Azərbaycanda bank sektoru 2023-cü ilin ilk ayında kiçildi

Azərbaycanda bank sektoru 2023-cü ilin ilk ayında kiçildiAzərbaycanda fəaliyyətdə olan bankların cəmi aktivləri aylıq müqayisədə 2.5% azalaraq 45 mlrd. 861.9 mln. manat, cəmi öhdəlikləri 3% azalaraq 40 mlrd. 200.2 mln. manat, balans kapitalı isə 2.5% azalaraq 5 mlrd. 661.7 mln. manata düşüb.
Banker.az bunu Azərbaycan Mərkəzi Bankının icmal göstəricilərinə istinad edir.
Bununla belə, yanvar ayında bankların kredit portfeli 0.4% və ya 75.2 mln. manat artaraq 19 mlrd. 669.6 mln. manat olmuşdur. Kredit portfelinin strukturu: ı) biznes kreditləri – 55.2% (10 mlrd. 845.6 mln. manat), ıı) istehlak kreditləri – 29.5% (5 mlrd. 811.9 mln. manat) və ııı) ipoteka kreditləri – 15.3% (3 mlrd. 012.2 mln. manat).  Cəmi kredit portfelində (BOKT-lər və kredit ittifaqları daxil olmaqla) vaxtı keçmiş kreditlərin payı əvvəlki ilin müvafiq dövrünə nəzərən 1.2 faiz bəndi azalaraq 2.9% təşkil etmişdir.
Öhdəliklərin strukturunda depozit portfeli üstünlük təşkil edir (cəmi öhdəliklərin 82%-i və ya 32 mlrd. 968.8 mln. manat). Depozit portfelinin 64.6%-ni (21 mlrd. 282 mln. manat) hüquqi şəxslərin depozitləri, 35.4%-ni (11 mlrd. 686.8 mln. manat) fiziki şəxslərin depozitləri (əmanət portfeli) təşkil edir.
Hesabat ayında bankların əmanət portfeli (sahibkarlıqla məşğul olan fiziki şəxslər istisna olmaqla) 1.8% və ya 203.8 mln. manat artmışdır. Əmanət portfelinin 53%- i (6 mlrd. 196.3 mln. manat) müddətli əmanətlərdən ibarətdir. Hüquqi şəxslərin tələbli depozitləri 18 mlrd. 818.9 mln. manat olmaqla, hüquqi şəxslərin cəmi depozit portfelinin 88.4%-ni təşkil etmişdir.
Fiziki şəxslərin əmanətlərinin dollarlaşması yanvar ayında ilin əvvəlinə nəzərən 0.4 faiz bəndi, əvvəlki ilin müvafiq dövrünə nəzərən isə 0.5 faiz bəndi azalaraq 38.8% təşkil etmişdir.
2023-cü ilin yanvar ayında banklar 90.3 mln. manat xalis mənfəət, 134.5 mln. manat məbləğində əməliyyat mənfəəti əldə etmişlər. 2022-ci ilin müvafiq dövrü ilə müqayisədə bankların xalis və əməliyyat mənfəəti müvafiq olaraq 54% və 50% artmışdır.
Azərbaycanda bank sektoru 2023-cü ilin ilk ayında kiçildi0Azərbaycanda bank sektoru 2023-cü ilin ilk ayında kiçildi Azərbaycanda bank sektoru 2023-cü ilin ilk ayında kiçildiAzərbaycanda bank sektoru 2023-cü ilin ilk ayında kiçildi

Banklar     Tarix: 24 fevral 2023

Oxşar xəbərlər

Mərkəzi Bankın sədri: Bankların kredit vermək üçün 4,6 milyard manat sərbəst vəsaiti var

Azərbaycanda bank sektorunun izafi likvidliyi yüksək səviyyədə qalmaqda davam edir. Bankların mövcud tənzimləyici tələblər nəzərə alındıqdan sonra kreditləşməyə yönəldə biləcəyi sərbəst vəsaitlərinin həcmi 4,6 milyard mana

Mərkəzi Bank maliyyə sektorunun inkişafı üzrə hədəflərinin 15 faizini icra edə bilməyib

Azərbaycan Mərkəzi Bankının 2024–2026-cı illəri əhatə edən Maliyyə Sektorunun İnkişafı Strategiyasında nəzərdə tutulan hədəf və təşəbbüslərin təxminən 85 faizi indiyədək icra olunub. xəbər verir ki, bunu Azərbaycan Mərkəz

Hədəfinə çat, əlavə faiz qazan: Yelo Bank-dan yeni əmanət məhsulu

Yelo Bank yığım vərdişini oyuna, hədəfə çatmağı isə qazanca çevirən yeni əmanət məhsulunu – "Yelo Hədəf"i təqdim edir. Məhsulun əsas yanaşması sadədir: müştəri əmanət açarkən özü üçün hədəf məbləğ müəyyən edir

"Moody’s": Azərbaycan bankları kapital və likvidlik göstəricilərində regional liderlər sırasındadır

Beynəlxalq reytinq agentliyi "Moody"s Ratings" Azərbaycan banklarının kapital və likvidlik ehtiyatlarının kreditləşmənin genişləndirilməsi üçün kifayət qədər olduğunu bildirib. bu barədə reytinq agentliyin

Taleh Kazımov: "Xarici bankların Azərbaycana gəlməsini dəstəkləyirik"

Xarici bankların Azərbaycana gəlməsində maraqlıyıq. Bunu Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Taleh Kazımov deyib. Onun sözlərinə görə, AMB-nin xarici bankların Azərbaycana gəlməsində maraqlı olmaması fikri yanlış yanaşmadır

PAŞA Bank sahibkarlar üçün yeni POS Kredit məhsulunu təqdim edir ®

PAŞA Bank kiçik və orta sahibkarların maliyyələşməyə çıxışını asanlaşdırmaq məqsədilə yeni POS Kredit məhsulunu təqdim edib. Məhsul bankın POS və mobil POS (mPOS) terminallarından istifadə edən hüquqi şəxslərə və fərdi sahibkarlar

"Banklar kredit verməyə müştəri tapa bilmirlər, bir-birinin müştərilərini cəlb etməyə çalışırlar"

Azərbaycanda bankların 4 milyard 600 milyon manat sərbəst vəsaitinin olmasına baxmayaraq, kredit bazarında, xüsusilə biznes kreditləşməsi sahəsində tələbin zəifliyi müşahidə edilir. Nəticədə banklar yeni borcalanlar tapma

Expressbank Bərdədə 300 ağac əkib

Expressbank "Təbiətə qayğı – Gələcəyə miras" korporativ sosial məsuliyyət layihəsi çərçivəsində növbəti ağacəkmə aksiyasını həyata keçirib. Bərdə Rayon İcra Hakimiyyətinin dəstəyi ilə rayonun Əliyanlı və Şirvanl

"Yelo Bank" rəhbərliyini yenidən təyin edəcək – 2027-ci ilin büdcəsi və yeni strategiya təsdiqlənəcək

"Yelo Bank" ASC-nin İdarə Heyətinin üzvləri və sədrinin vəzifəyə yenidən təyin edilməsi məsələsinə baxılacaq. xəbər verir ki, bu barədə Bankın səhmdarlarının növbədənkənar ümumi yığıncağının çağırılmasına dair bildirişind


iqtisadi xeberler online pul qazanmaq investisiya dollar mezenne en son xeberler