Azərbaycanda 17 BOKT kiçilib, 13-nün kredit portfeli azalıb

Azərbaycanda 17 BOKT kiçilib, 13-nün kredit portfeli azalıbAzərbaycanda fəaliyyət göstərən 52 bank olmayan kredit təşkilatından (BOKT) 13-nün bu il yanvarın 1-nə kredit portfeli illik müqayisədə az olub.
Bunlar, "İcraçı Kredit Agentliyi", "TCF", "Brand Credit", "Finex Kredit", "Qafqaz Kredit", "Finans İnvest", "Azəri Star Mikromaliyyə", "Kredit Servis", "Caspian İnvest", "Azmikroinvest", "Para", "Azinvestkredit" və "Birkart"dır.
Ən çox azalma "Birkart"da (100%), ən az azalma isə "İcraçı Kredit Agentliyi"ndə (2,6%) qeydə alınıb.
5 BOKT-un - "Pro Kredit", "Finkapital", "FNC", "Aset Maliyyə Texnologiyaları" və "SF Azerbaijan"ın kredit portfeli ötən il formalaşıb.
Qalan 34 BOKT-un isə kredit portfeli artıb. Ən yüksək dinamika "Fintrend"də (48,4 dəfə), ən aşağı dinamika isə "Effektinvest"də (0,3%) qeydə alınıb. 
6 BOKT-un kredit portfeli 20 milyon manatdan çoxdur
Azərbaycanda fəaliyyət göstərən 52 bank olmayan kredit təşkilatından (BOKT) 6-nın bu il yanvarın 1-nə kredit portfeli 20 milyon manatdan çox olub.
Bunlar, "Aqrarkredit" (114,33 milyon manat), "FİNKA Azərbaycan" (44,875 milyon manat), "Embafinans" (37,89 milyon manat), "International" (24,602 milyon manat), "Finoko" (23,921 milyon manat) və "City Finance"dır (23,721 milyon manat).
Qalan 46 BOKT-dan 8-nin kredit portfeli 10-20 milyon manat arasında, 24-nün kredit portfeli 1-10 milyon manat arasında, 14-nün kredit portfeli isə 1 milyon manatdan azdır. 
17 BOKT-un aktivləri azalıb
Azərbaycanda fəaliyyət göstərən 52 bank olmayan kredit təşkilatından (BOKT) 17-nin bu il yanvarın 1-nə aktivləri illik müqayisədə az olub.
Bunlar, "TCF", "Aqrarkredit", "Effektinvest", "Finex Kredit", "Azkredit", "Kredit Servis", "FNC", "Pro Kredit", "Azmikroinvest", "Brand Credit", "Azəri Star Mikromaliyyə", "Finans İnvest", "Caspian İnvest", "Para", "İcraçı Kredit Agentliyi", "Azinvestkredit" və "SF Azerbaijan"dır.
Ən çox azalma "SF Azerbaijan"da (55,6%), ən az azalma isə "TCF"də (0,2%) qeydə alınıb.
Qalan 35 BOKT-un isə aktivləri artıb. Ən yüksək dinamika "Fintrend"də (22,4 dəfə), ən aşağı dinamika isə "Premier Kredit"də (0,2%) qeydə alınıb. 
6 BOKT-un aktivləri 25 milyon manatdan çoxdur
Azərbaycanda fəaliyyət göstərən 52 bank olmayan kredit təşkilatından (BOKT) 6-nın bu il yanvarın 1-nə aktivləri 25 milyon manatdan çox olub.
Bunlar, "Aqrarkredit" (12 008,197 milyon manat), "FİNKA Azərbaycan" (50,108 milyon manat), "Embafinans" (43,415 milyon manat), "Finoko" (31,054 milyon manat), "Birkart" (30,707 milyon manat) və "International"dır (28,961 milyon manat).
Qalan 46 BOKT-dan 9-nun aktivləri 10-25 milyon manat arasında, 30-nun aktivləri 1-10 milyon manat arasında, 7-nin aktivləri isə 1 milyon manatdan azdır. 
© "Renkinq"  / marja.az

Banklar     Tarix: 18 iyul 2023

Oxşar xəbərlər

Bankların xalis mənfəəti 18,8 faiz artıb, lakin depozit və risk xərcləri də yüksəlib

Azərbaycanın bank sektoru 2026-cı ilin yanvar–sentyabr aylarını mənfəətlə başa vurub. Bankların xalis mənfəəti ötən ilin eyni dövrü ilə müqayisədə 171 milyon 100 min manat və ya 18,8 faiz artaraq 1 milyard 81 milyon 800 mi

Bir ekosistemi Qarabağ sakinləri üçün yeni məşğulluq layihəsinə start verib

Bir ekosistemi Qarabağın bərpası və yenidən qurulmasına verdiyi töhfələri genişləndirərək, doğma yurdlarına qayıdan vətəndaşların peşəkar inkişafını və əmək bazarına inteqrasiyasını dəstəkləyən yeni təşəbbüsə start verib

İcbari Sığorta Bürosu "We Invest in People – Silver" beynəlxalq akkreditasiyasına layiq görülüb

İcbari Sığorta Bürosu (İSB) insan kapitalının idarə edilməsi, təşkilati mədəniyyətin inkişafı, liderlik, əməkdaşların motivasiyası və peşəkar inkişafı sahəsində tətbiq etdiyi idarəetmə təcrübələrinin beynəlxalq qiymətləndirilməs

Azər Türk Bank atb360 tətbiqini yenilədi: Ailə bankçılığı və yeni rəqəmsal imkanlar

Dövlət Bankı Azər Türk Bank atb360 mobil tətbiqini yeniləyərək müştərilərinə daha geniş rəqəmsal bankçılıq imkanları təqdim edir. Yenilənmiş dizaynı, optimallaşdırılmış fəaliyyəti və əlavə funksiyaları ilə atb360 istifadəçiləri

İşğaldan azad edilmiş ərazilərdə sahibkarlar üçün yeni güzəştli kredit məhsulu

İqtisadiyyat Nazirliyinin tabeliyində Azərbaycan Biznesinin İnkişafı Fondu (ABİF) işğaldan azad edilmiş ərazilərdə fəaliyyət göstərən sahibkarların maliyyə resurslarına çıxışını genişləndirmək məqsədilə yeni "İşğalda

Sahibkar olmayan şəxsin kartına hər gün 5 dəfə pul daxil olması normal deyil – Mərkəzi Bankın sədri

Sahibkarlıq fəaliyyəti ilə məşğul olmayan adi şəxsin kartına hər gün beş dəfə pul daxil olması normal praktika deyil. Bunu Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Taleh Kazımov faiz dəhlizinin parametrlərinə dair cümə axşam

Mərkəzi Bank BOKT-lar üçün yeni gəlir mənbələri yaratmağı planlaşdırır

Azərbaycan Mərkəzi Bankı (AMB) bank olmayan kredit təşkilatlarının (BOKT) fəaliyyət imkanlarının genişləndirilməsi məqsədilə qanunvericiliyə dəyişikliklər üzərində işləyir. Bunu AMB-nin Bank Olmayan Kredit Təşkilatların

Mərkəzi Bankın sədri: Bankların kredit vermək üçün 4,6 milyard manat sərbəst vəsaiti var

Azərbaycanda bank sektorunun izafi likvidliyi yüksək səviyyədə qalmaqda davam edir. Bankların mövcud tənzimləyici tələblər nəzərə alındıqdan sonra kreditləşməyə yönəldə biləcəyi sərbəst vəsaitlərinin həcmi 4,6 milyard mana

"Moody’s": Azərbaycan bankları kapital və likvidlik göstəricilərində regional liderlər sırasındadır

Beynəlxalq reytinq agentliyi "Moody"s Ratings" Azərbaycan banklarının kapital və likvidlik ehtiyatlarının kreditləşmənin genişləndirilməsi üçün kifayət qədər olduğunu bildirib. bu barədə reytinq agentliyin


iqtisadi xeberler en son xeberler biznes xeberleri bitkoin almaq valyuta kurslari