"Azərbaycan Sənaye Bankı"nın xərclərinin artması xalis mənfəətini 32% azaldıb
"Azersun Holding"ə yaxın olan "Azərbaycan Sənaye Bankı" ASC-nin 2023-cü ildə xərclərinin artması səbəbindən xalis mənfəəti öncəki ildən az təşkil edib.
Banker.az ASB Bank-ın I rübünə təqdim etdiyi maliyyə hesabatına istinadla xəbər verir ki, bank öncəki ilin eyni dövrü ilə müqayisədə faiz gəlirlərini 25% artırmaqla 7.64 mln. manat faiz gəliri, 40% artımla qeyri-faiz gəliri edərkən, faiz xərcləri 38% artımla 3.73 mln. manata və qeyri-faiz xərcləri isə 40% artımla 5.13 mln. manata yüksəlib.
Bununla da bankın ilk rübdəki əməliyyat mənfəəti 1.02 mln. manat təşkil edib ki, öncəki ilin analoji dövründə qeydə alınan 1.3 mln. manatdan xeyli aşağıdır.
ASB Bank hesabat müddətində 1.06 mln. manat xalis mənfəət əldə edib. Halbu ki, öncəki ilin eyni dövründə bu 1.57 mln. manat idi.
Bu xalis mənfəətdən sonra balansındakı bölüşdürülməmiş mənfəəti 45.78 mln. manat təşkil edib.
Bankın cəmi aktivləri 718 79 mln. manat (ilin əvvəli: 747.62 mln. manat), cəmi öhdəlikləri 608 mln. manat (637.56 mln. manat) olmuşdur.




PAŞA Bank sahibkarlar üçün yeni POS Kredit məhsulunu təqdim edir ®
Mərkəzi Bankın sədri: Bankların kredit vermək üçün 4,6 milyard manat sərbəst vəsaiti var
Serbiyada rusların üstünlük verdiyi bank bağlanıb, müştərilərin pulları dondurulub
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
"Rabitəbank"ın Müşahidə Şurası sədrinə müavin təyin edilib
Pekində Azərbaycan dili üçün yeni rəqəmsal resurs yaradılıb — istifadə pulsuzdur
Bank sektorunda iri əqd tamamlandı – AccessBank və Bank Respublika birləşir
Rabitəbank Xankəndidə sahibkarlarla görüş keçirib ®
Onlayn biznes növləri
Fond birjası nədir?
Ən bahalı otellər hansılardır?
Bitcoin nədir?
Layihə menecmenti nədir?