Azərbaycan şirkəti adını və sahiblərini dəyişdi, 10 dəfə böyüdü - Zərərdən Mənfəətə Keçidi – HESABAT

Azərbaycan şirkəti adını və sahiblərini dəyişdi, 10 dəfə böyüdü - Zərərdən Mənfəətə Keçidi – HESABATAzərbaycanın metal məmulatları istehsalçısı "AzeSteelCompany" ASC şirkəti fəaliyyəti barədə geniş hesabatını ictimaiyyətə açıqlayıb.
FED.az xəbər verir ki, şirkət hesabatını ona görə geniş şəkildə açıqlayıb ki, qiymətli kağız (istiqraz və ya səhm) buraxıb və qanunvericiliyə görə, belə halda potensial investorlar şirkətin fəaliyyətinin bütün tərəflərini görə bilməlidirlər.
Beləliklə "AzeSteelCompany" ASC-nin idarəetmə hesabatına əsasən 2021-ci ildə şirkətin adı dəyişərək "Ekspress-C" ASC əvəzinə "AzeSteelCompany" ASC olub.
Ötən il şirkətin səhmdarları da dəyişib. Əgər 2020-ci ilədək ASC-nin bir səhmdarı vardısa - Camaləddin Ismayilov -100% paya malik idi, 2021-ci ilin sonunda "AzeSteelCompany" ASC-nin 3 səhmdarı var. Bunlar Camaləddin Ismayilov -69,4%, Kənan Ağayev – 20,6% və Ömər Hüseynovdur - 10%.
2021-ci ildə şirkətin gəlirləri və dövriyyəsi kəskin artıb, müəssisə 10 dəfə böyüyüb. 
Belə ki, ötən il "AzeSteelCompany" ASC-nin satışdan gəlirləri 37% artaraq ötənilki 1,7 milyon manatdan 2,4 milyon manata yüksəlib. Satışın maya dəyəri isə 1,8 milyon manat olub. Nəticədə şirkətin ümumi gəliri 591 min manat olub (ötən il 122 min manat idi – 4 dfə artım). Bunun 71 min maatı inzibati xərclərə (30% artıb), 99 min manat isə faiz xərclərinə (öhdəliklər üzrə faizləri ödənilməsinə) sərf edilib.
Təqribən 72 min manat da vergi ödənildikdən sonra "AzeSteelCompany" ASC ili 347 min manat xalis mənfəətlə tamamlayıb. Halbuki, 2020-ci ildə şirkətin 30,6 min manat zərəri var idi.
2021-ci ildə şirkətin aktivləri 12 dəfə artaraq 1,145 milyon manatdan 14,4 milyon manata yüksəlib.
Bu dövrdə şirkətin əmlaklarının həcmi 9 dəfə artaraq 980 min manatdan 8,6 milyon manata yüksəlib.
Şirkətin cari (qısamüddətli) aktivləri isə 35 dəfə artıb. Belə ki, 2021-ci ildə "AzeSteelCompany" ASC-nin mal-material ehtiyatları isə 100 dəfə artaraq 24 min manatdan 2,4 milyon manat yüksəlib. 
Debitor borcları (alacaqları) 40 dəfə artaraq 51 min manatdan 2 milyon manata yüksəlib. Nağd pul ehtiyat isə 15 dəfəyə yaxın artaraq 89 min manatdan 1,303 milyon manata yüksəlib.
Şirkətin kapitalı isə 150 dəfəyə yaxüın artaraq 61 min manatdan daha real rəqəmlərə – təqribən 9 milyon manata yaxınlaşıb.
"AzeSteelCompany" ASC-nin sürətli irəliləməsinin daha bir səbəbi onun uzunmüddətli istiqraz buraxması olub – şirkət ötən il 3 milyon manatlıq istiqraz buraxıb, eləcə də kənardan əlavə 1,4 milyon manat borc və kredit alıb.
Nəticədə "AzeSteelCompany" ASC-nin öhdəlikləri il ərzində 5 dəfədən çox artaraq 1,1 milyon manatdan 5,4 milyon manata yüksəlib.
 

Biznes     Tarix: 14 iyul 2022

Oxşar xəbərlər

Azərbaycanda 12 illik şirkətdən – 2,8 MİLYON MANAT GÖTÜRÜLÜR

"Kənd" MMC-nin (VÖEN: 600827271) nizamnamə kapitalı azaldılıb. biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, şirkətin nizamnamə kapitalı 2 milyon 781 min manatdan 100 manata – yəni 2 milyon 780 min 900 mana

Sədr müavinindən sahibkarlara çağırış - TENDERLƏRDƏ FƏAL İŞTİRAK EDİN

Azərbaycan Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin sədr müavini Mirzə Mirzəyev sahibkarlara müraciət edib. . biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, bu barədə "Dövlə

Azərbaycan İnvestisiya Holdinqin Baş icraçı direktoru Ruslan Əlixanov vəzifəsindən uzaqlaşdırıldı

Baş nazir və Azərbaycan İnvestisiya Holdinqinin (AİH) Müşahidə Şurasının sədri Əli Əsədov tərəfindən Holdinqin İdarə Heyətinin Sədrinin təqdimatına əsasən, Azərbaycan İnvestisiya Holdinqinin Baş icraçı direktoru və İdar

Bakı Biznes Mərkəzi Mədəniyyət Nazirliyinin tabeliyinə verildi - QƏRAR

"Bakı Biznes Mərkəzi" MMC Mədəniyyət Nazirliyinin tabeliyinə verilib. xəbər verir ki, Nazirlər Kabineti bu barədə qərar verib. Nazirlər Kabineti "Bakı Biznes Mərkəzi" MMC-nin Mədəniyyət Nazirliyinin tabeliyin

"Dolları Azərbaycana qaytarmalısan" - ŞİRKƏTLƏRƏ YENİ ŞƏRT QOYULACAQ

Azərbaycanda iri şirkətlərin qarşısında yeni tələblər qoyulacaq. xəbər verir ki, bu müxtəlif qanunlara edilən dəyişikliklərlə bağlı yeniliklərdə nəzərdə tutulub. Söhbət Vergi Məcəlləsi, Miqrasiya Məcəlləsi, "Sosial sığort

Əmtəə bazarının səmərəliliyi və rəqabət İşçi qrupunun növbəti iclası keçirilib

Biznes mühiti və beynəlxalq reytinqlər üzrə Komissiyanın Əmtəə bazarının səmərəliliyi və rəqabət İşçi qrupunun növbəti iclası keçirilib. xəbər verir ki, Azərbaycan  Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarə

Daha bir əhəmiyyətli dövlət qurumu ödənişlərini - "MSOLUTİON"A ETİBAR ETDİ

Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin göstərdiyi xidmətlərə görə ödənişlərin qəbulu bundan sonra "MSolution" elektron pul təşkilatının ödəni

Azərbaycan bazarına 263 milyard dollarlıq ərəb şirkəti gəlir – L"IMAD hansı şirkətlərə sahibdir?

Xəbər verildiyi kimi, Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) Əbu-Dabi Əmirliyi hakiminin müavini, BƏƏ-nin milli təhlükəsizlik müşaviri Şeyx Tahnun bin Zayed Al Nəhyanının Bakıya səfəri zamanı sentyabrın 14-də Azərbaycan prezident

İlham Əliyev "Global Infrastructure Partners" şirkətinin rəhbərini qəbul edib

Sentyabrın 25-də Azərbaycan  Prezidenti İlham Əliyev aktivlərin idarə edilməsi üzrə dünyanın aparıcı şirkətlərindən biri olan "BlackRock"un tərkibində fəaliyyət göstərən qlobal infrastruktur investisiya şirkət


iqtisadi xeberler investisiya dollar kursu bitkoin qiymeti depozit faizleri