Azərbaycanda əhali və şirkətin depozitlərini artıq yüksəlməkdədir
Azərbaycanda fiziki şəxslərin depozitlərinin orta faiz dərəcələri noyabrda da artmağa davam edib.
Banker.az Azərbaycan Mərkəzi Bankının statistik bülleteninə istinadən xəbər verir.
Noyabrın əvvəlində milli valyutada müştərilərdən cəlb edilən depozit faizləri 9.54 faizdən 9.62 faizə qalxıb. Bu da 2020-ci ilin fevralından bu tərəfə maksimum göstəricidir.
Xarici valyutada olan depozitlərin faizləri də son ayda artım göstərib. Belə ki, noyabrın əvvəlində depozit faizləri 2.83 faiz idi. Ayın sonuna 2.86 faizə yüksəlib.
Hüquqi şəxslərin milli valyutadakı depozitlərinin orta faizləri son rübdə yüksəlməkdə olsa da, son aylarda azalan xətlə davam edib. Noyabrın əvvəlində 6.73 faiz olduğu halda, noyabrın sonunda 6.72 faizə düşüb. Bu xarici valyutada isə yalnız artan xətlə getdiyi müşahidə edilir. Artıq xarici valyutadakı depozitlərin orta faiz dərəcələri 3.05 faizə qədər yüksəlib.
Azərbaycanda 2022-ci ildə yüksələn inflyasiya fonunda Mərkəzi Bank pul-kredit siyasətini sərtləşdirmişdi, hansı ki dünyanın əksər mərkəzi bankları bu addımı qiymət artımlarını cilovlamaq yolunda atmışdı. AMB son üç iclasda faiz parametrlərinin heç birinə toxunmayıb. Azərbaycanda uçot faiz dərəcəsi həmişə diqqət mərkəzində olaraq müzakirə edilsə də, əsas təsiredici amil məcburi ehtiyat normalarının olması görülməkdədir. Mərkəzi Bank differensial qaydada məcburi ehtiyat normaları üçün bunu tətbiq etməyə başlayıb ki, nəticədə portfelindəki iri "xərcsiz" depozitlərin bir hissəsini hərəkətsiz hala gətirib. Bu da o deməkdir ki, sistem əhəmiyyətli banklar da maliyyə mənbəsi kimi əhalidən vəsait cəlbi üçün cəlbedici faizlər təklif etməyə meylli olurlar. Tənzimləyici bununla bazardakı avtonom faktorların təsiri azaltmaq və faizlərin işə düşməsini təmin etmək istəyir.
İndiyə qədər illik 5-6 faiz illik gəlirlilik təklif edən banklarda hazırda orta faizlər 11 faizə qalxıb. Hətta 18 ay üzərində 12 faiz gəlirlilik təklif edirlər ki, bu da sığortalanan əmanət üçün tavan gəlirlilik dərəcəsidir.
Fond bazarında əsas alıcı qismində çıxış edən bankların dövlət istiqrazlarına son ildə marağı aşağı görünür. Dövlət istiqrazlarının hər bir tədavül müddəti üzrə gəlirlilik dərəcəsi 9-10 faiz aralığına yüksəlib. Onların qiymətli kağızlar portfeli ilin ikinci yarısından bu tərəfə 7.514 mlrd. manatdan 7.352 mlrd. manata düşüb. Buna qədər bu portfel artan xətlə gedirdi.

"Binance": Təhlükəsizlik insidenti səbəbindən ümumi zərər təxminən 6,3 milyard dollar təşkil edir
"Bitcoin" ucuzlaşıb - SON QİYMƏT
"Binance" kriptobirjasına kiberhücum: 2,54 milyard dollarlıq aktivlər dondurulub
XalqKart ilə "Baku Electronics" mağazalarında 5 % keşbek/bonus
Azərbaycanda bank müştərilərinin sayı 17 milyonu keçib
Azər Türk Bank atb360 tətbiqini yenilədi: Ailə bankçılığı və yeni rəqəmsal imkanlar
Səfir: Azərbaycan-Qırğızıstan biznes forumu keçiriləcək
Azərbaycanda sahibkar qadınlar kişilərdən – 3 DƏFƏ AZDIR
Azərbaycanda POS-terminalların sayı bir ildə 27 minə yaxın azalıb
Azərbaycan şirkətinin nizamnamə kapitalı – 500 DƏFƏ ARTIRILIR
Onlayn mağazalarda edilən TOP-5 səhvlər nələrdir?
Ev şəraitində pul qazanmağın yolları
McDonalds haqqında maraqlı faktlar
Biznes planı necə yazmaq lazımdır?
Dünyanın əh bahalı brendləri - TOP-10