Azərbaycanda İslam bankçılığı ilə bağlı qanunvericilikdə dəyişikliklər edilə bilər

Azərbaycanda İslam bankçılığı ilə bağlı qanunvericilikdə dəyişikliklər edilə bilərAzərbaycanda İslam bankçılığının tətbiqi ilə bağlı qanunvericilikdə dəyişikliklərin edilməsinə, "Banklar haqqında" qanunda "İslam banklarının fəaliyyətlərinin tənzimlənməsi" adlı yeni bölmə əlavə edilməsinə ehtiyac var.
Bununla bağlı "Azərbaycanda alternativ maliyyə və islam bankçılığı üzrə ehtiyacların qiymətləndirilməsi" layihəsi çərçivəsində aparılmış sorğunun hesabatında vurğulanıb. Hesabata görə, bu dəyişiklik fəaliyyətdə olan bankalara İslam bankçılığının məhsullarını təqdim etməyə imkan verməlidir.
"Dəyişikliklər özündə İslam banklarına dair tələbləri, İslam maliyyələşdirilməsi üzrə fəaliyyət göstərəcək Şuranın (Şəriət Şurasının) formalaşma prinsiplərini, hüquq və öhdəlikləri, İslam banklarının fəaliyyət çərçivəsi, İslam bankalarının məhsul və xidmətlərinin çeşidi, xüsusiyyətləri, ənənəvi bankların İslam bankına çevrilməsi mexanizmlərini ehtiva etməlidir. Bununla yanaşı, İslam bankçılığının ilkin dövrlərində əhalinin əmanətlərini bu maliyyə institutlarına cəlb etmək üçün 5 il ərzində gəlir və divident vergilərindən güzəştli azadolma tətbiq etmək təklif edilir. İslam banklarının sərbəst fəaliyyəti üçün birgə müəssisələrin təşkili, birgə fəaliyyət üzrə öhdəliklərin formalaşması, payda iştirak və əldə olunan dividentlər üzrə gəlirlərin vergiyə cəlbi istiqamətində islahatlar aparmaq təklif edilir", – deyə vurğulanıb.
Hesabatda İslam bankçılığı sahəsində peşəkar kadrların hazırlanması istiqamətində bir sıra təkliflər var: "Azərbaycanda fəaliyyət göstərən maliyyə və bank işi ixtisasları üzrə kadr hazırlığını həyata keçirən ali məktəblərin bakalavr və magistr pillələrində İslam bankçılığı üzrə dərsləri seçmə və ya məcburi fənn kimi kurikuluma salmaq, İslam bankçılığı üzrə beynəlxalq sertifikat proqramlarının alınması üçün kadrların əlçatanlığını asanlaşdırmaq, respublikada fəaliyyət göstərən ictimai birliklər, sahibakların assosiasiyaları vasitəsilə İslam bankçılığı üzrə təlimlər təşkil etmək". / banker.az

Banklar     Tarix: 02 mart 2023

Oxşar xəbərlər

Azərbaycanda POS-terminalların sayı bir ildə 27 minə yaxın azalıb

2026-cı ilin sentyabr ayında ölkə üzrə fəaliyyət göstərən bankomat və POS-terminalların sayında azalma qeydə alınıb. bu barədə Azərbaycan Mərkəzi Bankının statistik məlumatlara əsasən xəbər verir. Avqust ayında 3 596 ədə

Kino biletləri də ABB mobile tətbiqində

Müştərilərin həyat tərzi tərəfdaşı olan ABB bu sahədə imkanların daha da genişləndirilməsi üçün yeni tərəfdaşlıqlar qurur. 3 noyabr 2026-cı ildə Bankla CineMastercard şirkəti arasında əməkdaşlıq sənədi imzalanıb. Sənəd kinoteatrlard

Kartdan-karta limitlər artırıla bilər – Baş bankir Kazımov şərtləri açıqladı

Azərbaycanda bank müştəriləri kartlarına pul qəbul etmək üçün müəyyənləşdirilmiş gündəlik və aylıq limitlərin artırılmasını istəyə bilərlər. Bunun üçün əməliyyatların məqsədi banka izah edilməli, müraciət əsaslandırılmalıdır

"Ziraat Bank Azərbaycan"ın istiqrazlarına böyük maraq: Tələb təklifi 3 dəfə  üstələyib

"Ziraat Bank Azərbaycan" ASC-nin kapital bazarına təqdim etdiyi 15 milyon manatlıq istiqraz emissiyası investorların yüksək marağı ilə qarşılanıb. İllik 10 faiz gəlirlilik təklif edən istiqrazlara ümumilikdə 45,

XalqKart ilə "Baku Electronics" mağazalarında 5 % keşbek/bonus

Xalq Bank və "Baku Electronics" müştərilər üçün əlavə üstünlük qazandıran yeni kampaniyaya start verir. 26 yanvaradək davam edəcək kampaniya çərçivəsində XalqKart sahibləri "Baku Electronics" və "Seve

Serbiyada rusların üstünlük verdiyi bank bağlanıb, müştərilərin pulları dondurulub

Serbiya Mərkəzi Bankı ölkədə bankçılıq sahəsində fəaliyyət göstərən "Alta Banka"nın lisenziyasını ləğv edib. Qərar bankın maliyyə vəziyyətinin kəskin pisləşməsi və əmanətçilərin vəsaitləri üçün risklərin artmas

Bank sektorunda iri əqd tamamlandı – AccessBank və Bank Respublika birləşir

Bank Respublika və AccessBank arasında strateji əqd uğurla tamamlanıb. Bank Respublika və AccessBank strateji əqdin uğurla başa çatdığını elan ediblər. Əqd nəticəsində Bank Respublika AccessBank-ın səhmlərinin 100%-ni əld

Sahibkar olmayan şəxsin kartına hər gün 5 dəfə pul daxil olması normal deyil – Mərkəzi Bankın sədri

Sahibkarlıq fəaliyyəti ilə məşğul olmayan adi şəxsin kartına hər gün beş dəfə pul daxil olması normal praktika deyil. Bunu Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Taleh Kazımov faiz dəhlizinin parametrlərinə dair cümə axşam

"Moody’s": Azərbaycan bankları kapital və likvidlik göstəricilərində regional liderlər sırasındadır

Beynəlxalq reytinq agentliyi "Moody"s Ratings" Azərbaycan banklarının kapital və likvidlik ehtiyatlarının kreditləşmənin genişləndirilməsi üçün kifayət qədər olduğunu bildirib. bu barədə reytinq agentliyin


iqtisadi xeberler dollar manat kursu dollar mezenne internetden pul qazanmaq dollarin kursu bu gun