Azərbaycandakı kredit ittifaqlarının zərəri kəskin azalıb
Azərbaycandakı kredit ittifaqları bu ilin I yarısını 0,03 milyon manat zərərlə başa vurub.
Azərbaycan Mərkəzi Bankının statistikasına görə, bu, ötən ilin eyni dövrünə nisbətən 24 dəfə azdır.
Yanvar-iyun aylarında kredit ittifaqlarının gəlirləri 1,21 milyon manat (0,8 % çox), xərcləri 0,69 milyon manat (1,4 % az), xüsusi ehtiyatlara ayırmaları isə 0,54 milyon manat (45 % az) təşkil edib.
Bu il iyulun 1-nə kredit ittifaqlarının aktivləri 12,7 milyon manat olub ki, bu da 1 il əvvələ nisbətən 2,4 % çoxdur. Bunun 10,9 milyon manatı müştərilərə verilmiş xalis kreditlərdir. Son 1 ildə sektorun kredit portfeli 1,9 % böyüyüb.
Hesabat dövründə kredit ittifaqlarının öhdəlikləri 21,2 % azalaraq 2,6 milyon manat, balans kapitalı isə 11 % artaraq 10,1 milyon manat, o cümlədən nizamnamə kapitalı 4 % azalaraq 7,2 milyon manat olub.
© "Report"

Taleh Kazımov: "Xarici bankların Azərbaycana gəlməsini dəstəkləyirik"
AzInTelecom-un rəqəmsal imza infrastrukturu beynəlxalq "WebTrust for CA" auditindən uğurla keçib
Sahibkar olmayan şəxsin kartına hər gün 5 dəfə pul daxil olması normal deyil – Mərkəzi Bankın sədri
ATİB sədri Mürsəl Rüstəmov Türkiyənin Cümhuriyyət Bayramı münasibətilə keçirilən mərasimə qatılıb - FOTOLAR
Süd vəzi xərçənginə qarşı necə sığortalanmaq olar? ®
"Gələn il bank sektorunda konsolidasiya qərarı olarsa, dəstəkləyəcəyik"
Sığorta şirkətləri üçün yeni kapital tələbləri tətbiq ediləcək – Mərkəzi Bankdan mühüm açıqlama
İcbari Sığorta Bürosu "We Invest in People – Silver" beynəlxalq akkreditasiyasına layiq görülüb
Mərkəzi Bank Azərbaycan banklarının xarici bazarlara çıxışını dəstəkləyir
Biznesə aid ən yaxşı 10 kitab
İnvestisiyanın necə cəlb etmək olar?
Digital Card nədir?
Biznes qurmaq istəyənlərə 10 sadə məsləhət
SMM nədir?