Azərbaycanın ən böyük bankından böyük mənfəət

Azərbaycanın ən böyük bankından böyük mənfəətAktivlərinin həcmi də daxil olmaqla bir sıra göstəricilər üzrə Azərbaycanın ən böyük bankı olan "ABB" ASC (Azərbaycan Beynəlxalq Bankı) 2022-ci ilin 9 ayını (yanvar-sentyabr dövrünü) 209 milyon 914 min manat xalis mənfəətlə başa vurub. Qeyd etmək lazımdır ki, cari ilin 9 ayında Bank törəmə müəssisələrindən 15 milyon manata yaxın dividend əldə edib. Bankın xalis mənfəəti 2021-ci ilin 9 aylıq dövrü ilə müqayisədə 12 milyon 732 min manat və ya 6,4% artıb. ABB 2021-ci ilin yanvar-sentyabr dövrünü 197 milyon 182 min manat xalis mənfəətlə bağlamışdı.
GƏLİRLƏRİ ARTIB
İllik 13.99%-dən 40 000 AZN-dək zaminsiz komissiyasız kredit!
Marja.az "ABB" ASC-nin maliyyə göstəricilərinə istinadən xəbər verir ki, 2021-ci ilin 9 ayı ilə müqayisədə 2022-ci ilin 9 ayında Bankın faiz gəlirləri 79 milyon 1 min manat və ya 24,4% artaraq 402 milyon 736 min manat, qeyri-faiz gəlirləri isə 4 milyon 80 min manat və ya 3,2% artaraq 133 milyon 196 min manat təşkil edib. Bankın cəmi əməliyyat gəlirləri (faiz və qeyri-faiz gəlirləri) 83 milyon 81 min manat artaraq 535 milyon 932 min manata yüksəlib.
Əməliyyat gəlirləri əməliyyat xərclərini üstələdiyindən ABB cari ilin 9 ayını 281 milyon 746 min manat əməliyyat mənfəəti ilə bağlayıb (ötən ilin eyni dövründə 229 milyon 594 min manat). Bank əməliyyat mənfəətindən 32 milyon 720 min manat mümkün zərərlər üçün yaradılan məqsədli ehtiyatlara ayırıb və 39 milyon 112 min manat mənfəət vergisi ödəyib. Beləliklə, ABB 2022-ci ilin 9 ayını 209 milyon 914 min manat xalis mənfəətlə yekunlaşdırıb.
"ABB" ASC-nin maliyyə göstəricilərinin təhlili nəticəsində məlum olur ki, əməliyyat mənfəətinin, həmçinin xalis mənfəətin artması əməliyyat gəlirlərinin artmasından, eyni zamanda əməliyyat xərclərinin kəskin artmasına imkan verilməməsindən qaynaqlanır. Müştərilərə verilmiş kreditlər, qiymətli kağızlara investisiyalar, alınan haqq və komissiya, xarici valyuta əməliyyatları üzrə ABB-nin gəlirləri artıb.
BANK BU İL TƏXMİNƏN 1 MİLYARD MANATLIQ BÖYÜYÜB
2021-ci ilin sonu ilə müqayisədə, cari ilin 9 ayı ərzində ABB-nin cəmi aktivləri 948 milyon 608 min manat artaraq 12 milyard 432 milyon 464 min manata çatıb. Bank ötən ilin sonunda 11 milyard 483 milyon 857 min manat cəmi aktivlərə malik idi.
BÜTÜN KREDİTLƏRDƏ ARTIM BAŞ VERİB
"ABB" ASC-nin kredit portfeli (müştərilərə verilmiş kreditlər) son bir il ərzində 744 milyon manat və ya 27% (son 9 ayda isə 418 milyon 548 min manat və ya 13%, o cümlədən biznes kreditləri 156 milyon 228 min artaraq 1 milyard 743 milyon manat təşkil edir) artaraq 3 milyard 517 milyon 995 min manata yüksəlib. Cari ilin  9 ayı ərzində Bank tərəfindən 1 milyard 56 milyon manat biznes kreditləri verilib.
Eyni zamanda, qiymətli kağızlar üzrə portfel 143 milyon 261 min manat artaraq 1 milyard 506 milyon 777 min manat təşkil edir.
ƏHALİNİN VƏ ŞİRKƏTLƏRİN BANKDAKI VƏSAİTLƏRİ ARTIB
2022-ci ilin 9 ayı ərzində ABB-nin depozit portfeli 1 milyard 400 milyon 733 min manat artmaqla 9 milyard 662 milyon 399 min manata, o cümlədən fiziki şəxslərin depozitləri 499 milyon 362 min manat artımla 1 milyard 782 milyon 336 min manata, hüquqi şəxslərin depozitləri isə 901 milyon 371 min manat artaraq 7 milyard 880 milyon 62 min manata çatıb.
BANKIN ƏMSALLARI NORMALARI ÜSTƏLƏYİR
30 sentyabr 2022-ci il tarixində ABB 1 milyard 328 milyon 549 min manat məcmu kapitala malik olub. Bankın əmsalları sistem əhəmiyyətli banklar üçün normaları kəskin üstələyir. Belə ki, 1-ci dərəcəli kapitalın adekvatlıq əmsalı üzrə fakt 18,21% (norma 6%), məcmu kapitalın adekvatlıq əmsalı üzrə fakt 20,80% (norma12%), Leverec əmsalı üzrə fakt isə 8,85% (norma 5%) təşkil edib. 
Azərbaycanın ən böyük bankından böyük mənfəətAzərbaycanın ən böyük bankından böyük mənfəətAzərbaycanın ən böyük bankından böyük mənfəətAzərbaycanın ən böyük bankından böyük mənfəətAzərbaycanın ən böyük bankından böyük mənfəət

Banklar     Tarix: 20 oktyabr 2022

Oxşar xəbərlər

Taleh Kazımov: "Xarici bankların Azərbaycana gəlməsini dəstəkləyirik"

Xarici bankların Azərbaycana gəlməsində maraqlıyıq. Bunu Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Taleh Kazımov deyib. Onun sözlərinə görə, AMB-nin xarici bankların Azərbaycana gəlməsində maraqlı olmaması fikri yanlış yanaşmadır

PAŞA Bank sahibkarlar üçün yeni POS Kredit məhsulunu təqdim edir ®

PAŞA Bank kiçik və orta sahibkarların maliyyələşməyə çıxışını asanlaşdırmaq məqsədilə yeni POS Kredit məhsulunu təqdim edib. Məhsul bankın POS və mobil POS (mPOS) terminallarından istifadə edən hüquqi şəxslərə və fərdi sahibkarlar

Maaşı istənilən bankdan almaq bu tarixdən mümkün olacaq

Gələn il aprelin 1-dən vətəndaşlar maaş hesablarını heç bir əlavə ödəniş etmədən istədikləri banka keçirə biləcəklər. Bu barədə Mərkəzi Bankın sədri Taleh Kazımov iqtisadçılarla görüşündə bildirib. Onun sözlərinə görə, növbət

Azərbaycanda əcnəbilərin bank əmanətləri 1,6 milyard manata yaxınlaşıb

2026-cı ilin sentyabr ayının sonuna Azərbaycanda qeyri-rezident fiziki şəxslərin bank əmanətlərinin həcmi 1 milyard 592,9 milyon manata çatıb. Bu, ötən ilin eyni dövründəki 1 milyard 357,2 milyon manatla müqayisədə 235,

Azər Türk Bank atb360 tətbiqini yenilədi: Ailə bankçılığı və yeni rəqəmsal imkanlar

Dövlət Bankı Azər Türk Bank atb360 mobil tətbiqini yeniləyərək müştərilərinə daha geniş rəqəmsal bankçılıq imkanları təqdim edir. Yenilənmiş dizaynı, optimallaşdırılmış fəaliyyəti və əlavə funksiyaları ilə atb360 istifadəçiləri

"Gələn il bank sektorunda konsolidasiya qərarı olarsa, dəstəkləyəcəyik"

Azərbaycan Mərkəzi Bankı (AMB) gələn il bank sektorunda konsolidasiya qərarı olarsa, bunu dəstəkləyəcək. Bunu AMB-nin sədri Taleh Kazımov bildirib. "Azərbaycan Mərkəzi Bankı olaraq konsolidasiyanı dəstəkləyirik. Çünk

Mərkəzi Bank lombardlarla bağlı yeni qanunun gələn il qəbul ediləcəyini gözləyir

Azərbaycan Mərkəzi Bankı lombardların fəaliyyətinin tənzimlənməsi ilə bağlı qanunvericilik təşəbbüsünün 2027-ci ildə təsdiqlənəcəyinə ümid edir. xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının sədri Taleh Kazımov oktyabrı

Banklara mesaj: Pullarınızı Mərkəzi Bankda deyil, bir-birinizdə yerləşdirin - "Vəsaitlər kreditləşməyə yönəlməlidir"

Azərbaycan Mərkəzi Bankı 2026-cı ilin sonunadək valyuta bazarında alışyönümlü müdaxilələrini davam etdirə bilər. Növbəti iki ayda 500 milyon – 1 milyard ABŞ dolları həcmində valyuta alışının həyata keçirilməsi ehtimal olunur

AMB: Bank Milli İranın fəaliyyətinə yeni məhdudiyyətlərlə bağlı planımız yoxdur

Bank Milli İranın Azərbaycanda fəaliyyətinə yeni məhdudiyyətlərlə bağlı planımız yoxdur.  xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Taleh Kazımov bildirib. Onun sözlərinə görə, Bank Milli İranın Azərbaycand


iqtisadi xeberler pul qazanmaq iqtisadiyyat xeberleri biznes xeberleri bitcoin