Azərikard 25 yaşını qeyd edir

Azərikard 25 yaşını qeyd edirAzərbaycanın ilk və ən böyük prosessinq mərkəzi olan Azərikard 25 yaşını qeyd edir. 1997-ci ildə fəaliyyətə başlamış mərkəz hazırda 15 banka prosessinq və ödəniş sahəsində xidmətlər göstərir.
25 illik fəaliyyəti ərzində Azərikard tətbiq etdiyi yeniliklərlə, Azərbaycana gətirdiyi yeni texnologiyalarla sektorda bir sıra mühüm ənənələr formalaşdırıb. Mərkəzin ötən il "Apple Pay" və "Google Pay" ödəniş sistemlərinə qoşulması, adıçəkilən xidmətləri bank müştəriləri üçün əlçatan etməsi bunun son nümunələrindəndir.
2021-ci ildə yaradılmış Azərikard Təmassız Texnologiyalar Alyansının (ATTA) köməyi ilə yanacaqdoldurma mərkəzlərində ödənişləri, parkinq və kredit ödənişlərini artıq kart olmadan da həyata keçirmək mümkündür. Bu innovativ həllər ödənişləri asanlaşdıracaq, sürətləndirəcək və ödənişlər zamanı növbələri aradan qaldıracaq.
Şirkət ötən 25 il ərzində biznesin əhatə dairəsini genişləndirib, xidmətlərin və əməliyyatların həcmini dəfələrlə artırıb. Müasir texnologiyaların, ən son innovativ həllərin tətbiqi "Azərikard"ın fəaliyyətində prioritet istiqamətlərdən biri olaraq qalmaqdadır.
Azərikard şirkətinin Baş direktoru Fərid Quliyev, 25 il ərzində şirkətin inkişafına dəstək verən bütün müştərilərə və tərəfdaşlara təşəkkürünü bildirib. "Fəaliyyətə başladığı ilk gündən Azərikard kart texnologiyaları sahəsində baş verən bütün yeniliklərə aktiv dəstək göstərərək, zamanın nəbzini tutan bir çox layihələrə imza atıb. Eləcə də bazarda mövcud olan maliyyə alətlərinin çeşidinin artırılmasına dəyərli töhfələrini verib. Bu gün transformasiya layihələri ilə yenilənən Azərikard ən yaxşı strateji tərəfdaş olmağı, yeni texnologiyaların tətbiqi, istedadların cəlbi və yetişdirilməsi hesabına ödənişlər sahəsində ən dayanıqlı və təhlükəsiz şirkət kimi tanınmağı hədəfləyir".
Azərikardın məhsul və xidmətləri barədə məlumatları, rəsmi internet səhifəsindən və ya 194 nömrəli Məlumat Mərkəzindən, həmçinin rəsmi Facebook və Instagram səhifələrindən əldə etmək olar. / banker.az

Banklar     Tarix: 23 oktyabr 2022

Oxşar xəbərlər

Yelo Bank reysqabağı yoxlama ödənişini yenilədi: ƏDV seçimi əlavə olundu

Reys başlamazdan əvvəl yoxlama ödənişi üçün növbə gözləmək artıq keçmişdə qalır. Yelo Bank İnternet Bankçılıq vasitəsilə sərnişin və yükdaşıma avtomobillərinin reysqabağı yoxlama ödənişini onlayn edir və yeni imkanla ƏDV-l

AccessBank qadın sahibkarların inkişafına Access2Success ilə yenidən dəstək verir

Access2Success layihəsi bu il beşinci dəfə qadın sahibkarları bir araya gətirir. AccessBank-ın təşəbbüsü və Avropa Yenidənqurma və İnkişaf Bankının (AYİB) dəstəyi ilə həyata keçirilən proqram qadınların biznes biliklərin

Expressbank Bərdədə 300 ağac əkib

Expressbank "Təbiətə qayğı – Gələcəyə miras" korporativ sosial məsuliyyət layihəsi çərçivəsində növbəti ağacəkmə aksiyasını həyata keçirib. Bərdə Rayon İcra Hakimiyyətinin dəstəyi ilə rayonun Əliyanlı və Şirvanl

"Banklar kredit verməyə müştəri tapa bilmirlər, bir-birinin müştərilərini cəlb etməyə çalışırlar"

Azərbaycanda bankların 4 milyard 600 milyon manat sərbəst vəsaitinin olmasına baxmayaraq, kredit bazarında, xüsusilə biznes kreditləşməsi sahəsində tələbin zəifliyi müşahidə edilir. Nəticədə banklar yeni borcalanlar tapma

PAŞA Həyat-ın İdarə Heyətinin Sədri Ülviyyə Cabbarova: "İdman hər kəs üçün bərabər imkan olmalıdır

"PAŞA Həyat"ın İdarə Heyətinin Sədri Ülviyyə Cabbarova ilə şirkətin "EDJC 2026"nın (Eşitmə Məhdudiyyətli İdmançıların Avropa Cüdo Çempionatı) baş sponsoru olması ilə əlaqədar müsahibə. - Ülviyyə xanım

"PAŞA Kapital" "Ziraat Bank Azərbaycan"ın 15 milyon manatlıq istiqrazlarını uğurla yerləşdirib

Azərbaycanın kapital bazarlarının liderlərindən biri olan "PAŞA Kapital" İnvestisiya Şirkəti növbəti korporativ istiqraz emissiyasının yerləşdirilməsini uğurla tamamlayıb. Belə ki, "Ziraat Bank Azərbaycan"

Azərbaycanda pul bazası 25 milyard manatı ötüb

2026-cı il oktyabrın 30-na Azərbaycanda pul bazasının həcmi 25 milyard 146,1 milyon manata yüksəlib. Bu, sentyabrın sonundakı 24 milyard 817,9 milyon manatla müqayisədə 328,2 milyon manat və ya 1,3% çoxdur. xəbər verir ki

AMB: Bank Milli İranın fəaliyyətinə yeni məhdudiyyətlərlə bağlı planımız yoxdur

Bank Milli İranın Azərbaycanda fəaliyyətinə yeni məhdudiyyətlərlə bağlı planımız yoxdur.  xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Taleh Kazımov bildirib. Onun sözlərinə görə, Bank Milli İranın Azərbaycand

"Yelo Bank" rəhbərliyini yenidən təyin edəcək – 2027-ci ilin büdcəsi və yeni strategiya təsdiqlənəcək

"Yelo Bank" ASC-nin İdarə Heyətinin üzvləri və sədrinin vəzifəyə yenidən təyin edilməsi məsələsinə baxılacaq. xəbər verir ki, bu barədə Bankın səhmdarlarının növbədənkənar ümumi yığıncağının çağırılmasına dair bildirişind


iqtisadi xeberler biznes ideyalari bitkoin dollar manat kursu dollar kursu