Azərbaycanda 6-cı böyük bankın vəziyyəti məlum oldu

Azərbaycanda 6-cı böyük bankın vəziyyəti məlum oldu"Unibank" ASC 2022-ci il üzrə maliyyə göstəricilərini açıqlayıb.
Marja.az xəbər verir ki, "Unibank" 2022-ci ili 557 min manat xalis mənfəət ilə başa vurub. Bank 2021-ci ili 4 milyon 688 min manat xalis mənfəət ilə bağlamışdı. Beləliklə, "Unibank"ın xalis mənfəəti 2021-ci illə müqayisədə 2022-ci ildə 8,4 dəfə və ya 4 milyon 131 min manat azalıb. Xalis mənfəətin azalması "Unibank"ın mümkün zərərlər üçün yaradılan ehtiyatlara daha çox vəsait ayırması ilə əlaqədardır. Ötən il "Unibank"ın gəlirləri və əməliyyat mənfəəti artıb.
2022-ci ildə "Unibank"ın əməliyyat gəlirləri (faiz və qeyri-faiz gəlirləri) 232 milyon 636 min manat təşkil edib ki, bu da 2021-ci il ilə müqayisədə 44,4% və ya 71 milyon 564 min manat çoxdur. 2021-ci ildə Bankın cəmi əməliyyat gəlirləri 161 milyon 72 min manat təşkil etmişdi. 
2022-ci ildə "Unibank"ın əməliyyat xərcləri (faiz və qeyri-faiz xərcləri) 208 milyon 123 min manat təşkil edib ki, bu da 2021-ci il ilə müqayisədə 49,2% və ya  68 milyon 600 min manat çoxdur. 2021-ci ildə Bankın cəmi əməliyyat xərcləri 139 milyon 523 min manat təşkil etmişdi. 
2021-ci illə müqayisədə 2022-ci ildə "Unibank"ın faiz gəlirləri 41 milyon 764 min manat, faiz xərcləri 14 milyon 607 min manat, qeyri-faiz gəlirləri 29 milyon 800 min manat, qeyri-faiz xərcləri isə 51 milyon 813 min manat artıb.
Ötən il "Unibank"ın əməliyyat gəlirləri əməliyyat xərclərini üstələdiyindən 24 milyon 513 min manat əməliyyat mənfəəti yaranıb. 2021-ci ildə "Unibank"ın əməliyyat mənfəəti 21 milyon 550 min manat təşkil etmişdi. Bankın əməliyyat mənfəəti 2021-ci illə müqayisədə 2022-ci ildə 2 milyon 963 min manat və ya 13,7% artıb.
2022-ci ildə "Unibank"ın mümkün zərərlər üçün yaradılan ehtiyatlara ayırdığı vəsait 23 milyon 565 manat təşkil edib ki, bu da 2021-ci il ilə müqayisədə 39,7% və ya 6 milyon 703 min manat çoxdur. Bank 2021-ci ildə mümkün zərərlər üçün yaradılan ehtiyatlara 16 milyon 862 min manat ayırmışdı. 
 Aktivlərinin məbləğinə görə 6-cı böyük bank olan  "Unibank"ın 24 milyon 513 min manat əməliyyat mənfəətindən 23 milyon 565 manat ümkün zərərlər üçün yaradılan ehtiyatlara ayırdığı və 392 min manat mənfəət vergisi ödədiyi üçün ötən ili 557 min manat xalis mənfəət ilə bağlayıb.
"Unibank"ın cəmi aktivləri 2021-ci illə müqayisədə 2022-ci ildə 38,7% və ya 401 milyon 981 min manat artaraq 31 dekabr 2022-ci il tarixində 1 milyard 440 milyon 643 min manat təşkil edib. Bank 2021-ci ilin sonunda 1 milyard 38 milyon 662 min manat cəmi aktivlərə malik idi.
"Unibank"ın kredit portfeli (müştərilərə verilmiş kreditlər) 2021-ci illə müqayisədə 2022-ci ildə 20,3% və ya 150 milyon 352  min manat artaraq 31 dekabr 2022-ci il tarixində 889 milyon 593 min manat təşkil edib. 2021-ci ilin sonunda Bankın kredit portfeli 739 milyon 241 manata çatmışdı.
Ötən il "Unibank"ın istehlak kreditləri portfeli 112 milyon 17 min manat artaraq 547 milyon 205 min manata, biznes kreditləri portfeli 31 milyon 907 min manat artaraq 274 milyon 325 min manata, ipoteka kreditləri portfeli isə 6 milyon 428 min manat artaraq 68 milyon 62 min manata çatıb.
"Unibank"ın depozit portfeli  2021-ci illə müqayisədə 2022-ci ildə 40,7%  və ya 286 milyon 208 min manat artaraq 31 dekabr 2022-ci il tarixində 989 milyon 744 min manat təşkil edib. Bank 2021-ci ilin sonunda 703 milyon 536 min manat cəmi depozitlərə malik idi. O cümlədən, fiziki şəxslərin depozitləri 200 milyon 100 min manat artaraq 771 milyon 356 min manata, hüquqi şəxslərin depozitləri 86 milyon 108 min manat artaraq 218 milyon 387 min manata yüksəlib.
31 dekabr 2022-ci il tarixində "Unibank" 127 milyon 609 min manat məcmu kapitala malik olub. Bank 31 dekabr 2021-ci il tarixində 105 milyon 921 min manat məcmu kapitala malik idi.
Azərbaycanda 6-cı böyük bankın vəziyyəti məlum olduAzərbaycanda 6-cı böyük bankın vəziyyəti məlum olduAzərbaycanda 6-cı böyük bankın vəziyyəti məlum olduAzərbaycanda 6-cı böyük bankın vəziyyəti məlum oldu

Banklar     Tarix: 25 yanvar 2023

Oxşar xəbərlər

"Access Bank"ın müştərilərini nə gözləyir? — Ekspertdən AÇIQLAMA

"Bank Respublika" ASC və "Access Bank" QSC-nin səhmdarları "Bank Respublika"nın "Access Bank"ın səhmlərinin 100 %-ni almasını nəzərdə tutan strateji əqdin əsas şərtlərini təsdiqləyiblər

Bankın müştərilərinin şəxsi məlumatları oğurlanıb

Onlayn bank xidmətləri göstərən Böyük Britaniyanın "Revolut" şirkətinin müştərilərinin fərdi məlumatları dövlət qurumları kimi təqdim edən dələduzlar tərəfindən oğurlanıb. Bu barədə "Reuters" agentliy

"Yapı Kredi Bank Azərbaycan" Hüquq Büro xidmətini satın alır - TENDER ®

"Yapı Kredi Bank Azərbaycan" QSC Hüquq Büro xidmətinin alımı üçün tender açıq elan edir. Tenderə müraciət edilməsi üçün şikrətlər aşağıdakı şərtlərə uyğun gəlməli və qeyd edilən sənədləri qapalı zərfdə "Yap

Azərbaycanın turizmdən gəlirləri 21% azalıb – İlk yarımildə 748 mln. dollar

Azərbaycanın turizm xidmətləri üzrə dövriyyəsi 2026-cı ilin ilk altı ayında illik müqayisədə 14,7% azalaraq 1,4 milyard dollar təşkil edib. Buna baxmayaraq, ölkənin turizm xidmətləri üzrə gəlirləri xərclərini üstələyib v

"PAŞA Bank" yarımillik nəticələrini açıqladı - Aktivləri 10 milyard manata yaxınlaşıb

PAŞA Bank 2026-cı ilin ilk yarısının maliyyə və biznes nəticələrini mətbuat konfransında açıqlayıb. Bu, Bankın Azərbaycanda özəl bank sektorunda ilk IPO-nu uğurla başa çatdırmasından sonra keçirdiyi ilk mətbuat konfrans

"Bank of Baku"da növbədənkənar yığıncaq keçiriləcək – istiqraz məsələsi gündəmdə

"Bank of Baku" ASC səhmdarlarının növbədənkənar ümumi yığıncağını keçirəcək. xəbər verir ki, yığıncaq 18 sentyabr 2026-cı il saat 10:00-da bankın Baş İdarəsində, Bakı şəhəri, Atatürk prospekti 42 ünvanında keçiriləcək

Rabitəbank 32-ci filialını Bakıxanovda açdı

Rabitəbank filial şəbəkəsini genişləndirərək müştərilərinə daha yaxın olmaq və bank xidmətlərinə əlçatanlığı artırmaq istiqamətində növbəti addım atıb. Bankın sayca 32-ci filialı Bakı şəhəri, Sabunçu rayonunda yerləşən "Bakıxano

"MJ Finance" BOKT böyüyüb - aktivləri 50%-ə yaxın artıb

"MJ Finance Bank Olmayan Kredit Təşkilatı" ASC 2025-ci ildə aktivlərini və kapitalını kəskin artırıb. Bununla belə, şirkətin vergidən əvvəlki mənfəəti və məcmu gəliri azalıb, 30 gündən çox gecikdirilmiş kreditləri

"Bank Respublika"da növbədənkənar yığıncaq keçiriləcək

"Bank Respublika" ASC səhmdarlarının növbədənkənar ümumi yığıncağını keçirəcək. xəbər verir ki, yığıncaq 19 oktyabr 2026-cı il saat 12:00-da Bankın Bakı şəhəri, Xaqani küçəsi 21 ünvanında yerləşən Baş Ofisində keçiriləcək


iqtisadi xeberler bu gunun xeberleri dollar mezenne valyuta kurslari bitkoin