Azərbaycanda mikro sahibkarlığa verilən kreditlərin həcmi 400 mln. manat artıb

Azərbaycanda mikro sahibkarlığa verilən kreditlərin həcmi 400 mln. manat artıbSon illər biznes kreditlərinin şərtləri və faizləri xeyli yumşaldılıb. Cari ilin üçüncü rübünün nəticələrinə görə, biznes kreditləri ümumi kredit portfelinin 53,7 faizini tutur və 14 milyard manatdır. Kreditlər üzrə orta faiz dərəcəsi 16 faiz təşkil edir.
Bunu Azərbaycan Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının prezidenti Məmməd Musayev Bakıda keçirilən "Dayanıqlı mikromaliyyə üçün innovativ həllər" konfransında deyib.
Kredit lazımdır? Sərfəli krediti seçməyə biz sizə kömək edərik
O qeyd edib ki, kreditlərin 950,4 milyon manatı dövlət fondları hesabına maliyyələşdirilib.
"Ümumi biznes kreditləri portfelinin 4,4 milyard manatı və ya 31,4 faizi kiçik və mikro sahibkarlara verilib. Birillik tendensiyaya baxsaq, mikro sahibkarlığa verilən kreditlərin həcmi 400 milyon manat artıb. Kiçik sahibkarlığa verilən kreditlərin həcmində isə 200 milyon manatlıq azalma müşahidə edilir. Azərbaycanda faktorinq, forfeytinq kimi alternativ maliyyə alətlərinin tətbiqinin genişləndirilməsinə ehtiyac var. Bu, xüsusilə kiçik və orta müəssisələr üçün maliyyə resurslarına çıxışı asanlaşdırır. Hər iki alət, müasir ticarət mühitində maliyyə resurslarının optimallaşdırılmasına kömək edə bilər", – deyə Məmməd Musayev vurğulayıb.
Konfederasiyanın prezidenti onu da əlavə edib ki, yaşıl maliyyənin tətbiqi yalnız ekoloji mühitin qorunması ilə bağlı deyil, eyni zamanda, iqtisadi və sosial rifahın artırılması üçün də mühüm əhəmiyyət kəsb edir: "Azərbaycanda bu sahədə irəliləyiş, beynəlxalq maliyyə təşkilatları ilə əməkdaşlıq və innovativ yanaşmaların tətbiqi ilə mümkündür. Azərbaycanda fəaliyyət göstərən bank və BOKT-lər kiçik və mikro sahibkarlığın kreditləşməsini artırmaq üçün innovativ həllər tətbiq etməklə ümumilikdə sahibkarlığın inkişafına töhfə vermiş olurlar. Buna görə də kiçik və mikro sahibkarlığa yanaşmada daha çevik risk alətləri və münasibət lazımdır". / banker.az

Banklar     Tarix: 23 oktyabr 2024

Oxşar xəbərlər

Taleh Kazımov: "Xarici bankların Azərbaycana gəlməsini dəstəkləyirik"

Xarici bankların Azərbaycana gəlməsində maraqlıyıq. Bunu Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Taleh Kazımov deyib. Onun sözlərinə görə, AMB-nin xarici bankların Azərbaycana gəlməsində maraqlı olmaması fikri yanlış yanaşmadır

Kartdan-karta limitlər artırıla bilər – Baş bankir Kazımov şərtləri açıqladı

Azərbaycanda bank müştəriləri kartlarına pul qəbul etmək üçün müəyyənləşdirilmiş gündəlik və aylıq limitlərin artırılmasını istəyə bilərlər. Bunun üçün əməliyyatların məqsədi banka izah edilməli, müraciət əsaslandırılmalıdır

"Yaşıl maliyyəni həm iqlim qarşısında məsuliyyət, həm də müştərilərimiz üçün yeni imkan kimi görürük" - "Unibank"ın Dayanıqlılıq meneceri

22 oktyabrda Nazirlər Kabineti tərəfindən təsdiq olunan "Azərbaycanın Uzunmüddətli Aşağıkarbonlu İnkişaf Strategiyası" ölkənin 2060-cı ilə qədər iqtisadiyyatını necə "yaşıllaşdıracağını" addım-addım göstərir

"PAŞA Kapital" "Ziraat Bank Azərbaycan"ın 15 milyon manatlıq istiqrazlarını uğurla yerləşdirib

Azərbaycanın kapital bazarlarının liderlərindən biri olan "PAŞA Kapital" İnvestisiya Şirkəti növbəti korporativ istiqraz emissiyasının yerləşdirilməsini uğurla tamamlayıb. Belə ki, "Ziraat Bank Azərbaycan"

AMB: Bank Milli İranın fəaliyyətinə yeni məhdudiyyətlərlə bağlı planımız yoxdur

Bank Milli İranın Azərbaycanda fəaliyyətinə yeni məhdudiyyətlərlə bağlı planımız yoxdur.  xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Taleh Kazımov bildirib. Onun sözlərinə görə, Bank Milli İranın Azərbaycand

BOKT-lərin xalis mənfəəti 2,5 dəfədən çox artaraq 153 milyon manatı keçib

Azərbaycanda fəaliyyət göstərən bank olmayan kredit təşkilatlarının (BOKT) 2026-cı ilin yanvar–sentyabr aylarında xalis mənfəəti ötən ilin eyni dövrü ilə müqayisədə 2,5 dəfədən çox artıb. bank olmayan kredit təşkilatlarını

"Kredit Evi" 15 milyon 300 min manatlıq daşınmaz əmlak almağa hazırlaşır

"Kredit Evi" ASC 15 milyon 300 min manat dəyərində daşınmaz əmlakın alınması ilə bağlı qərar qəbul edib. xəbər verir ki, qərar şirkətin səhmdarlarının 23 oktyabr 2026-cı il tarixində keçirilmiş növbədənkənar ümum

"BOKT-lara demişik ki, bu kreditləşmə bizim üçün maraqlı deyil

Azərbaycan Mərkəzi Bankı (AMB) bank olmayan kredit təşkilatlarının (BOKT) verdiyi yüksək faizli gündəlik kreditlərlə bağlı tənzimləmə tələblərini daha da sərtləşdirməyi planlaşdırır. xəbər verir ki, bunu Azərbaycan Mərkəz

500 000 AZN-dək nağd pul elə indi əlçatandır

Həyatda elə anlar olur ki, böyük addımlar atmaq üçün güclü maliyyə dəstəyi lazımdır. Xəyalınızdakı evi almaq, uzun müddətdir təxirə saldığınız əsaslı təmiri başlamaq və ya biznesinizi tamamilə yeni səviyyəyə qaldırmaq… Amm


iqtisadi xeberler pul qazanmaq avtomobil xeberleri bank faizleri bu gunun xeberleri