Bank avtomobil krediti şərtlərini yenilədi - MÜDDƏT ARTIRILDI, FAİZLƏR DAHA SƏRFƏLİ OLDU

Bank avtomobil krediti şərtlərini yenilədi - MÜDDƏT ARTIRILDI, FAİZLƏR DAHA SƏRFƏLİ OLDU"Ziraat Bank Azərbaycan" ASC indi avtomobil krediti məhsulunun şərtlərini yeniləyib.
Marja xəbər verir ki, hazırda istər yeni, istərsə də ikinci əl avtomobil almaq istəyən şəxslər 24 ayadək ödəmə müddəti və sərfəli faiz dərəcələri ilə Avtomobil Krediti məhsulundan faydalana bilərlər. Kreditin maksimal məbləği avtomobilin istehsal tarixindən asılı olaraq nəqliyyat vasitəsinin dəyərinin 50-60% qədərini təşkil edir. Belə ki, kreditin məbləği, avtomobilin istehsal tarixindən keçən müddət 1 ildən kiçik (0-12 ay) olduğu halda dəyərinin 60 %-nə qədər, 1 ildən 3 ilə qədər (13-36) olduğu halda isə dəyərinin 50 %-nə qədər təşkil edir.
Qeyd edək ki, Ziraat Bank Azərbaycan  buraxılan CO2 tullantılarının nisbətinə görə təbiət dostu və gələcəyin nəqliyyat vasitələri hesab edilən Elektrik və Hibrid mühərrikli avtomobillərə əlçatanlığın asanlaşdırılması məqsədi ilə yaratdığı Yaşıl Avto Kredit məhsulunu daha öncə təqdim etmişdir. Elektrik mühərrikli avtomobilləri 48 ayadək, Hibrid mühərrikli avtomobilləri isə 36 ayadək ödəmə müddəti və sərfəli faiz dərəcələri ilə əldə etmək istəyən şəxslər Ziraat Bank Azərbaycana müraciət edərək arzularını reallaşdıra bilərlər. Qeyd edək ki, borcalan tərəfindən ödənilən ilkin ödənişin məbləği avtomobilin istehsal tarixi və kreditin müddətindən asılıdır. Bu məbləğ elektrik mühərrikli avtomobillər üçün avtomobilin dəyərinin 10%-30%-i, hibrid mühərrikli avtomobillər üçün isə avtomobil dəyərinin 20%-40% -i təşkil edir.
Avtomobil almaq istəyən şəxslər Ziraat Bank Azərbaycanın istənilən filialına lazımi sənədlərlə yaxınlaşaraq Avto Kredit və Yaşıl Avto Kredit məhsulları üçün müraciət edərək əlçatan şərtlərdən faydalana bilərlər.
 "Ziraat Bank Azərbaycan" ASC, Türkiyə Respublikasına məxsus, 159 illik tarixə malik olan "Ziraat Maliyyə Qrupu"-nun tərkib hissəsidir və Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən verilmiş 30.12.2014-cü il tarixli 255 nömrəli lisenziya əsasında fəaliyyət göstərir. Bank korporativ və pərakəndə bankçılıq sahəsində məhsul və xidmətlərini Bakı, Gəncə və Sumqayıt şəhərlərində yerləşən ümumi 7 filialı ilə yanaşı, rəqəmsal satış və xidmət platformaları üzərindən də müştərilərə təqdim edir.  
Bankın təqdim etdiyi məhsul və xidmətlər haqqında daha ətraflı məlumatı *9229 qısa nömrəsinə zəng edərək əldə edə bilərsiniz. / marja.az

Banklar     Tarix: 04 aprel 2023

Oxşar xəbərlər

Taleh Kazımov: "Xarici bankların Azərbaycana gəlməsini dəstəkləyirik"

Xarici bankların Azərbaycana gəlməsində maraqlıyıq. Bunu Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Taleh Kazımov deyib. Onun sözlərinə görə, AMB-nin xarici bankların Azərbaycana gəlməsində maraqlı olmaması fikri yanlış yanaşmadır

Süd vəzi xərçənginə qarşı necə sığortalanmaq olar? ®

Bu xəstəliklə mübarizədə erkən diaqnostika və vaxtında müalicə mühüm rol oynayır. Çünki süd vəzi xərçəngi dünyada qadınlar arasında ən geniş yayılmış onkoloji xəstəlikdir. Ümumdünya Səhiyyə Təşkilatı süd vəzi xərçəngini müasi

Bu bankın İdarə Heyətinin sədri və üzvlərinin taleyi dekabrda müəyyənləşəcək

"Yelo Bank" ASC-nin İdarə Heyətinin sədri və üzvlərinin vəzifəyə yenidən təyin edilməsi məsələsi səhmdarların müzakirəsinə çıxarılacaq. Bankın 2027-ci il üzrə büdcəsinin və növbəti üç ili əhatə edən strateji planını

Bank sektorunda iri əqd tamamlandı – AccessBank və Bank Respublika birləşir

Bank Respublika və AccessBank arasında strateji əqd uğurla tamamlanıb. Bank Respublika və AccessBank strateji əqdin uğurla başa çatdığını elan ediblər. Əqd nəticəsində Bank Respublika AccessBank-ın səhmlərinin 100%-ni əld

Mərkəzi Bank lombardlarla bağlı yeni qanunun gələn il qəbul ediləcəyini gözləyir

Azərbaycan Mərkəzi Bankı lombardların fəaliyyətinin tənzimlənməsi ilə bağlı qanunvericilik təşəbbüsünün 2027-ci ildə təsdiqlənəcəyinə ümid edir. xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının sədri Taleh Kazımov oktyabrı

Yapı Kredi Bank Azərbaycan müştərilərinə Çinin maliyyə mərkəzi Şanxay üzərindən birbaşa köçürmə imkanı təqdim edir

"Yapı Kredi Bank Azərbaycan" QSC müştərilərinin beynəlxalq əməliyyatlarını asanlaşdırmaq və xarici ticarət üzrə ödəniş imkanlarını genişləndirmək istiqamətində fəaliyyətini davam etdirir. Bank bu məqsədlə Çini

XalqKart ilə "Baku Electronics" mağazalarında 5 % keşbek/bonus

Xalq Bank və "Baku Electronics" müştərilər üçün əlavə üstünlük qazandıran yeni kampaniyaya start verir. 26 yanvaradək davam edəcək kampaniya çərçivəsində XalqKart sahibləri "Baku Electronics" və "Seve

Xarici bankların Azərbaycan bazarına daxil olmasına maneə yaradılır? – Taleh Kazımov cavab verdi

Azərbaycan Mərkəzi Bankı xarici kapitallı bankların ölkənin maliyyə sektoruna daxil olmasında maraqlıdır və onların Azərbaycanda fəaliyyət göstərməsini dəstəkləyir. xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının sədri Tale

Azər Türk Bank atb360 tətbiqini yenilədi: Ailə bankçılığı və yeni rəqəmsal imkanlar

Dövlət Bankı Azər Türk Bank atb360 mobil tətbiqini yeniləyərək müştərilərinə daha geniş rəqəmsal bankçılıq imkanları təqdim edir. Yenilənmiş dizaynı, optimallaşdırılmış fəaliyyəti və əlavə funksiyaları ilə atb360 istifadəçiləri


iqtisadi xeberler valyuta mezennesi bu gunun xeberleri dollar kursu online pul qazanmaq