Azərbaycanda ən iri ipoteka kreditləri hansı banklardadır? – RENKİNQ (01.01.2023)
2022-ci ildə Azərbaycanın bank sektoru daşınmaz əmlaka verdikləri kreditin həcmini artırdılar.
Bankların 1 yanvar 2023-cü il tarixinə olan məlumatına görə, bankların ipoteka kreditləri portfeli 2 milyard 985.16 milyon manata yüksəldi. Bu da son bir ildə bu portfelin 24.3% yüksəlməsidir. 2021-ci ildə artım dinamikası 19% idi.
Banker.az-ın tərtib etdiyi listdə ölkədə ən böyük ipoteka kreditləri portfelinə sahib kredit təşkilatı kimi ABB (Azərbaycan Beynəlxalq Bankı) dayanır. Bank 2022-ci ildə bu portfeli düz 25% artırmaqla 919.94 milyon manata yüksəltdi.
İki və üçüncü sıranı müvafiq olaraq "Kapital Bank" ASC və "Xalq Bank" ASC tutur. "Kapital Bank" ipoteka krediti portfelini illik müqayisədə 43% artıraraq 416.32 mln. manata, "Xalq Bank" 36% artırmaqla 317.32 milyon manata çatdırıb.
İpoteka krediti artımında illik müqayisədə ən yüksək artım dinamikası "Ziraat Bank Azərbaycan" ASC ( 2dəfə), "Kapital Bank" (43%) və "Bank of Baku" ASC-də (39%) müşahidə edilmişdir.


Serbiyada rusların üstünlük verdiyi bank bağlanıb, müştərilərin pulları dondurulub
ABŞ-ın ən böyük bankı Dubayda yeni filial açıb
"Ziraat Bank Azərbaycan"ın istiqrazlarına böyük maraq: Tələb təklifi 3 dəfə üstələyib
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
"Rabitəbank"ın Müşahidə Şurası sədrinə müavin təyin edilib
Pekində Azərbaycan dili üçün yeni rəqəmsal resurs yaradılıb — istifadə pulsuzdur
Rabitəbank Xankəndidə sahibkarlarla görüş keçirib ®
Bank sektorunda iri əqd tamamlandı – AccessBank və Bank Respublika birləşir
Expressbank Bərdədə 300 ağac əkib
Bank of Baku-nun növbəti maliyyə savadlılığı tədbiri Şirvanda baş tutub
Biznes qurmaq istəyənlərə 10 sadə məsləhət
CV-nin tərtib edilməsi prinsipləri
2026-ci ilin TOP-5 onlayn biznes ideyası
CV hazırlayarkən buraxılan 5 səhv
Biznes planı necə yazmaq lazımdır?