"Bank Avrasiya"nın İdarə Heyətində təyinatlar olub

"Bank Avrasiya" ASC-nin İdarə Heyətinin üzvlərinin sayı artırılmışdır.
Banker.az xəbər verir ki, "Bank Avrasiya" ASC-də baş verən struktur dəyişikliyi ilə əlaqədar olaraq Müşahidə Şurasının qərarına əsasən İdarə Heyətinin sayı 3 nəfərdən artırılaraq 5 nəfərə çatdırılmışdır və Bankda yeni baş risk İnzibatısı və Baş hüquq və İnsan resursları inzibatçısı vəzifələri təsis edilmişdir. Məlumata əsasən Şıxıyeva Aynur Vaqif qızı Baş Hüquq və İnsan Resursları İnzibatçısı, Qədirov Nizami İsa oğlu isə Baş Risk İnzibatçısı təyin olunmuşdur.
Kredit lazımdır? Sərfəli krediti seçməyə biz sizə kömək edərik
Hər iki şəxsin uzun müddət bank sahəsində təcrübəsi vardır Belə ki, Şıxıyeva Aynur Vaqif qızı elə "Bank Avrasiya" ASC yaradıldığı ilk gündən həmin Bankda əvvəlcə İnzibati İşlər departamentinin, daha sonra isə Hüquq Departamentinin Direktoru olmuşdur. Qədirov Nizami İsa oğlu isə əvvəllər "Access Bank" ASC-də Risklərin İdarə edilməsi sahəsində uzunmüddətli təcrübəyə malik olmuşdur.
Hazırda İdarə heyətinin strukturu belədir:
• Rüfət Kərimov Fuad oğlu (sədr)
• Səbinə Abbasova Məmməd qızı (üzv)
• Hürü Salxayeva Vaqif qızı (üzv)
• Aynur Şıxıyeva Vaqif qızı (üzv)
• Nizami Qədirov İsa oğlu (üzv)
Xatırladaq ki, "Bank Avrasiya" 71.8 milyon nizamnamə kapitalına sahibdir. Kapitalın 37.50%-i "Euro Standard" Şirkəti, 37.50%-i PMD Group-a və 25% -i "Azbizneskom" Şirkətinə məxsusdur.

Banklar     Tarix: 04 oktyabr 2024

Oxşar xəbərlər

"Yaşıl maliyyəni həm iqlim qarşısında məsuliyyət, həm də müştərilərimiz üçün yeni imkan kimi görürük" - "Unibank"ın Dayanıqlılıq meneceri

22 oktyabrda Nazirlər Kabineti tərəfindən təsdiq olunan "Azərbaycanın Uzunmüddətli Aşağıkarbonlu İnkişaf Strategiyası" ölkənin 2060-cı ilə qədər iqtisadiyyatını necə "yaşıllaşdıracağını" addım-addım göstərir

"PAŞA Kapital" "Ziraat Bank Azərbaycan"ın 15 milyon manatlıq istiqrazlarını uğurla yerləşdirib

Azərbaycanın kapital bazarlarının liderlərindən biri olan "PAŞA Kapital" İnvestisiya Şirkəti növbəti korporativ istiqraz emissiyasının yerləşdirilməsini uğurla tamamlayıb. Belə ki, "Ziraat Bank Azərbaycan"

Bankın ali idarəetmə orqanında dəyişiklik planlaşdırılır – Səhmdarları toplanır

"Azər-Türk Bank" Açıq Səhmdar Cəmiyyətinin (ASC) Müşahidə Şurasının tərkibində dəyişiklik edilməsi planlaşdırılır. xəbər verir ki, bununla bağlı bankın səhmdarlarının növbədənkənar ümumi yığıncağı çağırılıb. Yığınca

"BOKT-lara demişik ki, bu kreditləşmə bizim üçün maraqlı deyil

Azərbaycan Mərkəzi Bankı (AMB) bank olmayan kredit təşkilatlarının (BOKT) verdiyi yüksək faizli gündəlik kreditlərlə bağlı tənzimləmə tələblərini daha da sərtləşdirməyi planlaşdırır. xəbər verir ki, bunu Azərbaycan Mərkəz

"Gələn il bank sektorunda konsolidasiya qərarı olarsa, dəstəkləyəcəyik"

Azərbaycan Mərkəzi Bankı (AMB) gələn il bank sektorunda konsolidasiya qərarı olarsa, bunu dəstəkləyəcək. Bunu AMB-nin sədri Taleh Kazımov bildirib. "Azərbaycan Mərkəzi Bankı olaraq konsolidasiyanı dəstəkləyirik. Çünk

"Banklar kredit verməyə müştəri tapa bilmirlər, bir-birinin müştərilərini cəlb etməyə çalışırlar"

Azərbaycanda bankların 4 milyard 600 milyon manat sərbəst vəsaitinin olmasına baxmayaraq, kredit bazarında, xüsusilə biznes kreditləşməsi sahəsində tələbin zəifliyi müşahidə edilir. Nəticədə banklar yeni borcalanlar tapma

"Moody’s": Azərbaycan bankları kapital və likvidlik göstəricilərində regional liderlər sırasındadır

Beynəlxalq reytinq agentliyi "Moody"s Ratings" Azərbaycan banklarının kapital və likvidlik ehtiyatlarının kreditləşmənin genişləndirilməsi üçün kifayət qədər olduğunu bildirib. bu barədə reytinq agentliyin

İşğaldan azad edilmiş ərazilərdə sahibkarlar üçün yeni güzəştli kredit məhsulu

İqtisadiyyat Nazirliyinin tabeliyində Azərbaycan Biznesinin İnkişafı Fondu (ABİF) işğaldan azad edilmiş ərazilərdə fəaliyyət göstərən sahibkarların maliyyə resurslarına çıxışını genişləndirmək məqsədilə yeni "İşğalda

Sığorta şirkətləri üçün yeni kapital tələbləri tətbiq ediləcək – Mərkəzi Bankdan mühüm açıqlama

Azərbaycan Mərkəzi Bankı (AMB) sığorta sektorunda beynəlxalq "Solvency II" tələblərinin yaxın aylarda tətbiqini planlaşdırır. Yeni tənzimləmə çərçivəsində sığorta şirkətlərinin tələb olunan kapitalının hesablanmas


iqtisadi xeberler bitkoin qiymeti avtomobil xeberleri valyuta mezennesi pul qazanmaq