Azərbaycanda dövlət hesabına verilmiş ipoteka kreditlərinin məbləği açıqlanıb

Azərbaycanda dövlət hesabına verilmiş ipoteka kreditlərinin məbləği açıqlanıbBu günə qədər Azərbaycanda dövlət vəsaiti hesabına verilmiş ipoteka kreditlərinin məbləği 3,7 milyard manat təşkil edib.
Bu barədə Fondun "2024-2026-cı illər üzrə Kommunikasiya strategiyası"na uyğun olaraq daşınmaz əmlak sahəsində ixtisaslaşmış ekspertlərlə keçirilən görüş zamanı bildirib.
Qeyd edib ki, bu məbləğin 1 milyard 16 milyon manatı güzəştli ipoteka kreditlərinin payına düşür.
Yaşayış maliyyəsi alətlərinə həsr olunmuş görüşdə Fondun vəsaiti hesabına ipoteka kreditləşməsi və satmaq öhdəliyi ilə kirayə mənzil mexanizminə dair təqdimatlar edilib. Bildirilib ki, Azərbaycan Prezidenti İlham Əliyevin müvafiq fərmanı ilə yaradılmış İpoteka və Kredit Zəmanət Fondu Qafqaz bölgəsinin ilk ipoteka bazarı operatorudur. Dövlət vəsaiti hesabına 2006-ci ildən ipoteka kreditlərinin, 2007-ci ildən isə güzəştli ipoteka kreditlərinin verilməsinə başlanılıb.
Eyni zamanda, 2020-ci ildən başlayaraq satmaq öhdəliyi ilə kirayə mənzil mexanizmi çərçivəsində vətəndaşlara kirayə mənzillər təqdim olunur. Ötən dövrdə mexanizm çərçivəsində Bakı, Sumqayıt şəhərləri, habelə Abşeron rayonu üzrə 17 müxtəlif ünvanda kirayə mənzillər vətəndaşların seçiminə təqdim edilib.
İndiyə qədər Fondun həyata keçirdiyi ipoteka kreditləşməsi və satmaq öhdəliyi ilə kirayə mənzil mexanizmi vasitəsilə 64 647 ailənin mənzil şəraiti yaxşılaşıb. Bu çərçivədə 56 190 ipoteka krediti verilib və 8 457 vətəndaşla satmaq öhdəliyi ilə kirayə müqaviləsi bağlanılıb. Fondun yaşayış maliyyəsi alətləri vasitəsilə mənzil şəraitini yaxşılaşdıranların 70 %-ə yaxını gənclər və gənc ailələrdir.
Qeyd edilib ki, ipoteka kreditləşməsi, eləcə də satmaq öhdəliyi ilə kirayə mənzil mexanizmi çərçivəsində şəffaflığı və vətəndaşların rahatlığını təmin etmək məqsədilə proseslər tam avtomatlaşdırılıb və bütün müraciətlər Elektron Hökumət İnformasiya Sisteminə (e-gov.az) inteqrasiya edilmiş Elektron İpoteka və Kredit Zəmanət Sistemi üzərindən həyata keçirilir.
Görüşdə ətraflı müzakirələr aparılıb, ekspertləri maraqlandıran suallar cavablandırılıb və onların təklifləri dinlənilib. / banker.az

Banklar     Tarix: 21 noyabr 2025

Oxşar xəbərlər

BOKT-lərin xalis mənfəəti 2,5 dəfədən çox artaraq 153 milyon manatı keçib

Azərbaycanda fəaliyyət göstərən bank olmayan kredit təşkilatlarının (BOKT) 2026-cı ilin yanvar–sentyabr aylarında xalis mənfəəti ötən ilin eyni dövrü ilə müqayisədə 2,5 dəfədən çox artıb. bank olmayan kredit təşkilatlarını

Maaşı istənilən bankdan almaq bu tarixdən mümkün olacaq

Gələn il aprelin 1-dən vətəndaşlar maaş hesablarını heç bir əlavə ödəniş etmədən istədikləri banka keçirə biləcəklər. Bu barədə Mərkəzi Bankın sədri Taleh Kazımov iqtisadçılarla görüşündə bildirib. Onun sözlərinə görə, növbət

Banklara mesaj: Pullarınızı Mərkəzi Bankda deyil, bir-birinizdə yerləşdirin - "Vəsaitlər kreditləşməyə yönəlməlidir"

Azərbaycan Mərkəzi Bankı 2026-cı ilin sonunadək valyuta bazarında alışyönümlü müdaxilələrini davam etdirə bilər. Növbəti iki ayda 500 milyon – 1 milyard ABŞ dolları həcmində valyuta alışının həyata keçirilməsi ehtimal olunur

İpoteka müraciətlərində "makler" müdaxiləsinə qarşı yeni qaydalar tətbiq edilir

Azərbaycanda İpoteka və Kredit Zəmanət Fondunun vəsaiti hesabına verilən ipoteka kreditləri ilə bağlı qaydalara dəyişiklik edilib. Yeniliklər həm kredit götürə biləcək şəxslərə, həm də müraciət prosesinə aiddir. xəbər veri

"PAŞA Kapital" "Ziraat Bank Azərbaycan"ın 15 milyon manatlıq istiqrazlarını uğurla yerləşdirib

Azərbaycanın kapital bazarlarının liderlərindən biri olan "PAŞA Kapital" İnvestisiya Şirkəti növbəti korporativ istiqraz emissiyasının yerləşdirilməsini uğurla tamamlayıb. Belə ki, "Ziraat Bank Azərbaycan"

Azərbaycanda kredit kartları üzrə faizlər 27%-ə çatıb – Avtomobil kreditləri də bahalaşıb

Banklarda ən bahalı və ən ucuz kreditlər məlum oldu. Azərbaycanda bankların istehlak kreditləri üzrə orta faiz dərəcələrində fərqli istiqamətlərdə dəyişikliklər qeydə alınıb. Kredit kartları və avtomobil kreditləri üzrə faizlə

Azərbaycanda əhali nağd 1.47 mlrd.-ını manata çeviriblər

Azərbaycanda xarici valyuta təklifinin tələbi üstələməsi 2026-cı ilin sentyabr ayında da davam edib. Hesabat ayında bankların nağd ABŞ dolları alışı 182,2 milyon dollar, satışı isə 98,7 milyon dollar təşkil edib. Beləliklə

Azərbaycanda əcnəbi turistlər bank kartları ilə 1,27 milyard manata əməliyyat aparıblar

2026-cı ilin yanvar–sentyabr aylarında qeyri-rezident maliyyə institutlarının emissiya etdiyi ödəniş kartları vasitəsilə Azərbaycanda təxminən 1 milyard 270 milyon manatlıq əməliyyat həyata keçirilib. xəbər verir ki, bu

Mərkəzi Bank maliyyə sektorunun inkişafı üzrə hədəflərinin 15 faizini icra edə bilməyib

Azərbaycan Mərkəzi Bankının 2024–2026-cı illəri əhatə edən Maliyyə Sektorunun İnkişafı Strategiyasında nəzərdə tutulan hədəf və təşəbbüslərin təxminən 85 faizi indiyədək icra olunub. xəbər verir ki, bunu Azərbaycan Mərkəz


iqtisadi xeberler bank faizleri bitkoin emlak xeberleri dollar kursu