"Azərlotereya"nın "Əmanətə sədaqət" layihəsi uğurla davam edir - FOTO

"Azərlotereya" ASC "Əmanətə sədaqət" devizinə əsaslanaraq vətən uğrunda canlarından keçmiş şəhidlərimizin bizə yadigar qalan ailə üzvləri üçün təhsil təqaüdü proqramını davam etdirir. Şirkət təqaüd ayırdığı Qarabağ müharibəsi şəhidlərinin ailə üzvləri ilə görüş keçirib.
 FED.az xəbər verir ki, tədbir canlarını Azərbaycanın ərazi bütövlüyü uğrunda qurban vermiş şəhidlərimizin, o cümlədən 13-14 sentyabr tarixlərində düşmən təxribatının qarşısını alarkən qəhrəmancasına şəhid olan hərbçilərimizin əziz xatirəsinin 1 dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.
Tədbirdə "Azərlotereya"nın İdarə Heyətinin sədri Zafer Reisoğlu, Türkiyənin Azərbaycandakı səfiri Cahid Bağcı, Elm və Təhsil Nazirliyinin İnformasiya və vətəndaşlara xidmət şöbəsinin müdir müavini Səbuhi Rzayev, "Zəfər" Şəhid Ailələrinə Dəstək İctimai Birliyinin sədri Sevinc Alızadə və  təqaüdlə təmin olunan tələbələr iştirak ediblər.
"Azərlotereya"nın İdarə Heyətinin sədri Zafer Reisoğlu çıxışında şəhidlərimizin ailələrini diqqət mərkəzində saxlamağın hər birimizin borcu olduğunu vurğulayıb:  "Azərlotereya" ASC olaraq ölkəmizin inkişafında əhəmiyyətli sahələrdən olan təhsil sahəsində vacib layihələrin keçirilməsinə, eləcə də Vətənimizin azadlığı uğrunda canlarını fəda vermiş şəhidlərimizin ailələrinə dəstək olmağa çalışırıq. Məqsədimiz şəhid ailələrinin sosial müdafiəsi, onların rifah halının yaxşılaşdırılması istiqamətində dövlətin prioritet siyasətinə dəstək göstərmək, həmin ailələrin qayğı ilə əhatələnməsinə nail olmaqdır".
Türkiyənin Azərbaycandakı səfiri Cahid Bağcı da şəhidlərin əmanətinə sahib çıxmağın önəmli olduğunu vurğulayıb: "Bu istiqamətdə dövlət tərəfindən çox mühüm işlər görülür. Eyni zamanda şəhid ailələrinə korporativ sosial məsuliyyət layihəsi çərçivəsində şirkətlərin, dərnəklərin sahib çıxması böyük əhəmiyyət daşıyır. Bu baxımdan "Azərlotereya" ASC-nin, "Demirören Holding" şirkətinin, Elm və Təhsil Nazirliyi, eləcə də "Zəfər" Şəhid Ailələrinə Dəstək İctimai Birliyi ilə birgə reallaşdırdığı  "Əmanətə sədaqət" layihəsi örnək göstərilə biləcək layihədir".
Elm və Təhsil Nazirliyinin İnformasiya və vətəndaşlara xidmət şöbəsinin müdir müavini Səbuhi Rzayev və "Zəfər" Şəhid Ailələrinə Dəstək İctimai Birliyinin sədri Sevinc Alızadə çıxışlarında "Azərlotereya"ya şəhid ailələrinə ayrılan diqqətə görə təşəkkür edib, təqaüd proqramının şəhid övladlarının parlaq gələcəyinə töhfə verəcəyinə inandıqlarını bildiriblər.
Daha sonra çıxış edən şəhid polkovnik leytenant, Vətən müharibəsi Qəhrəmanı Əfqan Əbdürrəhmanovun qızı, Azərbaycan Dillər Universitetinin tələbəsi Hilalə Əfqan təqaüd alan tələbələr adından "Azərlotereya" ASC, Elm və Təhsil Nazirliyi, həmçinin  "Zəfər" Şəhid Ailələrinə Dəstək İctimai Birliyinə təşəkkür edib.
Qeyd edək ki, "Azərlotereya" ASC-nin Elm və Təhsil Nazirliyi, eləcə də "Zəfər" Şəhid Ailələrinə Dəstək İctimai Birliyi ilə əməkdaşlığı nəticəsində həyata keçirilən sosial layihə hazırda 62 nəfəri əhatə edir ki, onlardan 55-i Azərbaycanda, 7-si Türkiyədə təhsil alır. Layihə çərçivəsində Türkiyənin dövlət ali təhsil müəssisələrinin tələbəsi olan şəhid övladlarının təhsil haqqı və yaşayış xərcləri, həmçinin Azərbaycanda ali təhsil alan şəhid övladlarının yaşayış xərcləri qarşılanır. "Azərlotereya" ASC-nin təqaüd proqramı növbəti illərdə də Azərbaycan və Türkiyənin dövlət universitetlərində ali təhsil almaq istəyən şəhid övladlarına şamil olunacaq.

Biznes     Tarix: 17 sentyabr 2022

Oxşar xəbərlər

Bloomberg milyarderlər reytinqində ilk 10-luğun hamısını amerikalılar tutub

İlk dəfə olaraq ABŞ sahibkarları "Bloomberg" agentliyinin milyarderlər indeksində ilk on pillənin hamısını tutublar. xəbər verir ki, Fransanın dəbdəbəli məhsullar sektorunda fəaliyyət göstərən milyarderi Bernar

"Özbəkistan investisiyalı 130-dan çox kommersiya təşkilatı qeydiyyatdan keçib"

"İki ölkə arasında tranzit daşımalarında artım müşahidə olunur. 2025-ci ildə daşımaların həcmi 6,7 faiz artıb və 1,4 milyon tona çatıb. Bu ilin yanvar-iyun aylarında da 12,2 faizlik artım qeydə alınıb və həmin göstəric

"Dolları Azərbaycana qaytarmalısan" - ŞİRKƏTLƏRƏ YENİ ŞƏRT QOYULACAQ

Azərbaycanda iri şirkətlərin qarşısında yeni tələblər qoyulacaq. xəbər verir ki, bu müxtəlif qanunlara edilən dəyişikliklərlə bağlı yeniliklərdə nəzərdə tutulub. Söhbət Vergi Məcəlləsi, Miqrasiya Məcəlləsi, "Sosial sığort

Bizon lotereyasında daha 4 avtomobil sahibini tapıb - FOTOLAR

"Bizon"un təşkil etdiyi "13 həftə, 13 avtomobil" lotereya kampaniyası çərçivəsində iyul ayı üzrə növbəti 4 qalib müəyyən olunub. xəbər verir ki, lotereyanın V tirajının qalibi Nəsimi Quliyev, VI tirajını

Azərbaycanda 7 ayda haqsız rəqabətlə bağlı 37 subyektin fəaliyyəti araşdırılıb

Bu ilin yanvar-iyul aylarında Azərbaycanda haqsız rəqabətlə bağlı 37 subyekt haqqında araşdırma aparılıb. xəbər verir ki, bunu Prezident yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin şöbə müdiri Şahi

İlham Əliyev Çin və İtaliya şirkətlərinin rəhbər şəxslərini qəbul edib - FOTOLAR

Azərbaycan  Prezidenti İlham Əliyev sentyabrın 24-də Çinin "01.AI" və "Sinovation Ventures" şirkətlərinin baş icraçı direktoru Kei-Fu Lini, İtaliyanın "TEHA Group" şirkətinin Beynəlxalq sammitlə

Azərbaycanda şirkətlər ayrıldı - NİZAMNAMƏ KAPİTALI 50 MİN MANAT AZALDILDI 

"Digital Technologies-Azərbaycan" MMC-nin (VÖEN: 1703662611) nizamnamə kapitalında dəyişiklik edilib. . Azərbaycandakı Rusiya şirkəti bağlanır – YENİ YARADILMIŞDI. biznes və maliyyə xəbərləri portalı xəbər veri

Azərbaycan bazarına 263 milyard dollarlıq ərəb şirkəti gəlir – L"IMAD hansı şirkətlərə sahibdir?

Xəbər verildiyi kimi, Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) Əbu-Dabi Əmirliyi hakiminin müavini, BƏƏ-nin milli təhlükəsizlik müşaviri Şeyx Tahnun bin Zayed Al Nəhyanının Bakıya səfəri zamanı sentyabrın 14-də Azərbaycan prezident

Azərbaycanda 7 şirkət ləğv edildi – EYNİ HOLDİNQƏ QOŞULDU

Azərbaycanda fəaliyyət göstərən 7 şirkət ləğv edilib. Böyük Britaniya şirkətinin Azərbaycandakı filialı – BAĞLANIR. biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, şirkətlər ləğv edilərək "İntegra Holding" MMC-y


iqtisadi xeberler biznes xeberleri bitkoin almaq en son xeberler avtomobil xeberleri