Azərbaycanın bank sektoru işçi sayından daha sürətli böyüyüb
Son 2 ildə Azərbaycan banklarının aktivlərinin artım tempi, işçilərin sayının artım tempini iki dəfədən çox üstələyib.
Marja.az Mərkəzi Bankın statistikalarına istinadən xəbər verir ki, 2020-ci ilin sonunda Azərbaycanın bank sektorunda cəmi aktivlər 32 milyard 55 milyon manat ikən, 2022-ci ilin sonunda 47 milyard 55 milyon manata çatıb. Başqa ifadə ilə, bank sektorunun cəmi aktivləri 15 milyard manat və ya 46,8% artıb.
2020-ci ilin sonunda Azərbaycanın bank sektorunda işləyənlərin sayı 18 min 708 nəfər ikən, 2022-ci ilin sonunda 22 min 777 nəfərə çatıb. Yəni, 2 il ərzində bank işçilərinin sayı 4 min 69 nəfər və ya 21,7% artıb.
Göründüyü kimi bank sektorunun böyməsi sürəti işçilərin sayının artması sürətindən 2,2 dəfə çox olub. Bank sektorunda rəqəmsallaşmanın artması daha çox insan resursuna ehtiyac olmadan biznesi böyütməyə imkan verir.

Mərkəzi Bankın sədri: Bankların kredit vermək üçün 4,6 milyard manat sərbəst vəsaiti var
ABŞ-ın ən böyük bankı Dubayda yeni filial açıb
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
"Rabitəbank"ın Müşahidə Şurası sədrinə müavin təyin edilib
Pekində Azərbaycan dili üçün yeni rəqəmsal resurs yaradılıb — istifadə pulsuzdur
Rabitəbank Xankəndidə sahibkarlarla görüş keçirib ®
Expressbank Bərdədə 300 ağac əkib
Kriptovalyuta nədir və necə alınır?
Kriptovalyuta nədir?
Elon Musk kimdir?
İlon Mask kimdir?
Biznes planı necə yazmaq lazımdır?