Azərbaycanda EBRD-nin cari layihə portfelinin dəyəri 950 milyon avroya düşüb
İyunun 30-na Avropa Yenidənqurma və İnkişaf Bankının (EBRD) Azərbaycandakı cari kredit portfeli 948 milyon avro məbləğində qiymətləndirilir.
EBRD-ə istinadən xəbər verilir ki, bu, mayın 31-i ilə müqayisədə 4,3 % və yaxud 43 milyon avro azdır.
Portfelin 38 %-i özəl sektorun payına düşür.
EBRD-nin məlumatına əsasən, cari portfelin əsas hissəsi – 89 %-i (846 milyon avro) dayanıqlı infrastrukturun inkişafına, 6 %-i (54 milyon avro) korporativ sektora, daha 5 %-i (48 milyon avro) isə maliyyə institutlarına yönəldilib.
Ümumilikdə EBRD Azərbaycanda 198 layihənin həyata keçirilməsinə 3,656 milyard avrodan çox investisiya yatırıb. Bankın kumulyativ ödənişləri 3,351 milyard avro təşkil edib.
Ötən il EBRD Azərbaycanda 8 layihənin maliyyələşdirilməsi üçün ümumilikdə 199 milyon avro məbləğində kredit ayırıb. Bu isə əvvəlki illə müqayisədə 27,6 % (43 milyon avro) çoxdur. / banker.az

Taleh Kazımov: "Xarici bankların Azərbaycana gəlməsini dəstəkləyirik"
AzInTelecom-un rəqəmsal imza infrastrukturu beynəlxalq "WebTrust for CA" auditindən uğurla keçib
Sahibkar olmayan şəxsin kartına hər gün 5 dəfə pul daxil olması normal deyil – Mərkəzi Bankın sədri
ATİB sədri Mürsəl Rüstəmov Türkiyənin Cümhuriyyət Bayramı münasibətilə keçirilən mərasimə qatılıb - FOTOLAR
Süd vəzi xərçənginə qarşı necə sığortalanmaq olar? ®
"Gələn il bank sektorunda konsolidasiya qərarı olarsa, dəstəkləyəcəyik"
Sığorta şirkətləri üçün yeni kapital tələbləri tətbiq ediləcək – Mərkəzi Bankdan mühüm açıqlama
İcbari Sığorta Bürosu "We Invest in People – Silver" beynəlxalq akkreditasiyasına layiq görülüb
Mərkəzi Bank Azərbaycan banklarının xarici bazarlara çıxışını dəstəkləyir
Biznesə aid ən yaxşı 10 kitab
İnvestisiyanın necə cəlb etmək olar?
Digital Card nədir?
Biznes qurmaq istəyənlərə 10 sadə məsləhət
SMM nədir?