"AzərTürk Bank" Tacikistan bankı ilə anlaşdı
Düşənbədə keçirilən Tacikistan-Azərbaycan İnvestisiya Forumunda hər iki ölkədən enerji, kənd təsərrüfatı, qida sənayesi, İKT, maliyyə, turizm və əczaçılıq sahələrini təmsil edən 170-dən çox şirkət iştirak edib. Forumda iki ölkənin müvafiq qurumları arasında anlaşma memorandumları imzalanıb.
Forumda AZPROMO-nun rəhbəri Yusif Abdullayev, Tacikistanın Ticarət və Sənaye Palatasının sədri Cumaxonzod Camşed, Kiçik və Orta biznesin İnkişafı Agentliyinin (KOBİA) İdarə Heyətinin sədri Orxan Məmmədov, Tacikistanın sənaye və yeni texnologiyalar nazirinin müavini Aziz Nazar, İqtisadi Zonanın İnkişafı Agentliyinin (İZİA) İdarə Heyətinin sədrinin müavini Fuad Məhərrəmov, Tacikistanın energetika və su ehtiyatları nazirinin müavini Manuçehra Safarzoda, Ələt Azad İqtisadi Zonasının İdarə Heyətinin sədrinin müavini İsmayıl Manafov, Tacikistanın Turizm Komitəsinin sədri Kamoliddinzod Bahoddur və Azərbaycanın Dövlət Turizm Agentliyinin sədrinin müşaviri Kənan Quluzadə iqtisadiyyatın müvafiq sahələrində əlaqələrin genişləndirilməsi, hər iki ölkənin investisiya potensialı, biznes və investisiya mühiti barədə məlumat veriblər.
Tədbir çərçivəsində Azərbaycan Sahibkarlar Konfederasiyası və Tacikistanın Ticarət ve Sənaye Palatası arasında, "Azərbaycanda Qadın Sahibkarlığın İnkişafı Assosiasiyası" İctimai Birliyi və "Tacikistan İş Qadınlarının Milli Assosiasiyası" arasında, Azərbaycan Beynəlxalq Mədən Şirkəti və Tacikistanın Talco Management şirkəti arasında, eləcə də "AzərTürk Bank" və "Аmonatbonk" arasında anlaşma memorandumları imzalanıb. Forum B2B görüşlərlə davam edib. / banker.az

Mərkəzi Bankın sədri: Bankların kredit vermək üçün 4,6 milyard manat sərbəst vəsaiti var
Serbiyada rusların üstünlük verdiyi bank bağlanıb, müştərilərin pulları dondurulub
ABŞ-ın ən böyük bankı Dubayda yeni filial açıb
"Ziraat Bank Azərbaycan"ın istiqrazlarına böyük maraq: Tələb təklifi 3 dəfə üstələyib
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
"Rabitəbank"ın Müşahidə Şurası sədrinə müavin təyin edilib
Pekində Azərbaycan dili üçün yeni rəqəmsal resurs yaradılıb — istifadə pulsuzdur
Rabitəbank Xankəndidə sahibkarlarla görüş keçirib ®
Expressbank Bərdədə 300 ağac əkib
Shopify-da necə satışa başlamaq olar?
İnvestisiyanın necə cəlb etmək olar?
SMM nədir?
Swift nədir?
Biznes qurmaq üçün nə lazımdır?