Azərbaycanda güzəştli kreditləşmənin əsas hissəsi hansı sahələrdə cəmləşib?
Bu ilin yanvar-oktyabr aylarında İqtisadiyyat Nazirliyi yanında Azərbaycan biznesinin İnkişafı Fondu (ABİF) 5 355 layihənin maliyyələşdirilməsinə (il ərzində 13,4 % çox) 290,4 milyon manat məbləğində (54,3 %) güzəştli kredit verib.
Verilmiş kreditlərin hesabına 3 865 yeni iş yerinin yaradılması planlaşdırılır.
Verilmiş kreditlərin 46,2 %-i sənaye məhsullarının istehsalı və emalına, 44,1 %-i kənd təsərrüfatı məhsullarının istehsalına, 7,1 %-i xidmət, 2,6 %-i isə digər sahələrin payına düşüb.
On ay ərzində maliyyələşdirilmiş layihələrin 99,7 %-i mikro (93,7 %), kiçik (4 %) və orta sahibkarlıq (2 %) subyektlərinin payına düşüb.
Ayrılmış güzəştli kreditlərin ümumi məbləğinin 89 %-ni mikro (60,4 %), kiçik (14,7 %) və orta (13,9 %) biznes subyektləri əldə edib.
Hesabat dövründə kreditlərin böyük hissəsi "Bank Respublika" ASC-nin xətti ilə verilib. Cari ilin yanvar-oktyabr aylarında bank sahibkarlara ümumi məbləği 58,9 milyon manat olan (1 579 layihə üzrə) güzəştli kredit verib. Verilən kreditlərin həcminə görə TOP-5-ə həmçinin "PASHA Bank" ASC daxildir ki, bu xətt üzrə 35 milyon manat, daha sonra "Yelo Bank" ASC – 32,3 milyon manat (1 108 layihə üzrə), "Kapital Bank" ASC – 31,4 milyon manat (342 layihə üzrə) və "Azərbaycan Beynəlxalq Bankı" ASC (ABB) – 30 milyon manat bölüşdürülüb.
Xatırladaq ki, 2024-cü ildə ABİF-in vəsaitləri hesabına maliyyələşdirilən sahibkarlıq subyektlərinin sayı 5 722 olub (+74,3 %) və bunun ümumi məbləği 248,1 milyon manat (+28 %) təşkil edib. / banker.az

ABB səhmləri nominaldan 22% yuxarı səviyyədə ticarət olunur
Cənubi afrikalı yazıçı süni intellektin köməyi ilə 371 kitab yazaraq 1 milyon dollar qazanıb
Azərbaycanda "Mastercard" və "Visa" tarifləri ilin sonuna qədər azaldılacaq
AMB: inflyasiyanın yarıdan çoxu xaricdəki qiymət artımlarından qaynaqlanıb
Kartdan-karta limitlər artırıla bilər – Baş bankir Kazımov şərtləri açıqladı
Hədəfinə çat, əlavə faiz qazan: Yelo Bank-dan yeni əmanət məhsulu
Taleh Kazımov: "Xarici bankların Azərbaycana gəlməsini dəstəkləyirik"
AzInTelecom-un rəqəmsal imza infrastrukturu beynəlxalq "WebTrust for CA" auditindən uğurla keçib
Sahibkar olmayan şəxsin kartına hər gün 5 dəfə pul daxil olması normal deyil – Mərkəzi Bankın sədri
ATİB sədri Mürsəl Rüstəmov Türkiyənin Cümhuriyyət Bayramı münasibətilə keçirilən mərasimə qatılıb - FOTOLAR
Bitcoin necə işləyir?
Necə Bitcoin almaq olar?
5 liderlik göstəricisi
Yatırım olmadan necə biznes qurmaq olar?
SWIFT nədir?