Azərbaycanın nar ixracından gəliri niyə azalıb?

Azərbaycanın nar ixracından gəliri niyə azalıb?2024-cü ildə Azərbaycan nar ixracının həcmini 2023-cü illə müqayisədə artırsa da, bu sahədən əldə etdiyi gəlir azalıb.
Bunu açıqlamasında "Azərbaycan Nar İstehsalçıları və İxracatçıları Assosiasiyası" İctimai Birliyinin İdarə Heyətinin sədri Fərhad Qaraşov bildirib.
Azərbaycanın nar ixracından gəliri niyə azalıb?Onun sözlərinə görə, ötən il ölkəmiz əvvəlki ilə nisbətən 18,5 % çox - 33,9 min ton nar ixrac edib, əvəzində isə 2,7 % az - 29,8 milyon ABŞ dolları gəlir əldə edib.
"Azalma əsasən Rusiya rublunun dəyərdən düşməsi, bununla da alıcılıq qabiliyyətinin zəifləməsi ilə bağlıdır. Məlumdur ki, Azərbaycanın nar ixracında ənənəvi bazarı Rusiyadır. İxracatçılarımız bəzən hətta məhsullarını maya dəyərindən aşağı satmalı olublar. Bundan başqa, ötən mövsümdə logistika xərcləri artıb. Son nəticədə nar ixracından gəlirimiz azalıb", - deyə sədr qeyd edib.
Onun sözlərinə görə, hazırda nar istehsalçıları ixracını şaxələndirməyə çalışır: "Bunun üçün Avropa İttifaqı və Yaxın Şərq ölkələrinə ixraca başlamışıq və böyük həcmdə məhsul satmaq potensialımız mövcuddur. Eyni zamanda Çin bazarı ilə də maraqlanırıq. Amma bu ölkəyə ixrac üçün Azərbaycanla Çin arasında qida razılaşması olmalıdır. Hazırda Çinə yalnız içki ixrac edə bilirik. Bu məsələ iki ölkənin hökumətləri arasında həll edilsə, Çin bazarı bizim üçün prioritet ola bilər".
F.Qaraşov dövlətin nar istehsalını stimullaşdıran addımlarına böyük ümid bəslədiklərini də deyib: "Aqrar Subsidiya Şurasının qəbul etdiyi yeni qərarla intensiv nar bağlarının hər hektarına görə 3 000 manat subsidiya ayrılıb. Lakin bu subsidiya yalnız 2024-cü il sentyabrın 1-dən 2025-cü il mayın 31-nə qədər salınan bağlara və müəyyən şərtləri ödəyən təsərrüfatlara şamil edilir. Üstəlik, bağlarda damcı suvarma sistemi olmalı, minimal ting sayı və digər texniki şərtlər yerinə yetirilməlidir. Birdəfəlik ödəmə ilə yanaşı illər üzrə təmin edilən subsidiya məbləğinin bir qədər artırılması düşünürəm ki, daha perspektivli olar. Çünki əkildiyi dövrdən etibarən, 3 ildən sonra məhsulun maya dəyərində nəzərəçarpacaq dərəcədə artımlar müşahidə edilir və bu da satış vaxtı fermerin gəlir göstəricisinə təsir edir. Bu əsasla subsidiyanın artırılması fermerlərə müsbət təsir göstərməklə yanaşı mövcud nar bağlarının bir qədər də genişləndirilməsinə səbəb olar".
Azərbaycanda nar bağlarının sahəsi 22,8 min hektardan çoxdur. Bunun 21,6 min hektarı və yaxud 94,7 %-i barverən yaşdadır. Cəmi nar bağlarının 83%-i ənənəvi, 17%-i isə intensiv bağlardır. Əsas istehsalçı rayonlar Göyçay (21,6 %), Kürdəmir (17 %), Sabirabad (7,4 %), Şəmkir (6,9 %) və Hacıqabuldur (5,6 %).
© Report

Maliyyə     Tarix: 05 fevral 2025

Oxşar xəbərlər

ING: Avro/dollar tezliklə 1,14 səviyyəsini test edə bilər

ING analitiklərinin fikrincə, dollar üzrə qısamüddətli risklər bir qədər yuxarı istiqamətli olsa da, dollar indeksinin (DXY) 2025-ci ilin may ayında gördüyü yüksək səviyyəyə yenidən çatması çətin görünür. Analitiklər avro/dolla

Azərbaycana süd idxalı kəskin artıb - İlk 5 ayda 17 milyon dolları keçib

2026-cı ilin ilk 5 ayında Azərbaycana 17 milyon 923,4 min dollar dəyərində süd və qaymaq idxal olunub. 2025-ci ilin eyni dövründə bu göstərici 11 milyon 358,8 min dollar idi. Dəyər ifadəsində idxal 6 milyon 564,6 min dolla

Azərbaycan iqtisadiyyatı 21 ildə 3,8 dəfə böyüyüb

Azərbaycanın ümumi daxili məhsulu 2003–2024-cü illər ərzində real ifadədə 3,8 dəfə artıb. xəbər verir ki, göstəricilər "Rəqabətin inkişafına və inhisarçılıq fəaliyyətinin qarşısının alınmasına dair 2027–2029-cu illə

Azərbaycanda aksiz əməliyyatı: 6 min ədəddən çox alkoqollu içki və 5 min litrə yaxın pivə müsadirə edilib

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti tərəfindən aksizli malların dövriyyəsinə nəzarətin gücləndirilməsi, istehsal və satış sahəsində şəffaflığın artırılması, eləcə də vergi qanunvericiliyinə riayət olunmasını

Dövlət büdcəsinə ödəniləcək vəsait 4 milyard manatı keçib – Artıq ödəmələr də yüksəlib

2026-cı il iyulun 1-nə dövlət büdcəsinə ödəniləcək vəsaitin məbləği 4 milyard 50,4 milyon manata çatıb. Azərbaycan Respublikası Maliyyə Nazirliyinin 2026-cı ilin birinci yarısına dair hesabatına istinadən xəbər verir ki

Avqust pensiyaları NƏ VAXT ÖDƏNİLƏCƏK?

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu tərəfindən avqustun 14-dən gec olmayaraq Bakı və Sumqayıt şəhərləri, eləcə də Abşeron rayonu üzrə bu ayın pensiyalarının ödənilməsi nəzərd

Xarici ticarətdə 11 milyard manatdan çox müsbət saldo yaranıb

Dövlət Statistika Komitəsi "Xarici ticarət əlaqələri haqqında" başlığı ilə məlumatlar açıqlayıb. Qeyd edilib ki, 2026-cı ilin yanvar-avqust aylarında Azərbaycan Respublikasının hüquqi və fiziki şəxsləri dünyanı

Azərbaycan iqtisadiyyatı 1,4% böyüyüb, istehlak qiymətləri 5,7% artıb

2026-cı ilin yanvar–iyul aylarında Azərbaycanda 76 milyard 817,7 milyon manatlıq ümumi daxili məhsul istehsal olunub. Ölkə iqtisadiyyatı real ifadədə 1,4% böyüyüb. Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, iqtisad

Dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz

()  İnvestAZ-dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz. InvestAZ İnvestisiya Şirkəti tərəfindən aparılan həftəlik bazar araşdırmalarına görə, 13–19 iyul 2026-cı il tarixlərində qlobal maliyyə bazarlarında əsa


iqtisadi xeberler bitkoin almaq bitcoin qiymeti 1000 manatla biznes avtomobil xeberleri