Azərbaycanda 7 bankın xüsusi ehtiyatlara ayırmaları artıb

Azərbaycanda 7 bankın xüsusi ehtiyatlara ayırmaları artıbAzərbaycanda fəaliyyət göstərən 26 bankdan 7-nin bu ilin yanvar-sentyabr aylarındakı xüsusi ehtiyatlara ayırmaları ötən ilin eyni dövrü ilə müqayisədə çox olub.
Bunlar "Turan Bank", "Zıraat Bank Azərbaycan", "Azərbaycan Beynəlxalq Bankı", "Xalq Bank" və "Unibank" ASC-lər, eləcə də "Access Bank" və "Yapı Kredi Bank Azərbaycan" QSC-lərdir. Ən yüksək dinamika "Access Bank"da (13 dəfə), ən aşağı dinamika isə "Yapı Kredi Bank Azərbaycan"da (32,7%) qeydə alınıb.
6 bankın – "Kapital Bank", "Bank Avrasiya", "Günay Bank", "Rabitəbank", "Naxçıvan Bank" və "PAŞA Bank" ASC-lərin isə xüsusi ehtiyatlara ayırmaları azalıb. Ən çox azalma "PAŞA Bank"da (88%), ən az azalma isə "Kapital Bank"da (28,8%) qeydə alınıb.
4 bankın – "AFB Bank", "Bank of Baku" və "Bank VTB Azərbaycan" ASC-lərin, eləcə də Pakistan Milli Bankının Bakı filialının xüsusi ehtiyatlara ayırmalar üzrə qənaəti artıb. Ən yüksək dinamika Pakistan bankında (2,5 dəfə), ən aşağı dinamika isə "Bank VTB Azərbaycan"da (64,7%) qeydə alınıb. 2 bankın -  "Bank Respublika" və "Yelo Bank"ın isə xüsusi ehtiyatlara ayırmalar üzrə qənaəti müvafiq olaraq 66,1% və 81,9% azalıb.
4 bank – "Muğan Bank", "Bank BTB", "Azər-Türk Bank", "Premium Bank" ASC-lər bu ilin yanvar-sentyabr aylarında xüsusi ehtiyatlara vəsait ayırıb, ötən ilin eyni dövründə qənaət edib, 3 bank – "Express Bank" və "Azərbaycan Sənaye Bankı" ASC-lər, İran Milli Bankının Bakı filialı isə bu ilin 9 ayında xüsusi ehtiyatlar üzrə qənaət edib, ötən ilin eyni dövründə vəsait ayırıb. Odur ki, bu bankların xüsusi ehtiyatlar üzrə ayırmalarının / qənaətinin dinamikasını hesablamaq mümkün olmayıb. 
4 bankın 9 aylıq xüsusi ehtiyatlara ayırmaları 10 milyon manatdan çoxdur
Azərbaycanda fəaliyyət göstərən 26 bankdan 9-u bu ilin yanvar-sentyabr aylarında xüsusi ehtiyatlara vəsait ayırmayıb.
Bunlar "Express Bank", "Azərbaycan Sənaye Bankı", "Bank Respublika", "Yelo Bank", "AFB Bank", "Bank VTB Azərbaycan" və "Bank of Baku" ASC-lər, eləcə də Pakistan və İran Milli Banklarının Bakı filiallarıdır.
Başqa sözlə, bu banklar xüsusi ehtiyatlara ayırmalar üzrə qənaət ediblər. Bu baxımdan ən yüksək göstərici "Bank of Baku"da (11,884 milyon manat), ən aşağı göstərici isə Pakistan bankında (30 min manat) qeydə alınıb.
Qalan 17 bank isə müxtəlif məbləğlərdə ehtiyatlar yaradıb. Onlardan 4-də bu göstərici 10 milyon manatdan çoxdur. Həmin banklar "Kapital Bank" (71,816 milyon manat), "Azərbaycan Beynəlxalq Bankı" (32,72 milyon manat), "Unibank" (18,565 milyon manat) və "Muğan Bank" (13,565 milyon manat) ASC-lərdir.
Qalan 13 bankdan 11-də xüsusi ehtiyatlara ayırmaların məbləği 1-10 milyon manat arasında, 4 bankda isə 1 milyon manatdan azdır. 
İllik 13.99%-dən 40 000 AZN-dək zaminsiz komissiyasız kredit!
© "Renkinq" / marja.az

Banklar     Tarix: 08 dekabr 2022

Oxşar xəbərlər

Bir və CineMastercard-dan yeni tərəfdaşlıq: Kino biletləri tezliklə Birbank-da

Kinosevərlər üçün bilet almaq daha asan olacaq. Rəqəmsal xidmətləri bir çətir altında birləşdirən Bir ekosistemi Azərbaycanın ən böyük kinoteatr şəbəkələrindən biri CineMastercard ilə yeni əməkdaşlığa başlayır. Tərəfdaşlı

Zərər mənfəətlə əvəzlənib, aktivləri 136 milyon manatı keçib

"Bir Kredit" Bank Olmayan Kredit Təşkilatı (BOKT) 2026-cı ilin ilk 6 ayını mənfəətlə başa vurub. Şirkət ötən ilin eyni dövründə zərərlə işlədiyi halda, bu ilin yanvar–iyun aylarında 472 min 110 manat əməliyyat mənfəət

"Moody’s": Azərbaycan bankları kapital və likvidlik göstəricilərində regional liderlər sırasındadır

Beynəlxalq reytinq agentliyi "Moody"s Ratings" Azərbaycan banklarının kapital və likvidlik ehtiyatlarının kreditləşmənin genişləndirilməsi üçün kifayət qədər olduğunu bildirib. bu barədə reytinq agentliyin

Süd vəzi xərçənginə qarşı necə sığortalanmaq olar? ®

Bu xəstəliklə mübarizədə erkən diaqnostika və vaxtında müalicə mühüm rol oynayır. Çünki süd vəzi xərçəngi dünyada qadınlar arasında ən geniş yayılmış onkoloji xəstəlikdir. Ümumdünya Səhiyyə Təşkilatı süd vəzi xərçəngini müasi

"Ziraat Bank Azərbaycan"ın istiqrazlarına böyük maraq: Tələb təklifi 3 dəfə  üstələyib

"Ziraat Bank Azərbaycan" ASC-nin kapital bazarına təqdim etdiyi 15 milyon manatlıq istiqraz emissiyası investorların yüksək marağı ilə qarşılanıb. İllik 10 faiz gəlirlilik təklif edən istiqrazlara ümumilikdə 45,

"Yelo Bank"ın İdarə Heyətinin yenidən təyinatına baxılacaq

"Yelo Bank" ASC-nin səhmdarları dekabrın 3-də keçiriləcək növbədənkənar ümumi yığıncaqda İdarə Heyətinin sədrinin və üzvlərinin vəzifələrinə yenidən təyin olunması məsələsinə baxacaqlar. bankın bildirişinə istinadə

"PAŞA Kapital" "Ziraat Bank Azərbaycan"ın 15 milyon manatlıq istiqrazlarını uğurla yerləşdirib

Azərbaycanın kapital bazarlarının liderlərindən biri olan "PAŞA Kapital" İnvestisiya Şirkəti növbəti korporativ istiqraz emissiyasının yerləşdirilməsini uğurla tamamlayıb. Belə ki, "Ziraat Bank Azərbaycan"

"Gələn il bank sektorunda konsolidasiya qərarı olarsa, dəstəkləyəcəyik"

Azərbaycan Mərkəzi Bankı (AMB) gələn il bank sektorunda konsolidasiya qərarı olarsa, bunu dəstəkləyəcək. Bunu AMB-nin sədri Taleh Kazımov bildirib. "Azərbaycan Mərkəzi Bankı olaraq konsolidasiyanı dəstəkləyirik. Çünk

ABŞ-ın ən böyük bankı Dubayda yeni filial açıb

ABŞ-ın bankçılıq və investisiya xidmətləri sahəsində fəaliyyət göstərən "JPMorgan Chase" bankı Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində varlı müştərilərə xidmət göstərmək üçün yeni özəl bankçılıq filialı açıb


iqtisadi xeberler online pul qazanmaq leobank kart kicik biznes depozit faizleri