Azərbaycanda kredit və depozit faizləri yüksəlir
Azərbaycanda əhali və biznesə verilən kredit faizləri sentyabrda bir qədər də yüksəlməklə Mərkəzi Bankın faiz parametrlərindən fərqli istiqamətlə hərəkət etməyi davam etdirir.
Banker.az Azərbaycan Mərkəzi Bankının (AMB) statistik bülleteninə istinadən xəbər verir.
Kredit lazımdır? Sərfəli krediti seçməyə biz sizə kömək edərik
Əhaliyə manatda verilən kredit faizlərinin orta faiz dərəcəsi sentyabrda 16.13 faizdən 16.18 faizə, dollarda verilən isə 4.59 faizdən 4.63 faizə yüksəlib.
Əhalidən cəlb edilən manat depozitləri isə 9.36 faizdən 9.38 faizə, dollarda isə 2.74 faizdən 2.76 faizə yüksəlib.
Şirkətlərə manatda verilən kreditlərin orta faizləri isə 10.50 faizdən 10.53 faizə, dollarda 5.46 faizdən 5.52 faizə yüksəlib. Şirkətlərdən cəlb edilən depozitlərin xərcliliyi artıb. Belə ki, sentyabrda onlardan manatda cəlb edilən depozitlərin gəlirlilik faizi 6.73 faizdən 6.82 faizə, dollarda isə 2.90 faizdən 2.99 faizə qalxıb.
Adətən kredit və depozit faizləri Mərkəzi Bankın faiz dəhlizi ilə tənzimlənir. Azərbaycan Mərkəzi Bankı bu il faizləri 8.0%-dən 7.25 %-ə qədər endirib. AMB-nin özünün də təsdiq etdiyi kimi, bu bazar hələ də "avtonom" faktorlarla faizlər formalaşdırır.
Azərbaycanda faizlər son illərdə artmaqda davam edir və Banker.az ilə Qarant.az-ın birgə araşdırmasına əsasən, depozit faizləri son illərin ən yüksək həddinə qalxıb.
Eyni hadisə dövlətin müxtəlif illər üzrə tədavülə buraxdığı istiqrazlarda da müşahidə edilib. Məsələn, Banker.az-ın İnvestisiya bölməsi ötən gün bildirib ki, üç illik dövlət istiqrazlarının gəlirliliyi 10.25 faiz təşkil edib. Bu 2020-ci ilin iyulundan bu tərəfə maksimal göstəricidir. Eyni göstəricilər digər dövlət müddəti əhatə edən istiqrazlarda da müşahidə edilir. Bir illik qısamüddətli dövlət istiqrazları bir neçə hərrac isə Maliyyə Nazirliyi tərəfindən ləğv edilib. Səbəb istiqraz faizləri gətirilir. Əlbəttə ki, MaN burada faizləri yüksəkliyi halında istiqrazlar üzrə əlavə faiz xərci ödəyir, bu da ona sərf edən variant deyil.
Maliyyə Nazirliyi ötən ayda açıqlamasında faizlərin yüksəlməsini pul bazarındakı likvidliklə əlaqələndirib.

Əli Əsədov: Azərbaycan Gürcüstana 4 milyard dollara yaxın sərmayə yatırıb
Yapı Kredi Bank Azərbaycan müştərilərinə Çinin maliyyə mərkəzi Şanxay üzərindən birbaşa köçürmə imkanı təqdim edir
Banklara mesaj: Pullarınızı Mərkəzi Bankda deyil, bir-birinizdə yerləşdirin - "Vəsaitlər kreditləşməyə yönəlməlidir"
Mərkəzi Bank maliyyə sektorunun inkişafı üzrə hədəflərinin 15 faizini icra edə bilməyib
Milyarderin şirkəti 137 milyard dollar dəyərə çataraq Hindistanda 2-ci oldu
"Azərsun Holdinq" qeyri-neft sektorunun ikinci ən böyük ixracatçısı olub
Xarici bankların Azərbaycan bazarına daxil olmasına maneə yaradılır? – Taleh Kazımov cavab verdi
Biznes planı necə yazmaq lazımdır?
ChatGPT nədir və ChatGPT necə istifadə edilir?
1000 manatla hansı biznesi qurmaq olar?
Françayzinq nədir və necə olur?
Marketinq nə demədir?