Balansındakı bölüşdürülməmiş mənfəətə görə bankların RENKİNQİ (01.01.2023)
Azərbaycan bankları 2015-ci ilin devalvasiya şoklarından sonra balanslarındakı yığılmış zərərləri yavaş-yavaş bölüşdürülməmiş mənfəətə çevirirlər.
Banker.az-ın tərtib etdiyi renkinqdən görünür ki, artıq 2022-ci ildə "Rabitəbank" ASC və "Turan Bank" ASC yığılmış zərərdən canlarını qutarıb, kapitallarında bölüşdürülməmiş mənfəət kimi göstəriblər. Bununla da 18 bankın balansında bölüşdürülməmiş mənfəət vardır.
Öncə bölüşdürülməmiş mənfəətin nə olduğunu izah edək. Bölüşdürülməmiş mənfəət (ödənilməmiş zərər) digərlərinə nisbətən, çox qısadır və bir növ mənfəət-zərər hesabatının xülasəsidir. Bölüşdürülməmiş mənfəət – şirkətin xalis mənfəətindən şirkətə yenidən yatırılmış (yəni sahibləri arasında bölüşdürülməmiş) vəsaitdir. Bu zərərə çevrildiyi halda isə mənfi ilə balansda qeyd edilir. Yeri gəlmişkən mənfiyə keçdiyi halda səhmdarlar bunu bölüşdürə bilmir, yaxud 20%-lik mənfəət vergisindən azad olurlar.
Azərbaycanda 1 yanvar 2023-cü il tarixinə 8 bankın balansında illərin yığılmış zərəri var.

Serbiyada rusların üstünlük verdiyi bank bağlanıb, müştərilərin pulları dondurulub
ABŞ-ın ən böyük bankı Dubayda yeni filial açıb
"Ziraat Bank Azərbaycan"ın istiqrazlarına böyük maraq: Tələb təklifi 3 dəfə üstələyib
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
"Rabitəbank"ın Müşahidə Şurası sədrinə müavin təyin edilib
Pekində Azərbaycan dili üçün yeni rəqəmsal resurs yaradılıb — istifadə pulsuzdur
Bank sektorunda iri əqd tamamlandı – AccessBank və Bank Respublika birləşir
Expressbank Bərdədə 300 ağac əkib
Bank of Baku-nun növbəti maliyyə savadlılığı tədbiri Şirvanda baş tutub
Biznes nədir və hansı növləri var?
ZARA-nın uğur hekayəsi
IMEI kod nədir?
5 liderlik göstəricisi
Hazır bizneslərdə ən çox edilən 5 səhv