Bakıda məşhur türk restoranı fəaliyyətə başladı - BAZAR TURKISH CUISINE – FOTOLAR

Bakıda məşhur türk restoranı fəaliyyətə başladı - BAZAR TURKISH CUISINE – FOTOLARTürk mətbəxini sevənlər oktyabr ayından etibarən Bakıda yenə məkana üz tuta bilərlər. Azərbaycanın tanınmış biznes qurumlarından olan "Bridge Group of Companies" yeni dadlı layihəsi olan – "Bazar" türk mətbəxi restoranını təqdim edib.
Bu füsunkar məkan tamailə yenidən qurularaq yenicə istifadəyə verilmiş "Şərq Bazarı" ticarət və əylənmə mərkəzində yerləşir. 
Xatırladaq ki, ölkəmizin tarixi və mədəniyyət abidələri siyahısına daxil edilmiş "Şərq bazarı" təxminən 9000 m² sahəli müasir ticarət mərkəzinə və bazara çevrilib.
"Şərq bazarı" ənənəvi ticarət mərkəzlərindən fərqli olaraq özündə Qədim Şərq memarlığı və tarixi Şərq bazarları ab-havasını birləşdirir. İndi isə buraya Azərbaycanda da olduqca sevilən, amma bütün ləzizliyi hələ tam kəşf olunmayan şərq - türk milli mətbəxi də əlavə edilib.
"Bridge Group of Companies"ə xas olan ənənəvi yüksək keyfiyyət və zövqlü stildə yaradılan "Bazar" türk mətbəxi – "Bazar Turkish Cuisine" restoranı "Şərq Bazarı"nın bu atmosferini qastronomik möcüzələri ilə tamamlayır.
"Bridge Group of Companies" komandası "Şərq bazarı"nda yerləşən restorana "Bazar" adını verməklə həm buradakı əsrarəngiz Şərq elementlərini qoruyub saxlamaq, eyni zamanda yenidən qurulan "Şərq Bazarı"nın ümumi konsepsiyasını özündə ehtiva etmək qərarına gəlir.
Məkana qədəm qoyan hər bir qonaq elə ilk dəqiqədən sanki özünü təzadlar şəhəri İstanbulda hiss edəcək.
Hər dəfə "Bazar"a gəlişiniz sizdə sanki Türkiyəyə əyləncəli qastronomik səyahət təəssüratı bağışlayacaq. Çünki burada sizi sözlərlə ifadə olunmaz ecazkar ab-hava, sevimli təamların və doyumlu yeməklərin ən maraqlı birləşməsi gözləyir.
Bütün "Bridge Group of Companies" məkanları – hazırlanmış yeməklərin əla keyfiyyəti və dadı, ideal şəkildə tərtib edilmiş içkilərin siyahısı və yüksəksəviyyəli xidmətilə seçilir. Gülərüz personal diqqətcilliyi və nəcibliyi ilə restorana hər gəlişinizi unudulmaz edəcək. Və siz bu möhtəşəm məkana getdikcə daha çox heyran qalacaqsınız.
Bunun bir çox səbəbləri var. Elə isə, gəlin "Bazar" restoranını daha yaxından tanıyaq:
Məlum olduğu kimi, türk mətbəxi haqlı olaraq dünyanın ən zəngin, ən qədim və rəngarəng mətbəxlərindən biri hesab olunur. "Bazar"da yeməklərin hazırlanmasına görə cavabdeh olan Türkiyədən xüsusi olaraq dəvət olunmuş şef-aşpaz türk mətbəxinin ən ləzzətli nümunələrini restoran menyusuna daxil edib. Zəngin menyuda bütün klassik ənənəvi yeməklər qonaqların könlünü oxşayacaq. Burada müxtəlif növ kabablar, məzələr, lahmacun və pidelər mis sobada hazırlanır. Məşhur və inanılmaz dərəcədə dadlı püstəli katmer də daxil olmaqla, müxtəlif növ desertlərin dadı isə uzun müddət damağınızdan getməyəcək.
Xüsusilə vurğulayırıq ki, menyuya daxil edilən bütün yeməklərin və qəlyanaltıların hazırlanması üçün yalnız təzə, təbii və keyfiyyətli məhsullardan istifadə olunur.
Ümumiyyətlə, "Bazar"da təqdim olunan milli türk mətbəxindən danışırıqsa, o zaman burada da hər şey Şərqlə Qərbin mükəmməl birləşməsi olan hamının sevimli İstanbulunda olduğu kimidir.
"Bazar""ın şef-aşpazı qeyd edir ki, bayram günlərində məkanın qonaqlarını xüsusi yeməklər, həftə sonları isə, ənənəvi doyurucu türk səhər yeməyi gözləyir. Buranın kahvaltısı inanılmaz dərəcədə dadlı və sağlamdır. Tamamilə əmin ola bilərsiniz ki, məkanda təqdim edilən səhər yeməyi sizi Türkiyə şəhərlərinə "apararaq", oranın qastronomik dünyasına qərq edəcək, ən əsası isə, sizə gün boyu bol enerji və canlılıq bəxş edəcək.
Bütün bunlara isə restorandakı isti, doğma atmosfer və əlbəttə ki, peşəkar ifaçilərin şövqlə təqdim etdiyi, hər zövqə uyğun gözəl musiqi əlavə rəng qatır. Həftə sonları sənətçilərin canlı ifası restoran qonaqlarını İstanbul atmosferinə qərq edir.
Məkanın qiymətləri olduqca münasibdir. Qısacası, əgər restorana gedərək, keyfiyyətli təzə inqrediyentlərlə hazırlanmış ləzzətli türk yeməklərini dadmaq, əylənmək, eyni zamanda yüksək miqdarda pul xərcləmək istəmirsinizsə, o zaman "Bazar" tam sizə görədir. Xüsusilə vurğulayırıq ki, restoranda qiymətlərin sərfəli olması xidmətə və təklif olunan yeməklərin yüksək keyfiyyətinə təsir göstərmir.
Bakıda məşhur türk restoranı fəaliyyətə başladı - BAZAR TURKISH CUISINE – FOTOLARBakıda məşhur türk restoranı fəaliyyətə başladı - BAZAR TURKISH CUISINE – FOTOLARBakıda məşhur türk restoranı fəaliyyətə başladı - BAZAR TURKISH CUISINE – FOTOLARBakıda məşhur türk restoranı fəaliyyətə başladı - BAZAR TURKISH CUISINE – FOTOLARBakıda məşhur türk restoranı fəaliyyətə başladı - BAZAR TURKISH CUISINE – FOTOLARBakıda məşhur türk restoranı fəaliyyətə başladı - BAZAR TURKISH CUISINE – FOTOLARBakıda məşhur türk restoranı fəaliyyətə başladı - BAZAR TURKISH CUISINE – FOTOLARBakıda məşhur türk restoranı fəaliyyətə başladı - BAZAR TURKISH CUISINE – FOTOLARBakıda məşhur türk restoranı fəaliyyətə başladı - BAZAR TURKISH CUISINE – FOTOLARBakıda məşhur türk restoranı fəaliyyətə başladı - BAZAR TURKISH CUISINE – FOTOLAR/ fed.az

Biznes     Tarix: 29 oktyabr 2022

Oxşar xəbərlər

"AZZA"ya yeni rəhbər təyin edilib - DETALLAR

Azərbaycanda şirniyyat evi olan "AZZA"ya yeni rəhbər təyin edilib. biznes və maliyyə xəbərləri portalı "Banker"ə istinadən xəbər verir ki, Nəriman Hüseynov Eldar oğlu "AZZA" QSC-yə yeni rəhbə

"Bir uşağın sabahına işıq ol!" şüarı ilə 22-ci Ənənəvi Xeyriyyə Sərgisi keçirilib – FOTOLAR 

İyunun 5-də Gəncliyə Yardım Fondunun təşkilatçılığı ilə "Bir uşağın sabahına işıq ol!" şüarı ilə 22-ci Ənənəvi Xeyriyyə Sərgisi keçirilib. biznes və maliyyə xəbərləri portalına bu barədə Azərbaycan-Türkiyə İş Adamlar

"JTI" şirkəti Azərbaycanda yeni nəsil "Ploom AURA" cihazını təqdim edir

"JTI Caucasus" şirkəti, ötən il Azərbaycanda uğurla start götürən "Ploom" tütün qızdırma sistemləri xəttinin ən yeni üzvü – "Ploom AURA" cihazının ölkədə rəsmi satışına başlanıldığını elan edir

400 illik pivə şirkəti müflis oldu

Almaniyanın ən qədim pivə şirkətlərindən biri – Cənubi Saksoniyanın Braunşveyq şəhərindəki "Hofbrauhaus Wolters" şirkəti müflisləşdiyini elan edib. biznes və maliyyə xəbərləri portalı "Bild"ə istinadə

Dövlət Xidməti zərgərlik məmulatlarını satan sahibkarlarla görüş keçirib

Azərbaycan Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi tərəfindən istehlak bazarında fəaliyyət göstərən sahibkarlıq subyektləri üçün istehlakçı hüquqlarının müdafiəsi sahəsində mütəmadi olara

Hindistanlı milyarder Qautam Adani və onun qardaşı oğlu - 18 milyon dollar cərimələndi

SEC (U.S. Securities and Exchange Commission) korrupsiya və dələduzluqda ittiham olunan hindistanlı milyarder Qautam Adani ilə bağlı işi dayandırıb. Tənzimləyici qurum cənab Adani, onun qardaşı oğlu Sajjar Adani və "Adan

Kreml internetin kəsilməsi səbəbindən sahibkarları dəstəkləməyi nəzərdən keçirmir

Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov Moskvada mobil internet məhdudiyyətləri ilə bağlı vəziyyəti şərh edib. xəbər verir ki, Peskov hazırda müəssisələrə mümkün itkilərə görə kompensasiya ödənilməsinin nəzərdə

Uşaqlar Günü ilə əlaqədar Qarabağa səfər təşkil olunub

1 iyun Uşaqların Beynəlxalq Müdafiəsi Günü ilə əlaqədar Avrora Qrup ənənəvi "Azərbaycanı tanıyaq" layihəsini həyata keçirib. Şirkətin "Sosial-ictimai məsuliyyət" dəyərinə əsaslanan tədbir çərçivəsind

Tahir Rzayev: "Dövlətin bazara müdaxiləsi ciddi problemlər yarada bilər"

Bu gün dövlətin bazara müdaxiləsi yolverilməzdir, çünki ciddi problemlər yarada bilər. "7 il ərzində tətbiq edilən vergi güzəştlərinin nəticəsini görürük" - Mikayıl Cabbarov .  biznes və maliyyə xəbərləri portal


iqtisadi xeberler bitkoin internetden pul qazanmaq pul qazanmaq iqtisadiyyat xeberleri