Azərbaycan Sığortaçılar Assosiasiyası Konstitusiya Məhkəməsinin qərarı ilə bağlı mövqe bildirdi
Azərbaycan Sığortaçılar Assosiasiyası (ASA) Konstitusiya Məhkəməsinin Mülki Məcəllənin 269, 317.1, 319,1 və "İpoteka haqqında" Azərbaycan Respublikasının Qanununun 34.1-ci maddələri ilə bağlı qərarı ilə bağlı açıqlama verib.
ASA-dan Marja verilən açıqlamada bildirilir ki, Konstitusiya Məhkəməsinin müvafiq qərarında Azərbaycan Respublikasının İpoteka və Kredit Zəmanət Fondunun vəsaiti hesabına müvəkkil banklar tərəfindən verilən ipoteka kreditlərinə münasibətdə hər hansı bir rəy verilməmişdir. Bu qərarda kredit təşkilatlarının öz vəsaitləri hesabına borcalanlara verdikləri kreditlərdə öhdəliklərin təminatı üsulu kimi götürdükləri girov (ipoteka) əmlaklar olarsa, bu girov əmlakının mülkiyyətçisi borcalan deyil, başqa biridirsə və bu kredit müqaviləsi üzrə borcalan vəfat etdikdə banka olan borcun necə ödənilməsini tənzimləyən şərh verilmişdir.
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.99%-dən
Göründüyü kimi, bu qərarın Azərbaycan Respublikasının İpoteka və Kredit Zəmanət Fondunun vəsaiti hesabına müvəkkil banklar tərəfindən verilən ipoteka kreditlərinə aidiyyatı yoxdur. Belə ki, bu kreditlər Azərbaycan Respublikasının İpoteka və Kredit Zəmanət Fondunun tələblərinə əsasən, borcalanın götürdüyü ipoteka krediti məbləğində onun həyatı ölkəmizdə fəaliyyət göstərən həyat sığortası şirkətləri tərəfindən sığortalanır və istənilən səbəbdən borcalanın vəfat etməsi zamanı onun banka olan borcu tam məbləğdə həmin həyat sığortası şirkətləri tərəfindən sığorta ödənişi şəklində qarşılanır.
Bir daha bildiririk ki, bu qərar borcalan ilə ipoteka qoyanın fərqli olduğu hallara aiddir. Bu da Azərbaycan Respublikasının İpoteka və Kredit Zəmanət Fondunun vəsaiti hesabına müvəkkil banklar tərəfindən verilən ipoteka kreditləri deyil, bilavasitə banklar tərəfindən verilən kreditlərdə təminat (girov) olaraq ipotekanın götürülməsi ilə bağlıdır.
Odur ki, Azərbaycan Respublikasının İpoteka və Kredit Zəmanət Fondunun vəsaiti hesabına müvəkkil banklar tərəfindən verilən ipoteka krediti götürmüsünüzsə, borcalanın vəfat etməsi hallarında həyat sığorta müqaviləsinə uyğun olaraq sığrta şirkəti banka olan borcu tam məbləğdə ödəyəcəkdir. / marja.az

PAŞA Bank sahibkarlar üçün yeni POS Kredit məhsulunu təqdim edir ®
Mərkəzi Bankın sədri: Bankların kredit vermək üçün 4,6 milyard manat sərbəst vəsaiti var
"Ziraat Bank Azərbaycan"ın istiqrazlarına böyük maraq: Tələb təklifi 3 dəfə üstələyib
Pekində Azərbaycan dili üçün yeni rəqəmsal resurs yaradılıb — istifadə pulsuzdur
Bank sektorunda iri əqd tamamlandı – AccessBank və Bank Respublika birləşir
Rabitəbank Xankəndidə sahibkarlarla görüş keçirib ®
Necə Bitcoin almaq olar?
Swift nədir?
Elon Musk kimdir?
Ən çox soruşulan müsahibə sualları hansılardır?
Birbank xidmətinə necə qoşulmaq olar?