Azərbaycanın bank sektorunda 590 milyon manat xalis mənfəət

Azərbaycanın bank sektorunda 590 milyon manat xalis mənfəət2022-ci ilin Avqust ayının sonunda Azərbaycanda fəaliyyətdə olan bankların cəmi aktivləri 42 milyard 404.4 milyon manat, cəmi öhdəlikləri 37 milyard 137.9 milyon manat, balans kapitalı 5 milyard 266.5 milyon manat olmuşdur.
Marja Mərkəzi Banka istinadən xəbər verir ki, 2022-ci ilin avqust ayında bankların cəmi aktivləri 2%, cəmi öhdəlikləri 1.9% və balans kapitalı müvafiq olaraq 2.5% artmışdır.
Bankların kredit portfeli avqust ayında 0.8% (151.2 milyon manat) artaraq 18 milyard 638.6 milyon manat olmuşdur. Bankların cəmi kredit portfelində biznes kreditlərinin payı 56.3% (10 milyard 492 milyon manat) təşkil etmişdir. Ümumilikdə, cari ilin 8 ayında bankların kredit portfeli 11.9% və ya 1 milyard 979.5 milyon  artmışdır.
Cəmi kredit portfelində (BOKT-lər və kredit ittifaqları daxil olmaqla) vaxtı keçmiş kreditlərin payı 3.4% təşkil etmişdir. Qeyd olunan göstərici ilin əvvəlinə nəzərən 0.8 faiz bəndi, ötən ilin müvafiq dövrünə nəzərən isə 2.4 faiz bəndi azalmışdır.
Öhdəliklərin strukturunda depozit portfeli üstünlük təşkil edir – cəmi öhdəliklərin 82%-i və ya 30 milyard 437.2 milyon manat. Depozit portfeli avqust ayında 2.8% (836.7 milyon manat) artmışdır. Depozit portfelinin 65.1%-ni hüquqi şəxslərin depozitləri, 34.9%-ni fiziki şəxslərin depozitləri (əmanətlər) təşkil edir.
Hesabat ayında bankların əmanət portfeli (sahibkarlıqla məşğul olan fiziki şəxslər istisna olmaqla) 0.3% (26.5 milyon manat) artaraq 10 milyard 632 milyon manat təşkil etmişdir. Əmanət portfelinin 55.3%-i (5 milyard 888 miylon manat) müddətli əmanətlərdən ibarətdir.
Hüquqi şəxslərin tələbli depozitləri 17 milyard 402 milyon manat olmaqla (ay ərzində artım 4.8% və ya 799.2 milyon  manat), hüquqi şəxslərin cəmi depozit portfelinin (19 milyard 805.2 milyon manat) 87.9%-ni təşkil etmişdir.
Fiziki şəxslərin əmanətlərinin dollarlaşması avqust ayında əvvəlki aya nəzərən 0.2 faiz bəndi, ötən ilin müvafiq dövrünə nəzərən isə 5 faiz bəndi azalaraq 39.7% təşkil etmişdir.
2022-ci ilin 8 ayında banklar 589.4 milyon manat xalis mənfəət, 849.9 milyon manat məbləğində əməliyyat mənfəəti əldə etmişlər. İlin əvvəlindən banklar tərəfindən ümumilikdə 135.8 milyon manat məbləğində mənfəət vergisi ödənilmişdir (ötən ilin müvafiq dövri ilə müqayisədə 65.8% və ya 53.9 mln. manat daha çox).
31 avqust 2022-ci il tarixinə fəaliyyət göstərən 26 bankın filiallarının sayı 483, şöbələrinin sayı 94, ATM-lərin sayı 2960 olmuşdur. Hesabat ayında bank sektorunda çalışanların sayı 1% (218 nəfər) artaraq 21947 nəfər təşkil etmişdir. Ümumilikdə, cari ilin 8 ayında bank sektorunun işçi sayı 8% və ya 1618 nəfər artmışdır. / marja.az

Banklar     Tarix: 26 sentyabr 2022

Oxşar xəbərlər

"Yaşıl maliyyəni həm iqlim qarşısında məsuliyyət, həm də müştərilərimiz üçün yeni imkan kimi görürük" - "Unibank"ın Dayanıqlılıq meneceri

22 oktyabrda Nazirlər Kabineti tərəfindən təsdiq olunan "Azərbaycanın Uzunmüddətli Aşağıkarbonlu İnkişaf Strategiyası" ölkənin 2060-cı ilə qədər iqtisadiyyatını necə "yaşıllaşdıracağını" addım-addım göstərir

Azər Türk Bank atb360 tətbiqini yenilədi: Ailə bankçılığı və yeni rəqəmsal imkanlar

Dövlət Bankı Azər Türk Bank atb360 mobil tətbiqini yeniləyərək müştərilərinə daha geniş rəqəmsal bankçılıq imkanları təqdim edir. Yenilənmiş dizaynı, optimallaşdırılmış fəaliyyəti və əlavə funksiyaları ilə atb360 istifadəçiləri

"Yelo Bank"ın İdarə Heyətinin yenidən təyinatına baxılacaq

"Yelo Bank" ASC-nin səhmdarları dekabrın 3-də keçiriləcək növbədənkənar ümumi yığıncaqda İdarə Heyətinin sədrinin və üzvlərinin vəzifələrinə yenidən təyin olunması məsələsinə baxacaqlar. bankın bildirişinə istinadə

ABŞ-ın ən böyük bankı Dubayda yeni filial açıb

ABŞ-ın bankçılıq və investisiya xidmətləri sahəsində fəaliyyət göstərən "JPMorgan Chase" bankı Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində varlı müştərilərə xidmət göstərmək üçün yeni özəl bankçılıq filialı açıb

Mərkəzi Bankın sədri: Bankların kredit vermək üçün 4,6 milyard manat sərbəst vəsaiti var

Azərbaycanda bank sektorunun izafi likvidliyi yüksək səviyyədə qalmaqda davam edir. Bankların mövcud tənzimləyici tələblər nəzərə alındıqdan sonra kreditləşməyə yönəldə biləcəyi sərbəst vəsaitlərinin həcmi 4,6 milyard mana

Azərbaycanda POS-terminalların sayı bir ildə 27 minə yaxın azalıb

2026-cı ilin sentyabr ayında ölkə üzrə fəaliyyət göstərən bankomat və POS-terminalların sayında azalma qeydə alınıb. bu barədə Azərbaycan Mərkəzi Bankının statistik məlumatlara əsasən xəbər verir. Avqust ayında 3 596 ədə

Yapı Kredi Bank Azərbaycan müştərilərinə Çinin maliyyə mərkəzi Şanxay üzərindən birbaşa köçürmə imkanı təqdim edir

"Yapı Kredi Bank Azərbaycan" QSC müştərilərinin beynəlxalq əməliyyatlarını asanlaşdırmaq və xarici ticarət üzrə ödəniş imkanlarını genişləndirmək istiqamətində fəaliyyətini davam etdirir. Bank bu məqsədlə Çini

"PAŞA Kapital" "Ziraat Bank Azərbaycan"ın 15 milyon manatlıq istiqrazlarını uğurla yerləşdirib

Azərbaycanın kapital bazarlarının liderlərindən biri olan "PAŞA Kapital" İnvestisiya Şirkəti növbəti korporativ istiqraz emissiyasının yerləşdirilməsini uğurla tamamlayıb. Belə ki, "Ziraat Bank Azərbaycan"

Taleh Kazımov kreditlərə dair ekspertlərin fikirlərini SƏRT TƏNQİD ETDİ - "Həmin maddəni masanın üstünə qoyun

Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Taleh Kazımov bank sektorunda izafi likvidliyin artmasının biznes kreditləşməsinə tətbiq edilən sərt prudensial tələblərlə əlaqələndirilməsi barədə fikirlərlə razılaşmır. xəbər veri


iqtisadi xeberler bitkoin qiymeti kripto avtomobil xeberleri valyuta kurslari