Azərbaycanda 9 ayda verilən güzəştli ipoteka kreditinin məbləği açıqlanıb
Bu ilin yanvar-sentyabr aylarında İpoteka və Kredit Zəmanət Fondunun vəsaiti hesabına 365,6 milyon manat kredit verilib ki, onun da 66,5 milyon manatı güzəştli ipoteka kreditləri olub.
9 ayda adi ipoteka kreditləri hesabına 3017, güzəştli ipoteka kreditləri hesabına isə 844 ailə mənzil şəraitini yaxşılaşdırıb.
Kredit lazımdır? Sərfəli krediti seçməyə biz sizə kömək edərik
Hesabat dövründə verilmiş kreditlərin orta məbləği 94 683 manat təşkil edib.
Ümumilikdə indiyə qədər Fondun vəsaiti hesabına 3,2 milyard manat ipoteka krediti verilib ki, bu da 51 710 ailənin mənzil şəraitini yaxşılaşdırmasına imkan verib. Bu kreditlərin 931 milyon manatdan çoxu dövlət dəstəyinə ehtiyacı olan xüsusi kateqoriyaya aid şəxslərə verilmiş güzəştli ipoteka kreditləri təşkil edir. İpoteka kreditlərindən faydalananların 67%-i gənclər və gənc ailələrdir.
Şəxsi yığımları yetərli olmayan əhalinin daha aşağı ilkin ödənişlə ipoteka kreditindən faydalanmasını təmin etmək məqsədilə 1 oktyabr 2024-cü il tarixinə Fond 92,9 milyon manat məbləğində 1 077 ipoteka krediti üzrə zəmanət verib. / banker.az

Əli Əsədov: Azərbaycan Gürcüstana 4 milyard dollara yaxın sərmayə yatırıb
Yapı Kredi Bank Azərbaycan müştərilərinə Çinin maliyyə mərkəzi Şanxay üzərindən birbaşa köçürmə imkanı təqdim edir
Banklara mesaj: Pullarınızı Mərkəzi Bankda deyil, bir-birinizdə yerləşdirin - "Vəsaitlər kreditləşməyə yönəlməlidir"
Mərkəzi Bank maliyyə sektorunun inkişafı üzrə hədəflərinin 15 faizini icra edə bilməyib
Milyarderin şirkəti 137 milyard dollar dəyərə çataraq Hindistanda 2-ci oldu
"Azərsun Holdinq" qeyri-neft sektorunun ikinci ən böyük ixracatçısı olub
Xarici bankların Azərbaycan bazarına daxil olmasına maneə yaradılır? – Taleh Kazımov cavab verdi
Biznes planı necə yazmaq lazımdır?
ChatGPT nədir və ChatGPT necə istifadə edilir?
1000 manatla hansı biznesi qurmaq olar?
Françayzinq nədir və necə olur?
Marketinq nə demədir?