Azərbaycanda 9 milyon təmassız bank kartı var
Bu il sentyabrın 1-nə olan məlumata görə, Azərbaycandakı 12.6 milyon bank kartının təxminən 9 milyonu təmassız olub.
Bunu Bakıda "Azərbaycan Fintex Assosiasiyası" İctimai Birliyinin təşkilatçılığı keçirilən "Azərbaycanda fintex ekosostemi: Bu gün və sabah" adlı konfransda Azərbaycan Mərkəzi Bankının (AMB) baş direktoru Fərid Osmanov bildirib.
"Son 1 ildə bank kartlarının sayı 23 %, təmassız bank kartlarının sayı isə 55 % artıb. Hesabat dövründə təmassız ödənişlərin məbləğində 2.7 dəfə, sayında isə 2.1 dəfə artım olub. Son nəticədə kart ödənişlərində nağdsız dövriyyənin xüsusi çəkisi 12.5 faiz bəndi artaraq 41 %-ə çatıb", – deyə o, qeyd edib. / banker.az
Sığorta şirkəti nizamnamə kapitalını 2 dəfə artırır
"İpək Yolu Sığorta" ASC nizamnamə kapitalını 15 milyon 242 min 500 manat və yaxud 2 dəfə artıraraq 14 milyon 770 min manatdan 30 milyon 012 min 500 manata çatdırmağı planlaşdırır. Kapital artımı qurumun dövriyyəd
Expressbank Bərdədə 300 ağac əkib
Expressbank "Təbiətə qayğı – Gələcəyə miras" korporativ sosial məsuliyyət layihəsi çərçivəsində növbəti ağacəkmə aksiyasını həyata keçirib. Bərdə Rayon İcra Hakimiyyətinin dəstəyi ilə rayonun Əliyanlı və Şirvanl
Azərbaycanda bank müştərilərinin sayı 17 milyonu keçib
2026-cı ilin sentyabr ayının sonuna olan məlumata görə, ölkədə bank müştərilərinin və müştəri hesablarının sayında həm aylıq, həm də illik müqayisədə artım qeydə alınıb. bu barədə Azərbaycan Mərkəzi Bankının dərc etdiyi statisti