Bakıda keçiriləcək III Maliyyə və İnvestisiya Forumunun spikerləri - BƏLLİ OLDU
Noyabrın 16-da "Baku Marriott Hotel Boulevard"da "Gələcək üçün yenilən" şüarı ilə baş tutacaq III Maliyyə və İnvestisiya Forumunun spikerləri bəlli olub.
FED.az xəbər verir ki, "Facemark" MMC və "Admedia" reklam agentliyinin təşkilatçılığı ilə 500 nəfərə qədər şirkət nümayəndəsinin iştirakı ilə keçiriləcək forum ölkəmizdə maliyyə və investisiya sahəsinin inkişafına dəstəyi və sahə üzrə yerli kadrların daha da təkmilləşdirilməsini hədəfləyir.
"Baker Tilly" şirkətində biznes məsləhət xidmətləri üzrə direktor Niyazi Abbasovun moderator olacağı "İnvestisiya Strategiyaları" panelində "PAŞA Kapital İnvestisiya Şirkəti" QSC-nin direktor müavini Ruslan Xəlilov, "AzFinans İnvestisiya Şirkəti" QSC-nin direktoru İntiqam Səfərəliyev və Asiya İnkişaf Bankının (ADB) investisiyalar üzrə baş inzibatçısı Sənan Şabanov öz təcrübələrini bölüşəcəklər.
"Caspian Business Solution" şirkətinin təsisçisi Emin İsmayılovun moderatorluğu ilə baş tutacaq "Vergi və Hesabatlılıq" panelində İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Vergi siyasəti Baş İdarəsinin rəisi Nicat İmanov, "KPMG Azərbaycan" şirkətinin vergi xidmətləri üzrə direktoru Rizvan Qubiyev, "PwC Avrasiya" şirkətinin texnologiyalar üzrə baş meneceri Fərid Qattal, "Good Finance" şirkətinin direktoru Vüsal Səlimov və "Accounting.Az" konsaltinq şirkətinin direktoru Ramin Ramazanov çıxış edəcək.
Forumun III paneli Niyazi Abbasovun moderatorluğu ilə keçiriləcək. "Maliyyələşmə Strategiyaları" panelində ADB-nin Özəl sektor əməliyyatları departamentinin investisiyalar üzrə baş mütəxəssisi David Urbaneja-Furelos, "AccessBank" QSC-nin İdarə Heyətinin üzvü İlkin Quliyev, SOCAR (Türkiyə) şirkətində neft emalı və neft kimya qrupunun maliyyə rəhbəri Elçin İbadov və "Azərbaycan Fintex Assosiasiyası"nın icraçı direktoru Azər Əkbərov maliyyə və investisiya sahəsinə aid fikirlərini bölüşəcəklər.
Maliyyə və İnvestisiya Forumuna bilet əldə etmək və tədbir ilə bağlı daha ətraflı məlumat əldə etmək üçün forumun rəsmi internet səhifəsinə (www.fifbaku.az) keçid edə və sosial media hesablarımızı izləyə bilərsiniz.
Facebook: https://www.facebook.com/fifbaku.az
İnstaqram: https://www.instagram.com/fifbaku.az/
Linkedln: https://www.linkedin.com/company/fifbaku-az/
İlin ən böyük maliyyə tədbirinə hər kəs dəvətlidir!

"Formula-1" dövründə Bakı restoranlarının - GƏLİRLƏRİ 3 DƏFƏ ARTIB – ARAŞDIRMA
Azərbaycan-Suriya Biznes Şurası yaradılıb
"İtaliya şirkətlərinin Azərbaycana köçürülməsi üzərində işləyirik"
Mikro və kiçik bizneslərə verilən kreditlər sürətlə artıb
İlham Əliyev "Global Infrastructure Partners" şirkətinin rəhbərini qəbul edib
ABA: Bank kartlarının sayına yeni yanaşma mövcud kartlara şamil edilmir
Əhalinin banklara 15 milyard manat borcu var - 1 milyard manata yaxın kredit "batır"
Taleh Kazımov: 2026-cı ilin sonuna Azərbaycanın cari əməliyyatlar hesabının profisiti 6 mlrd. dolları ötəcək
Azərbaycanda işləyən şirkətlərin çoxu qazandığı pulu yenidən yatırım edir - Mikayıl Cabbarov
Təyyarə sığortasında 587 min manatlıq ödəniş
Biznes qurmaq üçün nə lazımdır?
Evdə biznes qurmağın yolları
Dünyanın TOP-3 biznes universiteti hansılardı?
Marketinq nə demədir?
İnvestisiyanın necə cəlb etmək olar?