"Baku Steel Company" QSC nüfuzlu beynəlxalq təşkilatın - ÜZVÜ OLDU
Qafqazın ən böyük metallurgiya şirkəti "Baku Steel Company" QSC dünya metallurqlarının nüfuzlu beynəlxalq təşkilatı hesab edilən "World Steel Association"a (Dünya Polad Assosiasiyası, qısaca - worldsteel) müntəzəm üzvlüyə qəbul olunub.
FED.az xəbər verir ki, bununla bağlı təşkilatın 2022-ci ilin 17-18 oktyabr tarixlərində Brüsseldə Üzvlər Şurasının iştirakı ilə keçirilən ümumi yığıncağında qərar qəbul edilib.
Dünyanın ən iri və dinamik sənaye assosiasiyalarından biri olan "worldsteel"ə yalnız nəhəng polad istehsalçıları üzv qəbul olunur. "Baku Steel Company" QSC isə Cənubi Qafqazda bu təşkilata üzv olan yeganə Azərbaycan şirkətidir. Bundan əlavə, şirkətin Baş direktoru Kamal İbrahimov Assosiasiyanın Üzvlər Şurasının (Board of Members) tərkibinə qəbul edilmişdir.
Qeyd edək ki, "worldsteel" sıralarında 170-dən çox polad istehsalçısını, milli və regional sənaye assosiasiya və tədqiqat institutlarını birləşdirən qeyri-kommersiya təşkilatıdır və mərkəzi qərargahı Belçikanın paytaxtı Brüssel şəhərində yerləşir. Dünya üzrə polad istehsalının təxminən 85%-i məhz bu Assosiasiyanın üzvlərinin payına düşür. Artıq 55 ildir fəaliyyət göstərən "worldsteel" hazırda Birləşmiş Millətlər Təşkilatının (BMT) İqtisadi və Sosial Şurasında məsləhətçi statusuna malikdir. Polad sənayesi üçün beynəlxalq mərkəz rolunda çıxış edən "worldsteel" üzvlərinə bir sıra sahələrdə dəstək olur, bizneslərinin inkişafına imkanlar yaradır. Bu məqsədlə müxtəlif proqramlar həyata keçirən Assosiasiyaya üzvlük "Baku Steel Company" QSC-yə həmçinin, təşkilatın dünya və regional polad istehsalı ilə bağlı hazırladığı statistik və ümumi hesabatlarını əldə etməyə, əməkdaşların komitələrdə üzvlüyünə, qlobal polad istehsalçılarının ümumi şəbəkəsində, eləcə də dünyanın qabaqcıl polad istehsalçılarının qatıldığı konfrans və tədbirlərində iştirakına imkan yaradacaq.
Xatırladaq ki, "Baku Steel Company" QSC hazırda yüksək keyfiyyətdə armatur, katanka (məftil), dairəvi çubuqlar, kvadrat və dairəvi pəstahlar, tikişsiz borular, habelə çeşidli fasonlu tökmələr istehsal edir. Fəaliyyət göstərdiyi 20 ildən artıq dövrdə nəinki Azərbaycanın, bütün Qafqaz regionun tanınmış brendinə çevrilə bilən şirkətin məhsulları yerli bazarda böyük tələbatla satılmaqla yanaşı Avropa, Amerika və Asiyanın ümumilikdə 20-dən çox ölkəsinə ixrac olunur.

"Formula-1" dövründə Bakı restoranlarının - GƏLİRLƏRİ 3 DƏFƏ ARTIB – ARAŞDIRMA
Azərbaycan-Suriya Biznes Şurası yaradılıb
"İtaliya şirkətlərinin Azərbaycana köçürülməsi üzərində işləyirik"
Mikro və kiçik bizneslərə verilən kreditlər sürətlə artıb
İlham Əliyev "Global Infrastructure Partners" şirkətinin rəhbərini qəbul edib
ABA: Bank kartlarının sayına yeni yanaşma mövcud kartlara şamil edilmir
Əhalinin banklara 15 milyard manat borcu var - 1 milyard manata yaxın kredit "batır"
Taleh Kazımov: 2026-cı ilin sonuna Azərbaycanın cari əməliyyatlar hesabının profisiti 6 mlrd. dolları ötəcək
Azərbaycanda işləyən şirkətlərin çoxu qazandığı pulu yenidən yatırım edir - Mikayıl Cabbarov
Təyyarə sığortasında 587 min manatlıq ödəniş
Biznes qurmaq üçün nə lazımdır?
Evdə biznes qurmağın yolları
Dünyanın TOP-3 biznes universiteti hansılardı?
Marketinq nə demədir?
İnvestisiyanın necə cəlb etmək olar?