Azərbaycanda yerli və beynəlxalq şirkət rəhbərlərinin zirvə toplantısı - KEÇİRİLƏCƏK - VİDEO

Azərbaycanda yerli və beynəlxalq şirkət rəhbərlərinin zirvə toplantısı - KEÇİRİLƏCƏK - VİDEONoyabrın 15-də Azərbaycanda ilk dəfə yerli və beynəlxalq şirkətlərin baş icraçı direktorlarının, dövlət qurumlarının rəsmilərinin, sahibkarların iştirakı ilə idarəetmə sahəsində dünyada tətbiq olunan yeniliklər, bu sahədə müasir innovasiyalar və texnologiyanın inkişafı, qabaqcıl təcrübələr barədə dialoqlar, müzakirələr və fikir mübadilələrinin keçirilməsini hədəfləyən "Baku International CEO Summit" tədbiri (zirvə toplantısı) keçiriləcək.
FED.az xəbər verir ki, tədbirin təşkilatçısı Azərbaycan HR İnstitutudur.
"Baku International CEO Summit" Prezident İlham Əliyevin 2 fevral 2021-ci il tarixli sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan 2030: sosial iqtisadi-inkişafa dair növbəti illər ərzində reallaşdırılması planlaşdırılan "Milli prioritetlər"dən 1-cisi "Dayanıqlı artan rəqabətqabiliyyətli iqtisadiyyat" prioritetinə əsaslanaraq ölkəmizdə korporativ idarəetmənin daha da gücləndirilməsi üçün "Daha yaxşı gələcək naminə" şüarı ilə baş tutacaq.
"Bu tədbiri keçirməkdə məqsədimiz yerli və beynəlxalq şirkət rəhbərləri, dövlət qurumlarının vəzifəli şəxslərinin öz təcrübələrini bir-birləri ilə paylaşmasına imkan yaratmaq, o cümlədən dünyada idarəetmə sahəsində baş verən yenilikləri qlobal şirkət nümayəndələrinin dilindən eşitməkdir. Hazırda yerli və qlobal şirkətlərin rəhbərləri ilə danışıqlarımız davam edir. Onların bu tədbirə maraq göstərməsi və təcrübələrini paylaşmaq istəkləri bizim üçün sevindirici haldır. Tədbir 3 paneldən ibarət olacaq, hər panelin mövzusu 1 moderator və 4 əsas spiker tərəfindən təqdim olunacaq. Panellərdə həm yerli, həm beynəlxalq, həm də dövlət qurumlarının rəhbərləri çıxış edəcəklər. Tədbir iştirakçıları qlobal bazarda idarəetmə trendləri və onun gələcək imkanları, rəqəmsal transformasiya, yeni müştəri portreti və onun davranışları və s. maraq kəsb edən mövzularla bağlı yeni fikir və təcrübələrə sahib olacaqlar", - deyə Azərbaycan HR İnstitutunun direktoru Emil Hüseynov qeyd edib.
"Baku International CEO Summit" tədbirində iştirak etmək üçün biletləri  linki vasitəsi ilə qeydiyyatdan keçib əldə etmək olar.
Azərbaycan HR İnstitutu bu il yanvarın 28-də "Baku International HR Forum" tədbiri də keçirib. 6 ölkədən 16 spiker və 300-dən çox iştirakçının qatıldığı forumda İnsan kapitalının inkişafı, gələcək innovasiyalar və idarəetmə panelləri üzrə peşəkar müzakirələr və qarşılıqlı təcrübə mübadiləsi aparılıb.

Biznes     Tarix: 24 oktyabr 2022

Oxşar xəbərlər

Polşa Azərbaycana ticarət missiyası göndərəcək

Bu ilin noyabr ayında Polşanın biznesi nümayəndələrinin Azərbaycana ticarət missiyasının keçirilməsi planlaşdırılır. Polşa-Azərbaycan Ticarət Palatasına istinadən xəbər verir ki, nümayəndə heyətinin səfər tarixləri razılaşdırılm

"Əmanətə Sədaqət" layihəsi çərçivəsində şəhid övladları üçün Bilik Günü tədbiri keçirilib - FOTOLAR

"Azərlotereya" ASC və "Zəfər" Şəhid Ailələrinə Dəstək İctimai Birliyinin birgə təşkilatçılığı, Elm və Təhsil Nazirliyinin dəstəyi ilə keçirilən "Əmanətə Sədaqət" layihəsi çərçivəsində bu il al

"AZZA" şirkəti 50 milyon manata çatdı

Azərbaycanın qastronom şəbəkəsi - "AZZA" QSC nizamnamə kapitalını 42 433 902 manat və yaxud 6,6 dəfə artıraraq 7 566 098 manatdan 50 00 00 manata çatdırmağı planlaşdırır. səhmdar cəmiyyətindəki mənbəyə istinadə

Daha bir əhəmiyyətli dövlət qurumu ödənişlərini - "MSOLUTİON"A ETİBAR ETDİ

Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin göstərdiyi xidmətlərə görə ödənişlərin qəbulu bundan sonra "MSolution" elektron pul təşkilatının ödəni

Sədr müavinindən sahibkarlara çağırış - TENDERLƏRDƏ FƏAL İŞTİRAK EDİN

Azərbaycan Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin sədr müavini Mirzə Mirzəyev sahibkarlara müraciət edib. . biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, bu barədə "Dövlə

Elektron siqaret satan şəxs – CƏRİMƏLƏNDİ

Prezident yanında Antiinhisar və İstehlak Bazarlarına Nəzarət Dövlət Agentliyi fiziki şəxs Şamilov Yaşar Elşad oğlu barəsində inzibati xəta protokolu tərtib edib. Azərbaycanda elektron siqaret qadağası ilə bağlı qanunla

Bloomberg milyarderlər reytinqində ilk 10-luğun hamısını amerikalılar tutub

İlk dəfə olaraq ABŞ sahibkarları "Bloomberg" agentliyinin milyarderlər indeksində ilk on pillənin hamısını tutublar. xəbər verir ki, Fransanın dəbdəbəli məhsullar sektorunda fəaliyyət göstərən milyarderi Bernar

Azərbaycan-Türkiyə birgə müəssisəsinin rəhbərliyində - İki mühüm təyinat

SOCAR və Türkiyənin TEKFEN şirkətinin Azərbaycandakı birgə müəssisəsinin rəhbərliyində bir sıra mühüm dəyişiklik baş tutub. biznes və maliyyə xəbərləri portalı "Banker"ə istinadən xəbər verir ki, "AZFEN"

Publik hüquqi şəxslərə xərcləmələrlə bağlı güzəşt edilməsi təklif olunur

Azərbaycanda publik hüquqi şəxslərin satınalmalarında müəyyən məbləğə qədər çevik qərar mexanizmi yaradılmalıdır. xəbər verir ki, bunu deputat Əlibala Məhərrəmzadə Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsini


iqtisadi xeberler biznes krediti rubl mezenne online pul qazanmaq biznes qurmaq