Azərbaycanda 4-cü böyük bankın MALİYYƏ VƏZİYYƏTİ AÇIQLANDI

Azərbaycanda 4-cü böyük bankın MALİYYƏ VƏZİYYƏTİ AÇIQLANDIAktivlərinin həcmi üzrə Azərbaycanda 4-cü böyük bank olan "Xalq Bank" 2023-cü ilin 1-ci rübünü (yanvar-mart) 11 milyon 214 min manat xalis mənfəət ilə başa vurub. Bank 2022-ci ilin 1-ci rübünü 7 milyon 10 min manat xlias mənfəət ilə bağlamışdı. Beləliklə, "Xalq Bank"ın xalis mənfəəti 2022-ci ilin 1-ci rübü ilə müqayisədə 2023-cü ilin 1-ci rübündə 4 milyon 204 min manat və ya 60% artıb.
Marja.az Bankın maliyyə göstəricilərinə istinadən xəbər verir ki, 2022-ci ilin 1-ci rübü ilə müqayisədə 2023-cü ilin 1-ci rübündə Xalq Bankı faiz gəlirləri 10 milyon 996 min manat artaraq 35 milyon 453 min manat, qeyri-faiz gəlirləri isə 1 milyon 829 min manat artaraq 7 milyon 41 min min manat təşkil edib. 
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.99%-dən
BANKIN GƏLİRLƏRİ ARTIB
2023-cü ilin 1-ci rübündə Xalq Bankın cəmi əməliyyat gəlirləri (faiz və qeyri-faiz gəlirləri) 42 milyon 494 min manat, cəmi əməliyyat xərcləri (faiz və qeyri-faiz xərcləri) 22 milyon 355 min manat, gəlirlər xərcləri üstələdiyindən əməliyyat mənfəəti 20 milyon 139 min manat təşkil edib. Bank aktivlər üzrə mümkün zərərlərin ödənilməsi üçün xüsusi ehtiyatın yaradılmasına 7 milyon 85 min manat ayırdığından və 1 milyon 842 min manat mənfəət vergisi ödədiyindən ilk rübü 11 milyon 214 min manat xalis mənfəət ilə yekun vurub. 
Müqayisə üçün qeyd edək ki, 2022-ci ilin 1-ci rübündə Xalq Bankın cəmi əməliyyat gəlirləri 29 milyon 669 min manat, cəmi əməliyyat xərcləri 19 milyon 290 min manat, gəlirlər xərcləri üstələdiyindən əməliyyat mənfəəti 10 milyon 379 min manat, aktivlər üzrə mümkün zərərlərin ödənilməsi üçün xüsusi ehtiyatın yaradılmasına ayrılan vəsait 2 milyon 15 min manat, ödənilmiş mənfəət vergisi 1 milyon 353 min manat təşkil etmişdi.  
Əgər aktivlər üzrə mümkün zərərlərin ödənilməsi üçün xüsusi ehtiyatın yaradılmasına ayırdığı vəsaitdə artım baş verməsəydi, Bankın xalis mənfəəti daha yüksək olardı.
Xalq Bankın kreditlər üzrə faiz gəlirləri ilə bərabər, qiymətli kağızları üzrə faiz gəlirləri, banklar və digər maliyyə institutlarına verilən kreditlər üzrə faiz gəlirləri, banklar və digər maliyyə institutlarındakı depozitlər üzrə faiz gəlirləri artıb.
BANK BÖYÜYÜB, KREDİT PORTFELİ ARTIB
31 Mart 2023-cü il tarixində Xalq Bank 2 milyard 700 milyon 678 min manat cəmi aktivlərə, o cümldən 1 milyard 774 milyon 923 min manatcəmi kredit portfelinə (müştərilərə verilən kreditlər) malik olub. Bank ötən ilin sonunda 2 milyard 685 milyon 78 min manat cəmi aktivlərə, o cümlədən 1 milyard 740 min 634 min maant kredit portfelinə malik idi. Beləliklə, ilk rübdə Bankın kredit portfeli 34 milyon 289 min manat artıb.
Ötən ilin sonunda Xalq Bankda depozitlər 1 milyard 855 milyon 258 min manat ikən, 31 Mart 2023-cü il tarixində 1 milyard 901 milyon 513 min manata çatıb (46 min 255 min manat artım).
31 Mart 2023-cü il tarixində Xalq Bank 431 milyon 476 min manat məcmu kapitala malik olub. Bank ötən ilin sonunda 427 milyon 59 min manat məcmu kapitala malik idi.
Azərbaycanda 4-cü böyük bankın MALİYYƏ VƏZİYYƏTİ AÇIQLANDIAzərbaycanda 4-cü böyük bankın MALİYYƏ VƏZİYYƏTİ AÇIQLANDIAzərbaycanda 4-cü böyük bankın MALİYYƏ VƏZİYYƏTİ AÇIQLANDIAzərbaycanda 4-cü böyük bankın MALİYYƏ VƏZİYYƏTİ AÇIQLANDIAzərbaycanda 4-cü böyük bankın MALİYYƏ VƏZİYYƏTİ AÇIQLANDI

Banklar     Tarix: 20 aprel 2023

Oxşar xəbərlər

Süd vəzi xərçənginə qarşı necə sığortalanmaq olar? ®

Bu xəstəliklə mübarizədə erkən diaqnostika və vaxtında müalicə mühüm rol oynayır. Çünki süd vəzi xərçəngi dünyada qadınlar arasında ən geniş yayılmış onkoloji xəstəlikdir. Ümumdünya Səhiyyə Təşkilatı süd vəzi xərçəngini müasi

Bank of Baku-nun növbəti maliyyə savadlılığı tədbiri Şirvanda baş tutub

Gələcəyin maliyyə savadlı cəmiyyətinin formalaşmasına töhfə verməyi hədəfləyən Bank of Baku növbəti maliyyə savadlılığı təşəbbüsünü regionda həyata keçirib. Bankın Şirvan şəhərində Elçin İmanov adına 10 nömrəli tam orta məktəbd

ABŞ-ın ən böyük bankı Dubayda yeni filial açıb

ABŞ-ın bankçılıq və investisiya xidmətləri sahəsində fəaliyyət göstərən "JPMorgan Chase" bankı Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində varlı müştərilərə xidmət göstərmək üçün yeni özəl bankçılıq filialı açıb

"BOKT-lara demişik ki, bu kreditləşmə bizim üçün maraqlı deyil

Azərbaycan Mərkəzi Bankı (AMB) bank olmayan kredit təşkilatlarının (BOKT) verdiyi yüksək faizli gündəlik kreditlərlə bağlı tənzimləmə tələblərini daha da sərtləşdirməyi planlaşdırır. xəbər verir ki, bunu Azərbaycan Mərkəz

Banklara mesaj: Pullarınızı Mərkəzi Bankda deyil, bir-birinizdə yerləşdirin - "Vəsaitlər kreditləşməyə yönəlməlidir"

Azərbaycan Mərkəzi Bankı 2026-cı ilin sonunadək valyuta bazarında alışyönümlü müdaxilələrini davam etdirə bilər. Növbəti iki ayda 500 milyon – 1 milyard ABŞ dolları həcmində valyuta alışının həyata keçirilməsi ehtimal olunur

İpoteka müraciətlərində "makler" müdaxiləsinə qarşı yeni qaydalar tətbiq edilir

Azərbaycanda İpoteka və Kredit Zəmanət Fondunun vəsaiti hesabına verilən ipoteka kreditləri ilə bağlı qaydalara dəyişiklik edilib. Yeniliklər həm kredit götürə biləcək şəxslərə, həm də müraciət prosesinə aiddir. xəbər veri

"Kredit Evi" 15 milyon 300 min manatlıq daşınmaz əmlak almağa hazırlaşır

"Kredit Evi" ASC 15 milyon 300 min manat dəyərində daşınmaz əmlakın alınması ilə bağlı qərar qəbul edib. xəbər verir ki, qərar şirkətin səhmdarlarının 23 oktyabr 2026-cı il tarixində keçirilmiş növbədənkənar ümum

Bir ekosistemi Qarabağ sakinləri üçün yeni məşğulluq layihəsinə start verib

Bir ekosistemi Qarabağın bərpası və yenidən qurulmasına verdiyi töhfələri genişləndirərək, doğma yurdlarına qayıdan vətəndaşların peşəkar inkişafını və əmək bazarına inteqrasiyasını dəstəkləyən yeni təşəbbüsə start verib

"Ziraat Bank Azərbaycan"ın istiqrazlarına böyük maraq: Tələb təklifi 3 dəfə  üstələyib

"Ziraat Bank Azərbaycan" ASC-nin kapital bazarına təqdim etdiyi 15 milyon manatlıq istiqraz emissiyası investorların yüksək marağı ilə qarşılanıb. İllik 10 faiz gəlirlilik təklif edən istiqrazlara ümumilikdə 45,


iqtisadi xeberler rubl mezenne kripto valyuta kurslari bitcoin qiymeti