Bakıda vəzifəsini düzgün icra etməyən şirkət rəhbərini – SƏHMDARLAR İŞDƏN ÇIXARIR - TOPLANTI
Noyabrın 28-də "Bakı Nəqliyyat-10" ASC-nin səhmdarlarının ümumi yığıncağı keçiriləcək.
FED.az xəbər verir ki, toplantıda məqsəd şirkət rəhbərliyinin dəyişdirilməsidir. Belə ki, Mülki Məcəllənin 107-1.6-cı maddəsinə əsasən növbədənkənar ümumi yığıncağın çağırılması səsli səhmlərin on faizinə malik olan səhmdarların yazılı tələbi ilə həyata keçirilə bilər. "Bakı Nəqliyyat-10"" ASC-nin səhmdarlarının müraciəti də şirkətin icra orqanına ünvanlanıb.
Cəmiyyətin İdarə heyətinin Sədri Qasımov Vidadi Vaqif oğlu öz öhdəliklərini icra etməmiş və qanunvericilik tələbini pozmuşdur.
"Bununla bağlı olaraq bildiririk ki, "Bakı Nəqliyyat-10" ASC-nin təkrar növbədənkənar ümumi yığıncağının 28 noyabr 2022-ci il tarixində saat 11.00-da Bakı şəhəri, Nizami rayonu, 8 km qəsəbəsi, Çobanzadə 2403 ünvanında keçiriləcəkdir"-deyə şirkətin açıqlamasında bildirilir.
Gündəliyə daxil olan məsələlər:
1. Qasımov Vidadi Vaqif oğlunun "Bakı Nəqliyyat-10" ASC-nin İdarə heyətinin Sədri vəzifəsindən azad edilməsi;
2. Rüstəmli Orxan Rafael oğlunun "Bakı Nəqliyyat-10" ASC-nin İdarə heyətinin Sədri vəzifəsinə təyin edilməsi.

"Formula-1" dövründə Bakı restoranlarının - GƏLİRLƏRİ 3 DƏFƏ ARTIB – ARAŞDIRMA
Azərbaycan-Suriya Biznes Şurası yaradılıb
"İtaliya şirkətlərinin Azərbaycana köçürülməsi üzərində işləyirik"
Mikro və kiçik bizneslərə verilən kreditlər sürətlə artıb
İlham Əliyev "Global Infrastructure Partners" şirkətinin rəhbərini qəbul edib
ABA: Bank kartlarının sayına yeni yanaşma mövcud kartlara şamil edilmir
Əhalinin banklara 15 milyard manat borcu var - 1 milyard manata yaxın kredit "batır"
Taleh Kazımov: 2026-cı ilin sonuna Azərbaycanın cari əməliyyatlar hesabının profisiti 6 mlrd. dolları ötəcək
Azərbaycanda işləyən şirkətlərin çoxu qazandığı pulu yenidən yatırım edir - Mikayıl Cabbarov
Təyyarə sığortasında 587 min manatlıq ödəniş
Biznes qurmaq üçün nə lazımdır?
Evdə biznes qurmağın yolları
Dünyanın TOP-3 biznes universiteti hansılardı?
Marketinq nə demədir?
İnvestisiyanın necə cəlb etmək olar?