"Baku Steel Company" Avropa bazarlarında - FƏALİYYƏTİNİ GENİŞLƏNDİRİR

Azərbaycan Respublikasının İxracın və İnvestisiyaların Təşviqi Agentliyi (AZPROMO) və Polşa İnvestisiya və Ticarət Agentliyinin təşkilatçılığı ilə Bakı Biznes Mərkəzində Azərbaycan-Polşa Biznes Forumu keçirilib.
FED.az xəbər verir ki, 20 oktyabr tarixində baş tutan forumun açılış mərasimində AZPROMO​-nun rəhbəri Yusif Abdullayev, Polşa İnvestisiya və Ticarət Agentliyinin İdarə Heyətinin üzvü Zdzislav Sokal, Azərbaycan Respublikasının Polşadakı fövqəladə və səlahiyyətli səfiri Nərgiz Qurbanova, Polşa Respublikasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Rafal Poborski, Azərbaycan Respublikasının Mərkəzi Avropa ölkələrindəki ticarət nümayəndəsi Nemət Nağdəliyev və Polşa İnqtisadi İnkişaf və Texnologiyalar Nazirliyinin şöbə rəisi Matsey Falkovski çıxış ediblər. Natiqlər Azərbaycan və Polşa arasında iqtisadi-ticari sahədə əməkdaşlığın genişləndirilməsi üçün böyük imkanların mövcudluğunu qeyd edib, hər iki ölkənin bu əlaqələrin inkişafında maraqlı olduğunu bildiriblər.
Daha sonra, Ələt Azad İqtisadi Zonasının İdarə Heyətinin sədri Valeh Ələsgərov, Polşanın Qdansk limanı administrasiyasının müştərilərlə iş üzrə meneceri Mixal Stupak və "Bank Gospodarstwa Krajowego" bankının eksperti Feliks Kobirski təmsil etdikləri qurumların fəaliyyəti barədə təqdimatla çıxış ediblər.
Forum çərçivəsində yalnız Azərbaycanın deyil, bütün Qafqaz Regionunun ən böyük metallurgiya şirkəti olan "Baku Steel Company" QSC ilə Polşanın metallurgiya sahəsinin 4 aparıcı şirkəti arasında əməkdaşlığa dair memorandum imzalanıb. Bunlar "Zystal"LLC, "Warstal A.M. Sp.z.o.o" LLC, "Touye Group Sp.z.o.o" LLC və "Kostal M.M Koneccy Sp.J" GP şirkətləridir. Bu memorandum gələcəkdə "Baku Steel Company"nin istehsal etdiyi məhsulların nəinki Polşada, həmçinin digər Avropa ölkələrinin bazarlarında da satışının həyata keçirilməsinə imkan yaradacaq.
Daha sonra Biznes Forum ikitərəfli işgüzar danışıqlar formatında davam etdirilib.
Xatırladaq ki, "Baku Steel Company" hazırda yüksək keyfiyyətdə armatur, katanka (məftil), kvadrat və dairəvi pəstahlar, tikişsiz borular, habelə çeşidli fasonlu tökmələr istehsal edir. Burada həmçinin şveller, künclüklər, ikitavrlar, kvadrat və dairəvi çubuqların da istehsalı həyata keçirilir. Yarandığı 20 ildən artıq dövrdə nəinki Azərbaycanın, bütün regionun tanınmış brendinə çevrilə bilən "Baku Steel Company"nin məhsulları yerli bazarda böyük tələbatla satılmaqla yanaşı Avropa, Amerika və Asiyanın ümumilikdə 20-dən çox ölkəsinə ixrac olunur.

Biznes     Tarix: 21 oktyabr 2022

Oxşar xəbərlər

Polşa Azərbaycana ticarət missiyası göndərəcək

Bu ilin noyabr ayında Polşanın biznesi nümayəndələrinin Azərbaycana ticarət missiyasının keçirilməsi planlaşdırılır. Polşa-Azərbaycan Ticarət Palatasına istinadən xəbər verir ki, nümayəndə heyətinin səfər tarixləri razılaşdırılm

"Əmanətə Sədaqət" layihəsi çərçivəsində şəhid övladları üçün Bilik Günü tədbiri keçirilib - FOTOLAR

"Azərlotereya" ASC və "Zəfər" Şəhid Ailələrinə Dəstək İctimai Birliyinin birgə təşkilatçılığı, Elm və Təhsil Nazirliyinin dəstəyi ilə keçirilən "Əmanətə Sədaqət" layihəsi çərçivəsində bu il al

"AZZA" şirkəti 50 milyon manata çatdı

Azərbaycanın qastronom şəbəkəsi - "AZZA" QSC nizamnamə kapitalını 42 433 902 manat və yaxud 6,6 dəfə artıraraq 7 566 098 manatdan 50 00 00 manata çatdırmağı planlaşdırır. səhmdar cəmiyyətindəki mənbəyə istinadə

Daha bir əhəmiyyətli dövlət qurumu ödənişlərini - "MSOLUTİON"A ETİBAR ETDİ

Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin göstərdiyi xidmətlərə görə ödənişlərin qəbulu bundan sonra "MSolution" elektron pul təşkilatının ödəni

Sədr müavinindən sahibkarlara çağırış - TENDERLƏRDƏ FƏAL İŞTİRAK EDİN

Azərbaycan Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin sədr müavini Mirzə Mirzəyev sahibkarlara müraciət edib. . biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, bu barədə "Dövlə

Elektron siqaret satan şəxs – CƏRİMƏLƏNDİ

Prezident yanında Antiinhisar və İstehlak Bazarlarına Nəzarət Dövlət Agentliyi fiziki şəxs Şamilov Yaşar Elşad oğlu barəsində inzibati xəta protokolu tərtib edib. Azərbaycanda elektron siqaret qadağası ilə bağlı qanunla

Bloomberg milyarderlər reytinqində ilk 10-luğun hamısını amerikalılar tutub

İlk dəfə olaraq ABŞ sahibkarları "Bloomberg" agentliyinin milyarderlər indeksində ilk on pillənin hamısını tutublar. xəbər verir ki, Fransanın dəbdəbəli məhsullar sektorunda fəaliyyət göstərən milyarderi Bernar

Azərbaycan-Türkiyə birgə müəssisəsinin rəhbərliyində - İki mühüm təyinat

SOCAR və Türkiyənin TEKFEN şirkətinin Azərbaycandakı birgə müəssisəsinin rəhbərliyində bir sıra mühüm dəyişiklik baş tutub. biznes və maliyyə xəbərləri portalı "Banker"ə istinadən xəbər verir ki, "AZFEN"

Publik hüquqi şəxslərə xərcləmələrlə bağlı güzəşt edilməsi təklif olunur

Azərbaycanda publik hüquqi şəxslərin satınalmalarında müəyyən məbləğə qədər çevik qərar mexanizmi yaradılmalıdır. xəbər verir ki, bunu deputat Əlibala Məhərrəmzadə Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsini


iqtisadi xeberler biznes krediti rubl mezenne online pul qazanmaq biznes qurmaq