Azərbaycanın pizza restoranları şəbəkəsi biznesin genişləndirilməsi üçün 4 milyon avro kredit alır

Azərbaycanın pizza restoranları şəbəkəsi biznesin genişləndirilməsi üçün 4 milyon avro kredit alırAccessBank və Avropa Yenidənqurma və İnkişaf Bankı (AYİB) Azərbaycanda özəl sahibkarlığın dəstəklənməsi və inkişafına yönəlmiş Risklərin Bölüşdürülməsi Proqramı (Risk Sharing Facility) çərçivəsində strateji tərəfdaşlıqlarını davam etdirirlər.
Əməkdaşlığın növbəti mərhələsi çərçivəsində maliyyə dəstəyi Pizza Mizza şirkətinə təqdim olunub. Razılaşmaya əsasən, şirkətə biznesin genişləndirilməsi və bazar mövqelərinin möhkəmləndirilməsi məqsədilə 4 milyon avro məbləğində kredit ayrılacaq.
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən
Sənədi AccessBank-ın İdarə Heyətinin sədri Davit Tsiklauri, AYİB-in Kiçik və Orta Biznesin Maliyyələşdirilməsi və İnkişafı Qrupunun İdarəedici Direktoru Zsuzsanna Hargitai və Pizza Mizza-nın Baş direktoru Aslan Hajiyev imzalayıblar.
Risklərin Bölüşdürülməsi Proqramı layihələrin maliyyələşdirilməsində tərəflərin bərabər iştirakını nəzərdə tutur. Bu mexanizm banka dinamik inkişaf edən şirkətləri daha fəal şəkildə dəstəkləməyə, kredit risklərini azaltmağa və maliyyələşmənin davamlılığını təmin etməyə imkan verir.
Risklərin Bölüşdürülməsi özəl sektorun inkişafının stimullaşdırılması üçün effektiv alət hesab olunur. Proqram çərçivəsində müəssisələr biznesin miqyasının genişləndirilməsi, innovativ həllərin tətbiqi və yeni iş yerlərinin yaradılması üçün zəruri olan uzunmüddətli maliyyə resurslarına çıxış əldə edirlər.
AccessBank və AYİB əməkdaşlığın gələcəkdə daha da genişləndirilməsini ölkədə sahibkarlıq mühitinin maliyyə dayanıqlığının gücləndirilməsi baxımından mühüm addım kimi qiymətləndirirlər.
AccessBank Azərbaycanın mikromaliyyələşdirmə bazarında lider olaraq, 2002-ci ildən kiçik və orta bizneslərə xidmət göstərir. Bankın səhmdarları sırasında Asiya İnkişaf Bankı, Avropa İnvestisiya Bankı, Beynəlxalq Maliyyə Korporasiyası kimi beynəlxalq təşkilat və qurumlar yer alır. Bankın 14-ü Bakıda, 25-i bölgələrdə olmaqla, 39 filialı fəaliyyət göstərir və MKOB-lar üçün əlçatan maliyyələşdirmə imkanlarını təqdim etməyə davam edir. 
AccessBank QSC Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən 25 oktyabr 2002-ci il tarixli 245 saylı lisenziya əsasında fəaliyyət göstərir. Bankın Baş ofisi Bakı şəhəri, Yasamal rayonu, Tbilisi prospekti 3 ünvanında yerləşir.
XXX
"AccessBank" və Avropa Yenidənqurma və İnkişaf Bankı Risklərin Bölüşdürülməsi Proqramı çərçivəsində Azərbaycanın "Pizza Mizza" şirkətinə biznesin genişləndirilməsi və bazar mövqeyinin gücləndirilməsi məqsədilə 4 milyon avro məbləğində kredit ayırıb.
Bu addım Azərbaycanda özəl sahibkarlığın dəstəklənməsinə yönəlmiş strateji əməkdaşlığın növbəti mərhələsidir.
Azərbaycanın pizza restoranları şəbəkəsi biznesin genişləndirilməsi üçün 4 milyon avro kredit alır/ marja.az

Banklar     Tarix: 05 mart 2026

Oxşar xəbərlər

"PAŞA Bank"ın səhmləri sentyabr minimumundan 5%-dən çox bahalaşıb

Korporativ bankçılıq sahəsində fəaliyyət göstərən "PAŞA Bank" ASC-nin (BFB: PSHBK) səhmlərinin qiyməti sentyabrın sonundakı minimum səviyyədən 5,2% yüksələrək 55 manat həddinə çatıb, bu iyulun 7-dən bu yana ən yüksə

"BOKT-lara demişik ki, bu kreditləşmə bizim üçün maraqlı deyil

Azərbaycan Mərkəzi Bankı (AMB) bank olmayan kredit təşkilatlarının (BOKT) verdiyi yüksək faizli gündəlik kreditlərlə bağlı tənzimləmə tələblərini daha da sərtləşdirməyi planlaşdırır. xəbər verir ki, bunu Azərbaycan Mərkəz

Sığorta şirkətləri üçün yeni kapital tələbləri tətbiq ediləcək – Mərkəzi Bankdan mühüm açıqlama

Azərbaycan Mərkəzi Bankı (AMB) sığorta sektorunda beynəlxalq "Solvency II" tələblərinin yaxın aylarda tətbiqini planlaşdırır. Yeni tənzimləmə çərçivəsində sığorta şirkətlərinin tələb olunan kapitalının hesablanmas

Bankların xalis mənfəəti 18,8 faiz artıb, lakin depozit və risk xərcləri də yüksəlib

Azərbaycanın bank sektoru 2026-cı ilin yanvar–sentyabr aylarını mənfəətlə başa vurub. Bankların xalis mənfəəti ötən ilin eyni dövrü ilə müqayisədə 171 milyon 100 min manat və ya 18,8 faiz artaraq 1 milyard 81 milyon 800 mi

"Gələn il bank sektorunda konsolidasiya qərarı olarsa, dəstəkləyəcəyik"

Azərbaycan Mərkəzi Bankı (AMB) gələn il bank sektorunda konsolidasiya qərarı olarsa, bunu dəstəkləyəcək. Bunu AMB-nin sədri Taleh Kazımov bildirib. "Azərbaycan Mərkəzi Bankı olaraq konsolidasiyanı dəstəkləyirik. Çünk

Sentyabr ödəniş kartlarının sayı 414 min ədəd artıb

Banklar və "Azərpoçt" MMC sistemləri üzrə sentyabr ayının sonunda dövriyyədə olan ödəniş kartlarının sayı ötən aya nəzərən 414 min ədəd artaraq 23 milyon 388 min ədəd təşkil etmişdir. Bu barədə Azərbaycan Mərkəz

"Kredit Evi" 15 milyon 300 min manatlıq daşınmaz əmlak almağa hazırlaşır

"Kredit Evi" ASC 15 milyon 300 min manat dəyərində daşınmaz əmlakın alınması ilə bağlı qərar qəbul edib. xəbər verir ki, qərar şirkətin səhmdarlarının 23 oktyabr 2026-cı il tarixində keçirilmiş növbədənkənar ümum

İcbari Sığorta Bürosu "We Invest in People – Silver" beynəlxalq akkreditasiyasına layiq görülüb

İcbari Sığorta Bürosu (İSB) insan kapitalının idarə edilməsi, təşkilati mədəniyyətin inkişafı, liderlik, əməkdaşların motivasiyası və peşəkar inkişafı sahəsində tətbiq etdiyi idarəetmə təcrübələrinin beynəlxalq qiymətləndirilməs

BOKT-lərin xalis mənfəəti 2,5 dəfədən çox artaraq 153 milyon manatı keçib

Azərbaycanda fəaliyyət göstərən bank olmayan kredit təşkilatlarının (BOKT) 2026-cı ilin yanvar–sentyabr aylarında xalis mənfəəti ötən ilin eyni dövrü ilə müqayisədə 2,5 dəfədən çox artıb. bank olmayan kredit təşkilatlarını


iqtisadi xeberler dollar məzənnəsi dollar manat kursu biznes ideyalari dollar mezenne