"Azərbaycanda sahibkarların 21%-i bank xidmətlərindən istifadə etmirlər"

Azərbaycanda sahibkarların 21 %-i bank xidmətlərindən istifadə etmirlər.
Bunu "İqtisadi Resursların Öyrənilməsi Mərkəzi" İctimai Birliyinin sədri Ruslan Atakişiyev Bakıda keçirilən Halal Biznes və Turizm Forumunda (AZHAB Forum) deyib.
Kredit lazımdır? Sərfəli krediti seçməyə biz sizə kömək edərik
"Azərbaycanda 1 000 kiçik və orta sahibkar arasında keçirdiyimiz tədqiqatlarımıza əsasən, ölkədə sahibkarlıq subyektlərinin təxminən 62 %-nin islam bankçılığı barədə məlumatı yoxdur və ya bu haqda informasiyaları doğru deyil. Sorğuda iştirak edənlərin 39 %-i isə faizli kreditləri məcburiyyətdən götürdüklərini deyiblər", – o qeyd edib.
Onun sözlərinə görə, bu gün dünyanın 135 ölkəsində islam maliyyəsi tətbiq olunur: "Lakin onların cəmi 57-si müsəlman ölkəsidir. İslam maliyyəsi hazırda dünyaya ildə 16 %-lik inkişaf verir, çünki o, rəqabətqabiliyyətlidir. Məsələn, Malayziyada islam bankçılığından ən çox Çin vətəndaşları istifadə edirlər".
R.Atakişiyev vurğulayıb ki, Azərbaycanda islam bankçılığı fəaliyyət göstərərsə, bu sektorun 3 %-ni əhatə edə bilər: "Bu, kiçik rəqəm deyil. Bu, 800 milyon manat ilə 1,2 milyard manat arasında məbləğ deməkdir. Türkiyədə islam maliyyəsi 40 ildən artıq fəaliyyət göstərsə də 5 %-lik göstəriciyə hələ yeni çatıb. Malayziyada isə bu göstərici 16 %-dir. Bu, inkişaf edən maliyyə bazarı üçün böyük rəqəmlərdir. Odur ki, Azərbaycanda halal biznesin inkişafı üçün islam maliyyə məhsullarının tətbiqi mütləqdir". / banker.az

Banklar     Tarix: 09 oktyabr 2024

Oxşar xəbərlər

"Yaşıl maliyyəni həm iqlim qarşısında məsuliyyət, həm də müştərilərimiz üçün yeni imkan kimi görürük" - "Unibank"ın Dayanıqlılıq meneceri

22 oktyabrda Nazirlər Kabineti tərəfindən təsdiq olunan "Azərbaycanın Uzunmüddətli Aşağıkarbonlu İnkişaf Strategiyası" ölkənin 2060-cı ilə qədər iqtisadiyyatını necə "yaşıllaşdıracağını" addım-addım göstərir

"PAŞA Kapital" "Ziraat Bank Azərbaycan"ın 15 milyon manatlıq istiqrazlarını uğurla yerləşdirib

Azərbaycanın kapital bazarlarının liderlərindən biri olan "PAŞA Kapital" İnvestisiya Şirkəti növbəti korporativ istiqraz emissiyasının yerləşdirilməsini uğurla tamamlayıb. Belə ki, "Ziraat Bank Azərbaycan"

Bankın ali idarəetmə orqanında dəyişiklik planlaşdırılır – Səhmdarları toplanır

"Azər-Türk Bank" Açıq Səhmdar Cəmiyyətinin (ASC) Müşahidə Şurasının tərkibində dəyişiklik edilməsi planlaşdırılır. xəbər verir ki, bununla bağlı bankın səhmdarlarının növbədənkənar ümumi yığıncağı çağırılıb. Yığınca

"BOKT-lara demişik ki, bu kreditləşmə bizim üçün maraqlı deyil

Azərbaycan Mərkəzi Bankı (AMB) bank olmayan kredit təşkilatlarının (BOKT) verdiyi yüksək faizli gündəlik kreditlərlə bağlı tənzimləmə tələblərini daha da sərtləşdirməyi planlaşdırır. xəbər verir ki, bunu Azərbaycan Mərkəz

"Gələn il bank sektorunda konsolidasiya qərarı olarsa, dəstəkləyəcəyik"

Azərbaycan Mərkəzi Bankı (AMB) gələn il bank sektorunda konsolidasiya qərarı olarsa, bunu dəstəkləyəcək. Bunu AMB-nin sədri Taleh Kazımov bildirib. "Azərbaycan Mərkəzi Bankı olaraq konsolidasiyanı dəstəkləyirik. Çünk

"Banklar kredit verməyə müştəri tapa bilmirlər, bir-birinin müştərilərini cəlb etməyə çalışırlar"

Azərbaycanda bankların 4 milyard 600 milyon manat sərbəst vəsaitinin olmasına baxmayaraq, kredit bazarında, xüsusilə biznes kreditləşməsi sahəsində tələbin zəifliyi müşahidə edilir. Nəticədə banklar yeni borcalanlar tapma

"Moody’s": Azərbaycan bankları kapital və likvidlik göstəricilərində regional liderlər sırasındadır

Beynəlxalq reytinq agentliyi "Moody"s Ratings" Azərbaycan banklarının kapital və likvidlik ehtiyatlarının kreditləşmənin genişləndirilməsi üçün kifayət qədər olduğunu bildirib. bu barədə reytinq agentliyin

İşğaldan azad edilmiş ərazilərdə sahibkarlar üçün yeni güzəştli kredit məhsulu

İqtisadiyyat Nazirliyinin tabeliyində Azərbaycan Biznesinin İnkişafı Fondu (ABİF) işğaldan azad edilmiş ərazilərdə fəaliyyət göstərən sahibkarların maliyyə resurslarına çıxışını genişləndirmək məqsədilə yeni "İşğalda

Sığorta şirkətləri üçün yeni kapital tələbləri tətbiq ediləcək – Mərkəzi Bankdan mühüm açıqlama

Azərbaycan Mərkəzi Bankı (AMB) sığorta sektorunda beynəlxalq "Solvency II" tələblərinin yaxın aylarda tətbiqini planlaşdırır. Yeni tənzimləmə çərçivəsində sığorta şirkətlərinin tələb olunan kapitalının hesablanmas


iqtisadi xeberler leobank kart biznes xeberleri bitkoin almaq biznes qurmaq