Azərbaycanda biznesdə yoxlama aparılması – QAYDALARI DƏYİŞİR – YENİ QANUN

Azərbaycanda biznesdə yoxlama aparılması – QAYDALARI DƏYİŞİR – YENİ QANUN"Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında" qanuna dəyişikliklər ediləcək.
FED.az xəbər verir ki, bu məsələ Milli Məclisin iqtisadi siyasə və sahibkarlıq komitəsində müzakirə edilir.
Qanuna nəzərdə tutulan əsas  dəyişikliklər yoxlayıcı qurumların məsuliyyətinin artırılması, yoxlama prosesinin daha dəqiq idarə olunması,  sahibkarların və yoxlayacaların və sahibkarların hüquq və vəzifələrinin müəyyən edilməsinə aiddir.
Beləliklə, layihədə aşağıdakı dəyişikliklər nəzərdə tutulur:
1. Layihənin 1.1-ci maddəsində "Yoxlama obyekti"nin anlayışı və onun əhatə dairəsi müəyyən olunur. Bu yanaşma imkan verəcək ki,  yoxlama obyektinin hər hansı biri üzrə yoxlama aparıldıqda, sahibkarın fəaliyyəti bütövlükdə dayandırılmasın.
2. Layihənin 1.3-cü maddəsində "Risklərin idarə olunması" anlayışı, onun strukturu, 8-ci maddəsində isə struktura daxil olan komponentlərin anlayışları verilir. Bu cür yanaşma risklərin idarə olunmasına aydınlıq, ardıcıllıq və şəffaflıq gətirəcək.
3. İlk dəfə olaraq layihənin 4-cü maddəsində yoxlayıcı qurumun və sahibkarın hüquq və vəzifələri müfəssəl formada (Fəsil 1-1) verilib. Yoxlama prosesi ilə bağlı bütün məsələlər bu Qanunun predmeti olduğundan, yoxlama prosedurunun iştirakçılarının hüquq və vəzifələri digər hüquqi aktlarda əks olunmayıb. İlk dəfə olaraq, bu Qanun layihəsində təklif olunur;
4. Layihənin 5-ci maddəsi ilə qanuna yoxlayıcı qurumun etik davranış qaydaları və maraqların toqquşmasının qarşısının alınması və fəaliyyətinin qiymətləndirilməsi ilə bağlı müddəalar (Maddə 6-1. və 6-2) daxil edilir. Həmin müddəalarla yoxlayıcı orqanlara dair tələblər müəyyən edilib.
5. Layihənin 6.1-ci maddəsi ilə dövlət qulluqçusu olmayan yoxlayıcıların fəaliyyətinin qiymətləndirilməsi qaydasına aydınlıq gətirilir. Dəyişiklik yoxlayıcı orqan səlahiyyəti verilmiş publik hüquqi şəxslərin əməkdaşlarının fəaliyyətinə nəzarəti təmin etməklə, onların məsuliyyətini artırır.
6. Layihənin 6.2-ci maddəsi ilə təlim planlarına dair müfəssəl müddəalar əlavə edilir. Eyni zamanda, layihənin 7.5-ci maddəsi ilə illik planların məzmunu və hazırlanma (yerləşdirmə) müddətləri göstərilir.
7. Layihənin 7-ci və 10.2-ci maddələrində əks olunmuş dəyişikliklər yoxlayıcı orqanın sahibkarlara məsləhət göstərməsi üzrə fəaliyyətinin keyfiyyətini artırır.
8. Layihənin 10.1-ci maddəsində əks olunmuş müddəa yoxlayıcı orqanının illik hesabatının daha da müfəssəl və ətraflı olmasına xidmət edir.
9. Layihənin 11-ci və 14.2-ci maddələrində nəzərdə tutulan təkliflər yoxlamaların vahid məlumat reyestrinin aparılmasının təkmilləşdirilməsinə, bu prosesdə müəyyənliyin  və şəffaflığın artmasına xidmət edir.
10. Layihənin 15-ci maddəsində nəzərdə tutulan əlavələr yoxlama prosesində sahibkara səlahiyyətli nümayəndə vasitəsi ilə iştirak etmək hüququ verir ki, bu da sahibkara yoxlama zamanı əsas fəaliyyəti üzrə işləri dayandırmamağa imkan verməklə, sahibkarlıq fəaliyyətinə rəhbərliyin fasiləsizliyini təmin edir.
11. Layihənin 16-cı maddəsində nəzərdə tutulan əlavələrdə yoxlama suallarına dair tələblər, o cümlədən sualların konkret müəyyənləşdirilməsi, risk mütənasibliyi əsasında formalaşdırılması kimi məsələlər öz əksini tapır. Bu da yoxlama prosesində yoxlayıcılar tərəfindən sui-istifadə hallarının azaldılmasına xidmət etməlidir.
12. Layihənin 17-cı maddəsində nəzərdə tutulan əlavədə yoxlayıcının eyniləşdirmə imkanı artırılır (xidməti vəsiqəsi ilə birgə şəxsiyyət vəsiqəsinin də təqdim edilməsi).
13. Layihənin 19-cü maddəsi ilə nümunələrin dəyərinin ödənilməsi ilə bağlı təkliflər əks olunub. Təkliflərə əsasən götürülən məhsul nümunələrinin dəyərinin ödənilməsi, onların saxlanılması, tədqiq (sınaq) edilən parametrlərin dəyişməz saxlanılması, daşınması, tədqiqi, alınmış nəticələr barədə məlumat verilməsi, məhsulun daha sonrakı satışı və ya utilizasiyası ilə əlaqədar yaranan xərclər yoxlayıcı orqan tərəfindən ödənilir.
14. Layihənin 22-ci maddəsində nəzərdə tutulan əlavə ilə məhdudlaşdırıcı tədbirin tətbiqi barədə qərarda göstərilən tədbirlərin yerinə yetirilməsinin yoxlanılması üçün şərt daxil edilir. Hal-hazırda bu cür yoxlamanın keçirilməsi tələbi  ümumi qaydada bütün hallara şamil olunur. 
15. Layihənin 24-cü maddəsində nəzərdə tutulan dəyişikliklər yoxlayıcı orqanların (yoxlayıcıların) qərarlarından və hərəkətlərindən (hərəkətsizliyindən) şikayət verilməsi qaydasını dəqiqləşdirir. Belə ki, təklifə əsasən qərarları və hərəkətləri  barəsində şikayət olunan yoxlayıcı orqanların (yoxlayıcıların) yuxarı dövlət orqanı olmadıqda, sahibkarlar müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) şikayətlə müraciət edə bilərlər.

Biznes     Tarix: 04 may 2023

Oxşar xəbərlər

Bakıda Almaniya-Azərbaycan biznes konfransı keçiriləcək

Oktyabrın 27-də Bakıda qida emalı və qablaşdırma avadanlıqları sahəsində ixtisaslaşmış Almaniya şirkətlərinin nümayəndə heyətinin iştirakı ilə Almaniya-Azərbaycan biznes konfransı və fərdi işgüzar görüşlər keçiriləcək. xəbə

Dövlət şirkətlərinin idarəetmə orqanlarının üzvlərinin mükafatlandırılması qaydası dəyişib

Nazirlər Kabineti 4 iyun 2019-cu il tarixli "Paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslərin fəaliyyətində səmərəliliyin artırılması ilə bağlı bir sıra normativ hüquqi aktların təsdiq edilməs

Azərbaycanda restoranların dövriyyəsi 8% artıb

Bu ilin yanvar-sentyabr aylarında Azərbaycanda ictimai iaşə dövriyyəsinin dəyəri 2 milyard 309,8 milyon manat olub. Bakıda məşhur restoran fəaliyyətini dayandırdı. bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir

Bakıda Azərbaycan-Laos İnvestisiya və biznes forumu keçirilir

Bu gün Bakıda Azərbaycan-Laos İnvestisiya və biznes forumu öz işinə başlayıb. xəbər verir ki, forumda Laos Milli Ticarət və Sənaye Palatasının (LNCCI) icraçı vitse-prezidenti Thanongsinh Kanlagna, Laosun sənaye və ticarə

ATİB-in sədri Mürsəl Rüstəmov Sabancı Universitetinin nümayəndələrini qəbul edib

Oktyabrın 19-da Sabancı Universitetinin Rəhbər Kadrların İnkişafı Bölməsinin (EDU) Beynəlxalq Satış və Biznesin İnkişafi üzrə meneceri Özge Özkan və Beynəlxalq Proqramlar üzrə məsləhətçisi Gülin Kan Yükseltan Azərbaycan-Türkiy

"Sea Breeze" yeni şirkət yaratdı

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti (DVX) "Sea Breeze Radisson" MMC-ni dövlət qeydiyyatına alıb. Azərbaycanda eyni ünvanda yerləşən 5 şirkət – LƏĞV EDİLİR - DETALLAR. xəbər verir ki, yeni şirkə

Tenderyard Azərbaycanda alış-satışa yeni yanaşma - TƏQDİM EDİR

Azərbaycanda rəqəmsal ticarət imkanları genişləndikcə alıcı və satıcıların bir-biri ilə daha rahat əlaqə qurmasına imkan verən platformalara maraq artır.  xəbər verir ki, bu istiqamətdə fəaliyyət göstərənTenderyard.com alı

Səfir: Azərbaycan-Qırğızıstan biznes forumu keçiriləcək

Qırğızıstan Azərbaycanla iqtisadi əlaqələri genişləndirmək və ikitərəfli ticarət dövriyyəsini artırmaq niyyətindədir. Azərbaycanla Qırğızıstan arasında beynəlxalq avtomobil əlaqələri haqqında Saziş təsdiq olunub. xəbər veri

Azərbaycanda bazarda nöqsanlar aşkarlanıb – Sahibkar barəsində protokol tərtib edilib

Siyəzəndə ərzaq bazarında yoxlama keçirilib. Azərbaycanda bazarın fəaliyyəti nəzarətə götürüldü – Ciddi pozuntular aşkarlanıb. xəbər verir ki, Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları Siyəzən şəhəri, Xəta


iqtisadi xeberler bitkoin qiymeti biznes qurmaq rubl mezenne depozit faizleri