqdim edir ®
Mərkəzi Bankın sədri: Bankların kredit vermək üçün 4,6 milyard manat sərbəst vəsaiti var
Serbiyada rusların üstünlük verdiyi bank bağlanıb, müştərilərin pulları dondurulub
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
"Rabitəbank"ın Müşahidə Şurası sədrinə müavin təyin edilib
Pekində Azərbaycan dili üçün yeni rəqəmsal resurs yaradılıb — istifadə pulsuzdur
Bank sektorunda iri əqd tamamlandı – AccessBank və Bank Respublika birləşir
Rabitəbank Xankəndidə sahibkarlarla görüş keçirib ®
Onlayn biznes növləri
Fond birjası nədir?
Ən bahalı otellər hansılardır?
Bitcoin nədir?
Layihə menecmenti nədir?