Azərbaycanda biznes kreditlərində geriləmə başlayıb
2022-ci ilin 8 ayında (yanvar-avqust) Azərbaycanın bank sektorunun kredit portfeli 151,2 milyon manat artaraq 31 avqust 2022-ci il tarixində 18 milyard 638,6 milyon manata çatıb.
Marja.az Mərkəzi Banka istinadən xəbər verir ki, iyul ayı ilə müqayisədə avqust ayında biznes kreditləri 5 milyon manat azalaraq 10 milyard 492 milyon manata düşüb. İstehlak kreditləri 101,7 milyon manat artaraq 5 milyard 416.7 milyon manata, ipoteka kreditləri isə 54.6 milyon manat artaraq 2 milyard 730 milyon manata çatıb.
İllik 13.99%-dən 40 000 AZN-dək zaminsiz komissiyasız kredit!
2022-ci ilin 8 ayı ərzində bank sektorunun cəmi kredit portfeli 1 milyard 979.5 milyon manat, o cümlədən biznes kreditləri 752 milyon manat, istehlak kreditləri 898,3 milyon manat, ipoteka kreditləri isə 329,3 milyon manat artıb.
Qeyd edək ki, iyun ayı ilə müqayisədə iyul ayında biznes kreditləri 15,3 milyon manat artaraq 10 milyard 497 milyon manata, istehlak kreditləri 125,2 milyon manat artaraq 5 milyard 315 milyon manata, ipoteka kreditləri isə 26.9 milyon manat artaraq 2 milyard 675.4 milyon manata çatmışdı.


Pekində Azərbaycan dili üçün yeni rəqəmsal resurs yaradılıb — istifadə pulsuzdur
Rabitəbank Xankəndidə sahibkarlarla görüş keçirib ®
Bank sektorunda iri əqd tamamlandı – AccessBank və Bank Respublika birləşir
Expressbank Bərdədə 300 ağac əkib
Bank of Baku-nun növbəti maliyyə savadlılığı tədbiri Şirvanda baş tutub
Kino biletləri də ABB mobile tətbiqində
Dövlət şirkətlərinin idarəetmə orqanlarının üzvlərinin mükafatlandırılması qaydası dəyişib
Bir və CineMastercard-dan yeni tərəfdaşlıq: Kino biletləri tezliklə Birbank-da
Azərbaycanda pul bazası 25 milyard manatı ötüb
Biznes nədir?
İKEA şirkətinin tarixi
ƏDV geri al və onun üstünlükləri
2026-ci ilin TOP-5 onlayn biznes ideyası
Ən çox gəlir gətirən onlayn bizneslər