Azərbaycanın iri bankı 20 milyon manata yaxın xalis mənfəət açıqladı - 40 FAİZ ARTIB

Azərbaycanın iri bankı 20 milyon manata yaxın xalis mənfəət açıqladı - 40 FAİZ ARTIBAzərbaycanda 5 ən böyük bankdan biri olan Xalq Bank (ASC "Xalq" Bankı) 2022-ci ilin 9 ayını (yanvar-sentyabr) 19 milyon 926 min manat xalis mənfəət ilə başa vurub. Bankın xalis mənfəəti 2021-ci ilin 9 ayı ilə müqayisədə 2022-ci ilin 9 ayında 5 milyon 682 min manat və ya 39,9% artıb. Xalq Bank ötən ilin yanvar-sentyabr dövrünü 14 milyon 243 min manat xalis mənfəət ilə bağlamışdı. Bankın xalis mənfəətindəki artım faiz və qeyri-faiz gəlirlərinin artması ilə əlaqədardır.
Marja.az xəbər verir ki, 2021-ci ilin 9 ayı ilə müqayisədə 2022-ci ilin 9 ayında Xalq Bankın faiz gəlirləri 11 milyon 253 min manat və ya 16,1% artaraq 80 milyon 969 min manat, qeyri-faiz gəlirləri isə 5 milyon 640 min manat və ya 63,8% artaraq 14 milyon 478 min manat təşkil edib.
İllik 13.99%-dən 40 000 AZN-dək zaminsiz komissiyasız kredit!
2021-ci ilin 9 ayı ilə müqayisədə 2022-ci ilin 9 ayında Xalq Bankın faiz xərcləri 2 milyon 671 min manat və ya 18,9% aratarq 16 milyon 826 min manat, qeyri-faiz xərcləri isə 4 milyon 369 min manat və ya 10,1% artaraq 44 milyon 542 min manat təşkil edib.
2022-ci ilin 9 ayı ərzində Xalq Bankın cəmi əməliyyat gəlirləri (faiz və qeyri-faiz gəlirləri) 16 milyon 893 min manat, əməliyyat xərcləri (faiz və qeyri-faiz xərcləri) 7 milyon 40 min manat artıb.
2022-ci ilin 9 ayında Xalq Bankın cəmi əməliyyat gəlirləri 95 milyon 447 min manat, cəmi əməliyyat xərcləri 61 milyon 369 min manat, gəlirlər xərcləri üstələdiyindən əməliyyat mənfəəti 34 milyon 78 min manat təşkil edib (2021-ci ilin 9 ayında əməliyyat mənfəəti 24 milyon 224 min manat təşkil etmişdi). Əməliyyat mənfəətinin 9 milyon 854 min manat artması gəlirlərin artmasından qaynaqlanır.
2022-ci ilin 9 ayında Xalq Bank əməliyyat mənfəətindən 8 milyon 697 min manat aktivlər üzrə mümkün zərərlərin ödənilməsi üçün xüsusi ehtiyatın yaradılmasına ayırıb və 4 milyon 79 min manat mənfəət vergisi ödəyib. Bank ötən ilin 9 ayında aktivlər üzrə mümkün zərərlərin ödənilməsi üçün xüsusi ehtiyatın yaradılmasına 5 milyon 627 min manat ayırmışdı.
Xalq Bankın cəmi aktivləri ötən ilin sonu ilə müqayisədə 259,8 milyon manat və ya 11,1% artıraraq 30 sentyabr 2022-ci il tarixində 2 milyard 599,2 milyon manata çatıb. Cari ilin 9 ayı ərzində Bankın kredit portfelinin həcmi 184,8 milyon manat və ya 13.02% artaraq 1 milyard 603.9 milyon manata, depozit portfelinin həcmi isə 235,3 milyon manat və ya 15,25% artaraq 1 milyard 778,55 milyon manata yüksəlib.
30 Sentyabr 2022-ci il tarixində "Xalq Bank" 460 milyon 400 min manat məcmu kapitala malik olub.
30 Sentyabr 2022-ci il tarixində 364 milyon 772 min 544 manat nizamnamə kapitalına malik olmuş ASC "Xalq" Bankın səhmdarları "EuroStandard" MMC (33,85 %), "İdeal Business Ko" MMC (50,00 %) və  "Amal Invest Group" MMC-dir (16,15 %).
Azərbaycanın iri bankı 20 milyon manata yaxın xalis mənfəət açıqladı - 40 FAİZ ARTIB

Banklar     Tarix: 20 oktyabr 2022

Oxşar xəbərlər

Taleh Kazımov: "Xarici bankların Azərbaycana gəlməsini dəstəkləyirik"

Xarici bankların Azərbaycana gəlməsində maraqlıyıq. Bunu Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Taleh Kazımov deyib. Onun sözlərinə görə, AMB-nin xarici bankların Azərbaycana gəlməsində maraqlı olmaması fikri yanlış yanaşmadır

PAŞA Bank sahibkarlar üçün yeni POS Kredit məhsulunu təqdim edir ®

PAŞA Bank kiçik və orta sahibkarların maliyyələşməyə çıxışını asanlaşdırmaq məqsədilə yeni POS Kredit məhsulunu təqdim edib. Məhsul bankın POS və mobil POS (mPOS) terminallarından istifadə edən hüquqi şəxslərə və fərdi sahibkarlar

Maaşı istənilən bankdan almaq bu tarixdən mümkün olacaq

Gələn il aprelin 1-dən vətəndaşlar maaş hesablarını heç bir əlavə ödəniş etmədən istədikləri banka keçirə biləcəklər. Bu barədə Mərkəzi Bankın sədri Taleh Kazımov iqtisadçılarla görüşündə bildirib. Onun sözlərinə görə, növbət

Azərbaycanda əcnəbilərin bank əmanətləri 1,6 milyard manata yaxınlaşıb

2026-cı ilin sentyabr ayının sonuna Azərbaycanda qeyri-rezident fiziki şəxslərin bank əmanətlərinin həcmi 1 milyard 592,9 milyon manata çatıb. Bu, ötən ilin eyni dövründəki 1 milyard 357,2 milyon manatla müqayisədə 235,

Azər Türk Bank atb360 tətbiqini yenilədi: Ailə bankçılığı və yeni rəqəmsal imkanlar

Dövlət Bankı Azər Türk Bank atb360 mobil tətbiqini yeniləyərək müştərilərinə daha geniş rəqəmsal bankçılıq imkanları təqdim edir. Yenilənmiş dizaynı, optimallaşdırılmış fəaliyyəti və əlavə funksiyaları ilə atb360 istifadəçiləri

"Gələn il bank sektorunda konsolidasiya qərarı olarsa, dəstəkləyəcəyik"

Azərbaycan Mərkəzi Bankı (AMB) gələn il bank sektorunda konsolidasiya qərarı olarsa, bunu dəstəkləyəcək. Bunu AMB-nin sədri Taleh Kazımov bildirib. "Azərbaycan Mərkəzi Bankı olaraq konsolidasiyanı dəstəkləyirik. Çünk

Mərkəzi Bank lombardlarla bağlı yeni qanunun gələn il qəbul ediləcəyini gözləyir

Azərbaycan Mərkəzi Bankı lombardların fəaliyyətinin tənzimlənməsi ilə bağlı qanunvericilik təşəbbüsünün 2027-ci ildə təsdiqlənəcəyinə ümid edir. xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının sədri Taleh Kazımov oktyabrı

Banklara mesaj: Pullarınızı Mərkəzi Bankda deyil, bir-birinizdə yerləşdirin - "Vəsaitlər kreditləşməyə yönəlməlidir"

Azərbaycan Mərkəzi Bankı 2026-cı ilin sonunadək valyuta bazarında alışyönümlü müdaxilələrini davam etdirə bilər. Növbəti iki ayda 500 milyon – 1 milyard ABŞ dolları həcmində valyuta alışının həyata keçirilməsi ehtimal olunur

AMB: Bank Milli İranın fəaliyyətinə yeni məhdudiyyətlərlə bağlı planımız yoxdur

Bank Milli İranın Azərbaycanda fəaliyyətinə yeni məhdudiyyətlərlə bağlı planımız yoxdur.  xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Taleh Kazımov bildirib. Onun sözlərinə görə, Bank Milli İranın Azərbaycand


iqtisadi xeberler pul qazanmaq iqtisadiyyat xeberleri biznes xeberleri bitcoin