Azərbaycanda qızıl və zinət əşyalarının satışı - 70% AZALIB
Məhərrəmlik və səfər aylarında şənlik mərasimlərinin keçirilməməsi Azərbaycanda qızıl və zinət əşyaları bazarına mənfi təsir edib.
FED.az xəbər verir ki, bunu Azərbaycan Zərgərlər Assosiasiyasının sədri Toğrul Abbasquliyev deyib.
Onun sözlərinə görə, Azərbaycanda qızıl və zinət əşyaları bazarı şənlik mərasimlərinə bağlıdır.
"Məhərrəmlik və Səfər ayı ilə bağlı ölkədə toy şənliklərinin keçirilməməsi qızıl bazarında özünü göstərir. Hazırda qızıl və zinət əşyaları bazarında satışlar 70 faiz azalıb. Bu hal hər il təkrarlanır. Sentyabr ayının sonunda Səfər ayı bitir deyə həm istehsalçılar və idxalçılar qızıl və zinət ehtiyatlarını artırırlar. Ehtiyatların artırılmasının əsas səbəblərindən biri də yeni ilin yaxınlaşmasıdır. Novbəti aydan qızıl-zinət bazarında canlanma gözlənilir", - deyə T. Abbasquliyev bildirib. (Trend)

Azərbaycanda bank işçiləri ilə bağlı qərar: Yeni imtahanlara cəlb olunacaqlar
Bank kartlarının istifadəsində harada səhvə yol verərək dələduzların qurbanı oluruq?
Yelo Bank-ın tərəfdaşlığı ilə "İlk Risk və Dayanıqlılıq Konfransı" keçirilib
Kredit kollektoru "BOA Agency" səhmdarlarına 1.66 mln. manat dividend ödəyəcək
AccessBank-dan "qızıl" kimi kredit
Yelo Bank əməkdaşlarından donorluq təşəbbüsü: "Qan ver, həyat qurtar!"
SWIFT nədir?
Biznes planı necə yazmaq lazımdır?
IBAN nədir?
McDonalds haqqında maraqlı faktlar
Bill Qeyts kimdir?