Azərikard 25 yaşını qeyd edir

Azərikard 25 yaşını qeyd edir(®) Azərbaycanın ilk və ən böyük prosessinq mərkəzi olan Azərikard 25 yaşını qeyd edir. 1997-ci ildə fəaliyyətə başlamış mərkəz hazırda 15 banka prosessinq və ödəniş sahəsində xidmətlər göstərir.
25 illik fəaliyyəti ərzində Azərikard tətbiq etdiyi yeniliklərlə, Azərbaycana gətirdiyi yeni texnologiyalarla sektorda bir sıra mühüm ənənələr formalaşdırıb. Mərkəzin ötən il "Apple Pay" və "Google Pay" ödəniş sistemlərinə qoşulması, adıçəkilən xidmətləri bank müştəriləri üçün əlçatan etməsi bunun son nümunələrindəndir.
2021-ci ildə yaradılmış Azərikard Təmassız Texnologiyalar Alyansının (ATTA) köməyi ilə yanacaqdoldurma mərkəzlərində ödənişləri, parkinq və kredit ödənişlərini artıq kart olmadan da həyata keçirmək mümkündür. Bu innovativ həllər ödənişləri asanlaşdıracaq, sürətləndirəcək və ödənişlər zamanı növbələri aradan qaldıracaq. 
Şirkət ötən 25 il ərzində biznesin əhatə dairəsini genişləndirib, xidmətlərin və əməliyyatların həcmini dəfələrlə artırıb. Müasir texnologiyaların, ən son innovativ həllərin tətbiqi "Azərikard"ın fəaliyyətində prioritet istiqamətlərdən biri olaraq qalmaqdadır.
Azərikard şirkətinin Baş direktoru Fərid Quliyev, 25 il ərzində şirkətin inkişafına dəstək verən bütün müştərilərə və tərəfdaşlara təşəkkürünü bildirib:
"Fəaliyyətə başladığı ilk gündən Azərikard kart texnologiyaları sahəsində baş verən bütün yeniliklərə aktiv dəstək göstərərək, zamanın nəbzini tutan bir çox layihələrə imza atıb. Eləcə də bazarda mövcud olan maliyyə alətlərinin çeşidinin artırılmasına dəyərli töhfələrini verib. Bu gün transformasiya layihələri ilə yenilənən Azərikard ən yaxşı strateji tərəfdaş olmağı, yeni texnologiyaların tətbiqi, istedadların cəlbi və yetişdirilməsi hesabına ödənişlər sahəsində ən dayanıqlı və təhlükəsiz şirkət kimi tanınmağı hədəfləyir".
Azərikardın məhsul və xidmətləri barədə məlumatları,   rəsmi internet səhifəsindən və ya 194 nömrəli Məlumat Mərkəzindən, həmçinin rəsmi Facebook və Instagram səhifələrindən əldə etmək olar. / marja.az

Banklar     Tarix: 23 oktyabr 2022

Oxşar xəbərlər

Mərkəzi Bankında departamentin adı dəyişdirilib, yeni şöbə yaradılıb

Azərbaycan Mərkəzi Bankının (AMB) Bazar davranışlarının tənzimlənməsi departamentinin adı Bazar davranışlarına nəzarət və tənzimləmə departamentinə dəyişdirilib. Məlumaat görə, yeni departementin direktoru da əvvəlki kim

Sədr müavini: "PAŞA Bank"ın hər hansı bankı almaq planı yoxdur

"PAŞA Bank"ın hazırda Azərbaycanda hər hansı bankı almaq planı yoxdur. Bunu "PAŞA Bank"ın İdarə Heyəti sədrinin müavini Bəhruz Nağıyev bankın 2026-cı ilin ilk yarısının nəticələrinə həsr olunan mətbua

BOKT-ların problemli kreditləri üzrə yeni qaydalar hazırlanır

Azərbaycan Mərkəzi Bankı (AMB) bank olmayan kredit təşkilatlarının (BOKT) problemli kreditləri ilə əlaqədar yeni qaydaların hazırlanması üzərində işləyir. Bunu AMB-nin Bank olmayan kredit təşkilatlarının fəaliyyətinə nəzarə

Rabitəbank 32-ci filialını Bakıxanovda açdı

Rabitəbank filial şəbəkəsini genişləndirərək müştərilərinə daha yaxın olmaq və bank xidmətlərinə əlçatanlığı artırmaq istiqamətində növbəti addım atıb. Bankın sayca 32-ci filialı Bakı şəhəri, Sabunçu rayonunda yerləşən "Bakıxano

Mərkəzi Bankda yeni struktur yaradılıb, rəhbər təyin edildi

Azərbaycan Mərkəzi Bankında (AMB) Maliyyə məlumatlılığı və peşəkar inkişaf şöbə yaradılıb. xəbər verir ki, İdarə Heyıətinin sədrinin əmri ilə şöbəyə İlahə Həsən qızı Baxışova-Tahirli müdir təyin edilib. Şöbənin əsas fəaliyyə

"Yelo Bank"da çalışanların sayı açıqlandı

"Yelo Bank" ASC 2026-cı ilin II rübünün yekunlarına əsasən işçi heyətinin dinamikasını açıqlayıb. bu barədə bankın yarımillik hesabatına istinadən xəbər verir. 2026-cı ilin martın 31-nə olan məlumata əsasən bankd

"MJ Finance" BOKT böyüyüb - aktivləri 50%-ə yaxın artıb

"MJ Finance Bank Olmayan Kredit Təşkilatı" ASC 2025-ci ildə aktivlərini və kapitalını kəskin artırıb. Bununla belə, şirkətin vergidən əvvəlki mənfəəti və məcmu gəliri azalıb, 30 gündən çox gecikdirilmiş kreditləri

"PAŞA Bank"ın səhmdarlarının sayı 18 minə yaxınlaşıb

"PAŞA Bank"ın səhmdarlarının sayı bankın keçirdiyi ilkin kütləvi təklifdən (IPO) sonra 18 minə yaxınlaşıb. xəbər verir ki, bu barədə bankın 2026-cı ilin ilk yarısının maliyyə və biznes nəticələrinin təqdimatı zaman

"Bank Respublika"da növbədənkənar yığıncaq keçiriləcək

"Bank Respublika" ASC səhmdarlarının növbədənkənar ümumi yığıncağını keçirəcək. xəbər verir ki, yığıncaq 19 oktyabr 2026-cı il saat 12:00-da Bankın Bakı şəhəri, Xaqani küçəsi 21 ünvanında yerləşən Baş Ofisində keçiriləcək


iqtisadi xeberler dollar məzənnəsi bank faizleri bu gunun xeberleri birbank