Azərbaycan və Tacikistan mərkəzi bankları arasında anlaşma memorandumu imzalandı
5 aprel 2023-cü il tarixində Düşənbədə Prezident İlham Əliyevin Tacikistana rəsmi səfəri çərçivəsində Azərbaycan Respublikasının Mərkəzi Bankı ilə Tacikistan Milli Bankı arasında əməkdaşlığa dair Anlaşma Memorandumu imzalanıb.
Bu barədə Banker.az-a AMB-dən bildirlir.
Memorandumun məqsədi bank sektoru sahəsində əməkdaşlıq edilməsi, təcrübə və məlumat mübadiləsinin aparılması, aktual məsələlərin müzakirəsi, təlim, internatura proqramları və seminarların keçirilməsi, texniki məsləhətlərin verilməsi məqsədilə araşdırma və tədqiqat xarakterli səfərlərin təşkilindən ibarətdir.
"İmzalanmış Memorandum iki ölkənin mərkəzi bankları arasında əməkdaşlığın daha da möhkənməsinə xidmət edəcək, həm mərkəzi bankçılığın, həm də bütövlükdə hər iki ölkənin bank sisteminin inkişafına öz töhfəsini verəcəkdir"- deyə, AMB bildirir.

Müəssisələr vəsaitlərini qanundankənar xərcləyə bilər - Yeni təklif
AMB maliyyə qruplarına da nəzarət edəcək
Dolların sabaha olan məzənnəsi - AÇIQLANDI
"Bank of Baku"da növbədənkənar yığıncaq keçiriləcək – istiqraz məsələsi gündəmdə
"Bank Respublika"da növbədənkənar yığıncaq keçiriləcək
Bir ekosistemi qızların təhsilinə dəstəyini davam etdirir: "Arzumuz var!" proqramı ilə daha 6 gənc tələbə adını qazanıb
Vergi ödəyicilərinin nağd əməliyyatlarına tətbiq olunan limitlər
Bank of Baku subordinasiya istiqrazları buraxmağa hazırlaşır – səhmdarlar növbədənkənar toplanır
İqtisadi modellər niyə artıq işləmir?
Dünyanın ən varlı 10 adamı
Necə Bitcoin almaq olar?
SMM nə deməkdir?
Hazır biznes, yoxsa sıfırdan qurulan biznes?
SWIFT nədir?