Azərbaycanda ilk dəfə meyvənin dəyərinin azalması üzrə aqrar sığorta ödənişi edilib

Azərbaycanda ilk dəfə meyvənin dəyərinin azalması üzrə aqrar sığorta ödənişi edilib25-ci ilin noyabr ayında Aqrar Sığorta Fondu tərəfindən ölkədə ilk dəfə olaraq meyvə bağlarında doludan keyfiyyət itkisi üzrə sığorta ödənişi həyata keçirilib.
Mrja xəbər verir ki, Tərtər rayonun Kəbirli kəndində yerləşən "Aqropat" MMC şirkətinə məxsus meyvə bağları 2025-ci ilin may ayında dolu yağması nəticəsində ciddi təsirə məruz qalıb. Dolu nəticəsində təsərrüfatda həm miqdar, həm də keyfiyyət itkisi baş verib.
Qeyd edək ki, dolu nəticəsində yaranan keyfiyyət itkisi riski Azərbaycan Respublikası Nazirlər Kabinetinin 30 oktyabr 2020-ci il tarixli qərarı ilə təsdiqlənmiş "Aqrar sığorta Qaydaları"nda nəzərdə tutulur.
Dolu nəticəsində məhsullarda yaranan keyfiyyət itkisi – dolunun vurduğu zədələr nəticəsində meyvənin qabıqlarının çapılması, qaralması, onun əmtəə görünüşünün korlanması, nəticədə faktiki olaraq satış imkanlarının və dəyərinin aşağı düşməsi deməkdir.
Tərtər rayonun Kəbirli kəndində yerləşən meyvə bağında dolu hadisəsi barədə müraciət daxil olduqdan dərhal sonra Aqrar Sığorta Fondu tərəfindən əraziyə müstəqil aqrar sığorta ekspertləri yönəldilib. Ekspertlər dəfələrlə ərazidə olaraq baş vermiş hadisəni araşdırıb, bağa dəymiş zərərin xarakterini və həcmini müəyyən ediblər.
Nəticədə meyvə bağına dolu nəticəsində miqdar itkisi ilə yanaşı, keyfiyyət itkisinin də baş verdiyi müəyyən edilib. Aqrar Sığorta Fondu tərəfindən aparılan hesablamalar əsasında təsərrüfata ümumilikdə 321 602 manat aqrar sığorta ödənişi təyin edilib.
Qeyd edək ki, bu - indiyədək Aqrar Sığorta Fondu tərəfindən meyvə bağlarına ödənilən ən böyük sığorta ödənişi olmaqla yanaşı, ümumiyyətlə doludan keyfiyyət itkisi üzrə ilk ödənişdir.
Ödəniş alan təsərrüfat nümayəndələri aqrar sığorta sisteminin işindən olduqca razı qalıb və bütün fermerləri təsərrüfatlarını sığortalamağa çağırıblar. "Aqropat" MMC-nin baş aqronomu Asif Zeynalov bildirib: "Təsərrüfatımızın yerləşdiyə ərazinin iqlimi mürəkkəbdir. Sığortalanma ilə bağlı Aqrar Sığorta Fonduna müraciətimizin əsas məqsadi bağın şaxtavurmadan və dolu hadisəsindən qorunması idi. Nəticədə dolu hadisəsi baş versə də, aqrar sığorta təsərrafatımızın zərərini qarşıladı. Biz bütün fermerləri aqrar sığortadan faydalanmağa, əkin sahələri və meyvə bağlarını sığortalamağa çağırırıq".
Keyfiyyət itkisi zərəri xüsusilə məhsulunu xarici ölkələrə ixrac edən təsərrüfatlar üçün çox vacibdir. İxrac edilən məhsulların xarici görünüşü böyük əhəmiyyət daşıyır, meyvənin onun görüşünün korlanması, onun dəyərinin aşağı düşməsi ilə yanaşı, hətta ixracına da mane olur.
Ümumilikdə Aqrar Sığorta Fondu tərəfindən meyvə bağlarına 1,5 milyon manat sığorta ödənişi həyata keçirilib. Bu ödənişlərin məbləği sürətlə artmaqdadır və qarşıdakı dövrdə planlaşdırılan ödənişləri nəzərə aldaqda ilin sonunadək 2 milyon manatı keçəcək.
Xatırladaq ki, Aqrar Sığorta Fondu ümumilikdə 41 növ bitki və bitki məhsullarını sığorta edir. Bundan təqribən 20 bitki meyvə bağlarına aiddir.
Aqrar Sığorta Fondu meyvə bağlarını çoxsaylı risklərdən - dolu, qasırğa, fırtına, sel və subasma, leysan, şaxtavurma (donvurma), normadan artıq yağan qar yağıntıları, vəhşi heyvanların hücumu, üçüncü şəxslərin hərəkətləri, yanğın,  dolu yağması nəticəsində keyfiyyət itkisi kimi risklərdən sığorta edir. Eləcə də aqrar sığorta meyvə bağlarını bitki xəstəlikləri, zərərvericilər və xüsusi təhlükəli ziyanvericilərin yayılması, habelə zəlzələ, torpaq sürüşməsi, ildırım nəticəsində yarana bilən risklərdən qoruyur.
Dövlət tərəfindən təqdim olunan 50%-lik sığorta haqqı güzəşti nəticəsində fermerlər sığorta haqqının yalnız yarısını ödəyirlər, qalan hissəni, fermerlərə dəstək üçün dövlət özü ödəyir.
Aqrar Sığorta Fondu fermerlərə xatırladır ki, hazırda meyvə bağlarının sığortalanması mövsümü başlayıb. Fermer və meyvə bağı sahibləri dövlət aqrar sığortası vasitəsilə öz təsərrüfatlarını çoxsaylı risklərdən sığorta edə bilərlər.
Azərbaycanda ilk dəfə meyvənin dəyərinin azalması üzrə aqrar sığorta ödənişi edilib/ marja.az

Banklar     Tarix: 20 noyabr 2025

Oxşar xəbərlər

BOKT-lərin xalis mənfəəti 2,5 dəfədən çox artaraq 153 milyon manatı keçib

Azərbaycanda fəaliyyət göstərən bank olmayan kredit təşkilatlarının (BOKT) 2026-cı ilin yanvar–sentyabr aylarında xalis mənfəəti ötən ilin eyni dövrü ilə müqayisədə 2,5 dəfədən çox artıb. bank olmayan kredit təşkilatlarını

Maaşı istənilən bankdan almaq bu tarixdən mümkün olacaq

Gələn il aprelin 1-dən vətəndaşlar maaş hesablarını heç bir əlavə ödəniş etmədən istədikləri banka keçirə biləcəklər. Bu barədə Mərkəzi Bankın sədri Taleh Kazımov iqtisadçılarla görüşündə bildirib. Onun sözlərinə görə, növbət

Banklara mesaj: Pullarınızı Mərkəzi Bankda deyil, bir-birinizdə yerləşdirin - "Vəsaitlər kreditləşməyə yönəlməlidir"

Azərbaycan Mərkəzi Bankı 2026-cı ilin sonunadək valyuta bazarında alışyönümlü müdaxilələrini davam etdirə bilər. Növbəti iki ayda 500 milyon – 1 milyard ABŞ dolları həcmində valyuta alışının həyata keçirilməsi ehtimal olunur

İpoteka müraciətlərində "makler" müdaxiləsinə qarşı yeni qaydalar tətbiq edilir

Azərbaycanda İpoteka və Kredit Zəmanət Fondunun vəsaiti hesabına verilən ipoteka kreditləri ilə bağlı qaydalara dəyişiklik edilib. Yeniliklər həm kredit götürə biləcək şəxslərə, həm də müraciət prosesinə aiddir. xəbər veri

"PAŞA Kapital" "Ziraat Bank Azərbaycan"ın 15 milyon manatlıq istiqrazlarını uğurla yerləşdirib

Azərbaycanın kapital bazarlarının liderlərindən biri olan "PAŞA Kapital" İnvestisiya Şirkəti növbəti korporativ istiqraz emissiyasının yerləşdirilməsini uğurla tamamlayıb. Belə ki, "Ziraat Bank Azərbaycan"

Azərbaycanda kredit kartları üzrə faizlər 27%-ə çatıb – Avtomobil kreditləri də bahalaşıb

Banklarda ən bahalı və ən ucuz kreditlər məlum oldu. Azərbaycanda bankların istehlak kreditləri üzrə orta faiz dərəcələrində fərqli istiqamətlərdə dəyişikliklər qeydə alınıb. Kredit kartları və avtomobil kreditləri üzrə faizlə

Azərbaycanda əhali nağd 1.47 mlrd.-ını manata çeviriblər

Azərbaycanda xarici valyuta təklifinin tələbi üstələməsi 2026-cı ilin sentyabr ayında da davam edib. Hesabat ayında bankların nağd ABŞ dolları alışı 182,2 milyon dollar, satışı isə 98,7 milyon dollar təşkil edib. Beləliklə

Azərbaycanda əcnəbi turistlər bank kartları ilə 1,27 milyard manata əməliyyat aparıblar

2026-cı ilin yanvar–sentyabr aylarında qeyri-rezident maliyyə institutlarının emissiya etdiyi ödəniş kartları vasitəsilə Azərbaycanda təxminən 1 milyard 270 milyon manatlıq əməliyyat həyata keçirilib. xəbər verir ki, bu

Mərkəzi Bank maliyyə sektorunun inkişafı üzrə hədəflərinin 15 faizini icra edə bilməyib

Azərbaycan Mərkəzi Bankının 2024–2026-cı illəri əhatə edən Maliyyə Sektorunun İnkişafı Strategiyasında nəzərdə tutulan hədəf və təşəbbüslərin təxminən 85 faizi indiyədək icra olunub. xəbər verir ki, bunu Azərbaycan Mərkəz


iqtisadi xeberler bank faizleri bitkoin emlak xeberleri dollar kursu